Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1236/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, iddiaçı ″ABC Telecom″ MMC-nin Cavabdeh qarşı ″pul″ tələbi barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ″ABC Telecom″ MMC-nin Cavabdeh qarşı ″pul″ tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********96157 Samsung Galaxy A54 markalı telefon, Urbanista qulaqlıq, Vinil şəffaf, Samsung Charger üçün 1145,32 manat ödənilməmiş hissə, 114,68 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********75846 X1 11 markalı telefon üçün 89,08 manat ödənilməmiş hissə, 8,92 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********82317 Samsung Galaxy A13 markalı telefon, Case, HD Glass üçün 44,12 manat odənilməmiş hissə, 4,88 manat cərimə olmaqla, ümumilikdə 1407 manat borc, 34,07 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ″ABC Telecom″ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ″ABC Telecom″ MMC arasında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr bağlanılmış, nəticədə Cavabdeh İMEİ kod **********96157 Samsung Galaxy A54 markalı telefon, Urbanista qulaqlıq, Vinil şəffaf, Samsung Charger, İMEİ kod **********75846 X1 11 markalı telefon, İMEİ kod **********82317 Samsung Galaxy A13 markalı telefon, Case, HD Glass almış. Cavabdehin cəmi ödədiyi məbləğ 1420,28 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh ″ABC Telecom″ MMC-dən İMEİ kod **********96157 Samsung Galaxy A54 markalı telefon, Urbanista qulaqlıq, Vinil şəffaf, Samsung Charger almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; - xx.xx.2023-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh ″ABC Telecom″ MMC-dən İMEİ kod **********75846 X1 11 markalı telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; - xx.xx.2023-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh ″ABC Telecom″ MMC-dən İMEİ kod **********82317 Samsung Galaxy A13 markalı telefon, Case, HD Glass almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1633,92 manat olan İMEİ kod **********96157 Samsung Galaxy A54 markalı telefon, Urbanista qulaqlıq, Vinil şəffaf, Samsung Charger üçün cəmi ödədiyi məbləğ 488,6 manat, ödənilməmiş əsas borcu 1145,32 manat, cərimə borcu 114,68 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 534,96 manat olan İMEİ kod **********75846 X1 11 markalı telefon üçün cəmi ödədiyi məbləğ 445,88 manat, ödənilməmiş əsas borcu 89,08 manat, cərimə borcu 8,92 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 529,92 manat olan İMEİ kod **********82317 Samsung Galaxy A13 markalı telefon, Case, HD Glass üçün cəmi ödədiyi məbləğ 485,8 manat, ödənilməmiş əsas borcu 44,12 manat, cərimə borcu 4,88 manat olmaqla, ümumi ödənilməmiş borcu cəmi 49 manat, ümumilikdə 1407 manat təşkil edir; - ″ABC Telecom″ MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehdən qalan borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə qalıq borcu üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdehn xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cəriməni razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən,işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü ildə 44,72 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********96157 Samsung Galaxy A54 markalı telefon, Urbanista qulaqlıq, Vinil şəffaf, Samsung Charger üçün 1145 (min yüz qırx beş) manat, 32 (otuz iki) qəpik ödənilməmiş hissə, 114 (yüz on dörd) manat, 68 (altmış səkkiz) qəpik cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********75846 X1 11 markalı telefon üçün 89 (səksən doqquz) manat, 08 (səkkiz) qəpik ödənilməmiş hissə, 8 (səkkiz) manat, 92 (doxsan iki) qəpik cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********82317 Samsung Galaxy A13 markalı telefon, Case, HD Glass üçün 44 (qırx dörd) manat, 12 (on iki) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat, 88 (səksən səkkiz) qəpik cərimə, ümumilikdə 1407 (min dörd yüz yeddi) manat borc və 34 (otuz dörd) manat, 07 (yeddi) qəpik ödənilmiş dövlət rüsumu alınaraq ″ABC Telecom″ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (″Elektron məhkəmə″ informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-1236/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1236/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver