Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1287/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X4 13 kompüter üçün 2116,2 manat ödənilməmiş hissə, 419 manat dəbbə pullu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********68662 İphone 13 pro max markalı telefon üçün 1530,86 manat ödənilməmiş hissə, 458,74 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Apple watch 7 qol saatı üçün 777 manat ödənilməmiş hissə, 240,3 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X6 üçün 53,86 manat ödənilməmiş hissə, 16,04 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Samsung watch 4 qol saatı, Mi Charger üçün 43,94 manat ödənilməmiş hissə, 16,06 manat dəbbə pulu olmaqla, ümumilikdə 5672 manat borc və 76,72 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən cavabdeh X4 13 komputer, İMEİ kod **********68662 İphone 13 pro max markalı telefon, Apple watch 7 qol saatı, X6, Samsung watch 4 qol saatı, Mi Charger almış və nəticədə 5672 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən X4 13 kompüter; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə İMEİ kod **********68662 İphone 13 pro max markalı telefon; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə Apple watch 7 qol saatı; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi X6; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə Samsung watch 4 qol saatı, Mi Charger almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 3103,04 manat olan X4 13 kompüter üçün cəmi ödədiyi məbləğ 986,84 manat, ödənilməmiş əsas borcu 2116,2 manat, cərimə borcu 419 manat olmaqla, cəmi 2535,2 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 3619,96 manat olan İMEİ kod **********68662 İphone 13 pro max markalı telefon üçün cəmi ödədiyi məbləğ 2089,1 manat, ödənilməmiş əsas borcu 1530,86 manat, cərimə borcu 458,74 manat olmaqla, cəmi 1989,6 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1607 manat olan Apple watch 7 qol saatı üçün cəmi ödədiyi məbləğ 830 manat, ödənilməmiş əsas borcu 777 manat, cərimə borcu 240,3 manat olmaqla, cəmi 1017,3 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 500,04 manat olan X6 üçün cəmi ödədiyi məbləğ 446,18 manat, ödənilməmiş əsas borcu 53,86 manat, cərimə borcu 16,04 manat olmaqla, cəmi 69,9 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1003,86 manat olan Samsung watch 4 qol saatı, Mi Charger üçün cəmi ödədiyi məbləğ 959,92 manat, ödənilməmiş əsas borcu 43,94 manat, cərimə borcu 16,06 manat olmaqla, cəmi 60 manat, ümumi ödənilməmiş borcu cəmi 5672 manat təşkil edir; -xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X4 13 kompüterin aylıq ödəniş məbləği 127,21 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kod **********68662 İphone 13 pro max markalı telefonun aylıq ödənişi 139,22 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Apple watch 7 qol saatının aylıq ödənişi 89 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X5 aylıq ödənişi 27,78 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung watch 4 qol saatı, Mi Chargerun aylıq ödənişi 55,77 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən X4 13 kompüter üçün 2116 (iki min yüz on altı) manat, 20 (iyirmi) qəpik əsas, 419 (dörd yüz on doqquz) manat məbləğində cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********68662 İphone 13 pro max markalı telefon üçün 1530 (min beş yüz otuz) manat, 86 (səksən altı) qəpik əsas, 458 (dörd yüz əlli səkkiz) manat, 74 (yetmiş dörd) qəpik cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Apple watch 7 qol saatı üçün 777 (yeddi yüz yetmiş yeddi) manat əsas, 240 (iki yüz qırx) manat, 30 (otuz) qəpik cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən X6 üçün 53 (əlli üç) manat, 86 (səksən altı) qəpik əsas, 16 (on altı) manat, 04 (dörd) qəpik cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Samsung watch 4 qol saatı, Mi Charger üçün 43 (qırx üç) manat, 94 (doxsan dörd) qəpik əsas, 16 (on altı) manat, 06 (altı) qəpik cərimə borcu olmaqla, cəmi 5672 (beş min altı yüz yetmiş iki) manat pul və 76 (yetmiş altı) manat, 72 (yetmiş iki) qəpik məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-1287/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1287/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver