Məhkəmə qərarları › İş №e-2(008)-117/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-117/2024

01.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-117/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh2 qarşı özbaşına qanunsuz olan tikintinin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh2 İddiaçı qarşı qanunsuz olan tikintinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən ona məxsus olan Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 518 nömrəli bağ evi ilə yanaşı, 9-cu dalanın yolunu bağlayan özbaşına tikilmiş və qanunsuz olan hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu Rayonu, Bilgəh qəsəbəsində yerləşən, Əmlak Məsələləri Dövlət Kommitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidməti tərəfindən verilmiş, daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 21 nömrəli reyestr kitabının 2677 nömrəli vərəqində qeydiyyata alınmış və 01 sentyabr 2014-cü il tarixdə verilmiş Seriya RX № ******* nömrəli 518 nömrəli bağ evi ona məxsusdur. Həmin Bağ evi, Sabunçu rayonu, Bilgə qəsəbəsinin 9-cu dalanında yerləşir. Cavabdeh1 Bağ evi onun Bağ evi ilə üzbə üz olaraq, həmin 9-cu dalanda yerləşir. 2022-ci ilin may ayında tərəfindən bağ evinə gələrkən aşkar etmişdirki, cavabdeh tərəfindən qeyri-qanuni 9-cu dalanın yoluna müdaxilə edilərək, yolu darlaşdırılmasının nəticəsində onun öz əmlakına daxil olmasına çətinlik yaratmış və avtonəqliyyatlar, yük nəqliyyatları həmin dalandan keçməsində problem yaşayırlar. Tərəfindən 18 may 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə və Sabunçu rayon icra hakimiyyətinə müraciət edilməsinə baxmayaraq, heç bir cavab verilməmişdir. Bundan başqa tərəfindən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə şikayətlə müraciət olunmuşdur, lakin buna baxmayaraq, Polis Bölməsi tərəfindən heç bir tədbir görülməmişdir. Nəticə olaraq, tərəfindən 31 may 2022-ci il tarixdə Bağ evinə qələrkən, aşkar etmişdir ki, Cavabdeh1 tərəfindən artıq hasar tam olaraq tikilib və həmin 9-cu dalanın yolu darlaşaraq, nəqliyyat həmin yoldan çox çətin keçir. Cavabdeh tərəfindən 2 metr 30 santimetr enində dövlət tərəfindən qoyulmuş yola çıxılması və yolun bağlanılması qanunaziddir. Məhkəmə əsl olmayan Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz etmişdir. Eyni zamanda, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən yol kənarına ağaclar üçün tikilmiş əlavə tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 325 nömrəli ümumi sahəsi 0.12 ha olan bağ evi xx.xx.2015-ci il tarixdə, 11 15019856 saylı qeydiyyat nömrəsi ilə 114 nömrəli reyestr kitabının 11519 nömrəli vərəqində dövlət qeydiyyatına alınmış və SERİYA RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. İş materiallarından da aydın göründüyü kimi, qeyd olunan bağ evi onun xüsusi mülkiyyətindədir. İddiaçı iddia ərizəsində “guya” onun tərəfimdən qeyri qanuni olaraq 9-cu dalanın yoluna müdaxilə edilərək, yolun darlaşdırılmasının nəticəsində öz əmlakına daxil olmasına çətinlik yaratdığını bildirmişdir. Halbuki, tərəfindən yola hər hansı qeyri-qanuni müdaxilə edilməmiş, onun qeyd etdiyinin əksinə, bağa məxsus olan hasar gəliş-gedişi, nəqliyyat vasitələrinin rahat şəkildə hərəkətini təmin etmək üçün texniki pasportda göstərilmiş torpaq sahəsinin ölçülərindən müəyyən məsafədə geridən inşa edilmişdir. Hesab edir ki, ilk iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, həmçinin ilk İddiaçı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. İddiaçı özü tərəfindən yola müdaxilə edilmiş, yol kənarına ağaclar üçün əlavə tikili inşa edilmişdir. Tərəflərindən tikinti qanuni şəkildə həyata keçirilmiş olsa da, İddiaçı tərəfindən qanunsuz şəkildə tikili tikilmiş, bu səbəbdən yolda hərəkətə maneəçilik yaratmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, hər iki tərəf ərizə göndərərək ərizələrinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizələri və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hər iki ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki: İddiaçı xx.xx.2022-ci il tarixdə ********* №-li qəbz əsasında 100 manat dövlət rüsumu ödəmişdir, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ********* №-li qəbz əsasında 100 manat dövlət rüsumu ödəmişdir, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ********* №-li qəbz əsasında 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir həmin məbləğlər dövlət büdcəsində ödəyən şəxslərə qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh2 qarşı özbaşına qanunsuz olan tikintinin sökülməsi tələbinə dair ilk iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh2 İddiaçı qarşı qanunsuz olan tikintinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılısın. xx.xx.2022-ci il tarixdə ********* №-li qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. xx.xx.2022-ci il tarixdə ********* №-li qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 qaytarılsın. xx.xx.2022-ci il tarixdə ********* №-li qəbz əsasında ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh2 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar