Məhkəmə qərarları › İş №e-2(008)-1173/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1173/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1173/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********89300 SAMSUNG GALAXY A32 markalı telefon, Mİ REDMİ AİRDOTS 2 qulaqlıq üçün 467.1 manat ödənilməmiş hissə, 46.9 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG LED TV, SONOROUS SUREFİX asqı üçün 421.6 manat ödənilməmiş hissə, 42.4 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV, SONOROUS SUREFİX asqı üçün 404.46 manat ödənilməmiş hissə, 40.54 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, KAR TANESİ – mətbəx masası, 2 ədəd KAR TANESİ – mətbəx stulu üçün 314.8 manat ödənilməmiş hissə, 31.2 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 ədəd KAR TANESİ – mətbəx stulu üçün 89 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWA qulaqlıq üçün 60.06 manat ödənilməmiş hissə, 6.94 manat cərimə pulu, ümumilikdə 1933 manat borc və 39.33 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ **********89300 SAMSUNG GALAXY A32 markalı telefon, Mİ REDMİ AİRDOTS 2 qulaqlıq, LG LED TV, SONOROUS SUREFİX asqı, TOSHİBALED TV, SONOROUS SUREFİX ASQİ, KAR TANESİ – mətbəs masası, 2 ədəd KAR TANESİ – mətbəx stulu, 2 ədəd KAR TANESİ – mətbəx stusu, AİWA qulaqlıq almış və nəticədə 1933 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 700.02 manat (18 ay x 38.89 manat + 0 manat ilkin ödəniş) olan İMEİ **********89300 SAMSUNG GALAXY A32 markalı telefon, Mİ REDMİ AİRDOTS 2 qulaqlıq üçün ümumilikdə, 514 (beş yüz on dörd) manat olmaqla ondan 467.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 46.9 (qırx altı manat doxsan qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2047.4 manat (24 ay x 84.6 manat + 17 manat ilkin ödəniş) olan LG LED TV, SONOROUS SUREFİX asqı üçün ümumilikdə, 464 manat olmaqla ondan 421.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 42.4 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 803.16 manat (18 ay x 44.47 manat + 2.7 manat ilkin ödəniş) olan TOSHİBA LED TV, SONOROUS SUREFİX asqı üçün ümumilikdə, 445 manat olmaqla ondan 404.46 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 40.54 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat (24 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan KAR TANESİ – mətbəx asası, 2 ədəd KAR TANESİ – mətbəx stulu üçün ümumilikdə, 346 manat olmaqla ondan 314.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 31.2 (otuz bir manat iyirmi qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 163.2 manat (24 ay x 6.8 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd KAR TANESİ – mətbəx stulu üçün ümumilikdə 97 manat olmaqla ondan 89 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 8 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 75.06 manat (18 ay x 4.17 manat + 0 manat ilkin ödəniş) olan AİWA qulaqlıq üçün ümumilikdə, 67 manat olmaqla ondan 60.06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 6.94 manat cərimə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixində Mİ REDMİ AİRDOTS 2 qulaqlıqdan imtina etmiş və cavadehin borcundan 52.92 manat silinmşdir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2302.9 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilən borc 180 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 52.92 manat, ümumilikdə 232.92 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ **********89300 SAMSUNG GALAXY A32 markalı telefon, Mİ REDMİ AİRDOTS 2 qulaqlıq üçün 467.1 manat ödənilməmiş hissə, 4.6 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG LED TV, SONOROUS SUREFİX asqı üçün 421.6 manat ödənilməmiş hissə, 4.2 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV, SONOROUS SUREFİX asqı üçün 404.46 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, KAR TANESİ – mətbəx masası, 2 ədəd KAR TANESİ – mətbəx stulu üçün 314.8 manat ödənilməmiş hissə, 3.1 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 ədəd KAR TANESİ – mətbəx stulu üçün 89 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWA qulaqlıq üçün 60.06 manat ödənilməmiş hissə, 6.94 manat cərimə pulu, ümumilikdə 1787.86 manat borc və 37.87 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, müqavilələr üzrə 46.9 manat, 42.4 manat, 40.54 manat məbləğində cərimələr tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 4.6 manat, 4.2 manat, 4 manat məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ **********89300 SAMSUNG GALAXY A32 markalı telefon, Mİ REDMİ AİRDOTS 2 qulaqlıq üçün 467.1 manat ödənilməmiş hissə, 4.6 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LG LED TV, SONOROUS SUREFİX asqı üçün 421.6 manat ödənilməmiş hissə, 4.2 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV, SONOROUS SUREFİX asqı üçün 404.46 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən KAR TANESİ – mətbəx masası, 2 ədəd KAR TANESİ – mətbəx stulu üçün 314.8 manat ödənilməmiş hissə, 3.1 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 ədəd KAR TANESİ – mətbəx stulu üçün 89 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWA qulaqlıq üçün 60.06 manat ödənilməmiş hissə, 6.94 manat cərimə pulu, ümumilikdə 1787.86 manat borc və 37.87 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar