Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1291/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 985 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0.40 manat xidmət haqqının, ümumilikdə 1015,40 (bir min on beş manat, 40 qəpik) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Toyota Prius (hibrid) minik” markalı, **-BK-*** d.q.n.-lı (ban № JTDKB20U7********) avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" müqaviləsi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən (bundan sonra - Şirkət) sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2022-ci il tarixində Bakı şeheri, Maştağa qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Cavabdeh1 məxsus, etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə olunan “Toyota Prius (hibrid) minik” markalı, **-DR-*** d.q.n.-lı (ban № JTDKB20U7********) avtomobillə “Toyota Prius minik” markalı, 99-LY- 769 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Bakı şəhər Sabunçu rayon DYPŞ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP5041051 nömrəli qərara əsasən, baş vermiş yol- nəqliyyat hadisəsi ilə əlaqədar “Toyota Prius (hibrid) minik” markalı, **-DR- *** d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1 -ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hallan istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş Dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci i! tarixli akta əsasən, “Toyota Prius minik” markalı, **- LY-*** d.q.n.-lı avtomobilə 985 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Bununla əlaqədar sığorta ödənişi ilə bağlı 07347 nömrəli akt tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən 985 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Subroqasiya qaydasında pul tələbi ilə əlaqədar Şirkət tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehlərin rəsmi qeydiyyat ünvanlarına pretenziya məktubları göndərilmiş, məktub Cavabdeh2 müvafiq qaydada çatdırılmış, digər Cavabdeh1 çatdırıla bilmədiyindən poçt xidməti tərəfindən geri qaytarılmış, eyni zamanda Şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə və cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 985 manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən faydalanan şəxsə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə uyğun olaraq cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də, faydalanan şəxsə ödənilmiş məbləğin əvəzi olaraq 985 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq Şirkətin xeyrinə tutulması barədə qətnamənin çıxarılması üçün Şirkət tərəfindən məhkəməyə müraciət edilməsinə əsas yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş icbari siğorta müqaviləsindən görünür ki, X4 məxsus Toyota Prius minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı ban JTDKB20U773268943 olan avtomobil iddiaçı şirkətdə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari siğorta ilə siğortalanmışdır. Eloktron portaldan çıxarışdan görünür ki, Toyota Prius minik markalı 77DR158 dövlət qeydiyyat nişanlı ban JTDKB20U773268943 olan avtomobilin mülkiyyətçisi xx.xx.2021-ci il tarixdən Cavabdeh1 olmuşdur. 07347 saylı siğorta ödənişi ilə bağlı aktdan görünü ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Azərsiğorta DSKŞ-da icbari siğortalı olan məxsus Toyota Prius minik markalı 77DR158 (** BK ***) dövlət qeydiyyat nişanlı ban JTDKB20U773268943 olan avtomobil vaistəsi ilə Toyota Prius 99LV769 nömrəli avtomobilə dəymiş 985 manat zərər zərər dəyən avtomobilin qanunu sahibi olan X7 ödənilməsi qərara alınmışdır. Hadisəni törədən zaman Toyota Prius minik markalı 77DR158 (** BK ***) dövlət qeydiyyat nişanlı ban JTDKB20U773268943 olan avtomobilin sürücüsü Cavabdeh2 olmuşdur. İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində İXM-nin 327.1 və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair barəsində protokol tərtib edilmişdir TP seriyalı, ******* nömrəli Elektron Qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsini törətməkdən təqsirili biliərək, İXM-nin 332.1 və 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. AD seriyalı, 892338 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” minik markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. xx.xx.2021-ci il tarixli X5 tərəfindən verilən etibarnamədən görünür ki, mülkiyyətçi “Toyota Prius” minik markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilə bütün hüquqlarını xx.xx.2024-cü ilədək olan X7 həvalə etmişdir. - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:15 radələrində Şəhər Yol Şossesində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma kimi qeydə alınmışdır. Avtonəqliyyat vəsatəsinin idarə edən Cavabdeh2 olmuşdur. Cavabdeh2 sürücülük vəsiqəsinin olmadan avtonəqliyyat vaistəsini idarə etmişdir. Dəymiş ziyanın hesablanamsına dair aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Toyota Prius” minik markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği 985 manat olması müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X7 985 manat sığorta ödənişi ödənilmişdir. - 22 avqust 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Toyota Prius (hibrid) minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı (ban № JTDKB20U7********) avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" müqaviləsi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən (bundan sonra - Şirkət) sığortalanmışdır. xx.xx.2022-ci il tarixində avtomobilin qanuni sahibi Cavabdeh1 məxsus Toyota Prius (hibrid) minik” markalı, **-DR-*** (**-BK-***) dövlət qeydiyyat nişanlı (ban № JTDKB20U7********) avtomobili etibarnamə olmadan idarə edən Cavabdeh2 tərəfindən yol nəqliyyat hadisəsi törədərək “Toyota Prius minik” markalı, 99-LY- 769 dövlət qeydiyyat nişanlı avtomobilə 985 manat məbləğində zərər vurulmuşdur. Zərər vuran avtomobilin siğortaçısı olan iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərər dəyən avtomobilin qanuni sahibinə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı siğortalı avtomobilin sürücüsünün avtomobili idarə etmək hüququ olmadan idarə etdiyindən İcbari siğorta müqaviləsinin 25-ci maddəsinə əsasən siğortaçının zərərdəymiş avtomobilə ödəmiş olduğu siğorta ödənişinin subroqasiya qaydasından təqsirli sürücüdən geri tələb etmək hüuquq yarandığında iddia tələbi təqsirli sürücü hesab edilən X2 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin Cavabdeh1 yönələn hissəsinə münasibət bildirərək qeyd edir ki, mülkiyyətçi sözügedən avtomobili həmin avtomobili idarə etmək hüquq olmadan hansı əsaslarla cavabdeh X1 olmasını və öz təqsirsizliyini sübuta yetirə bilmədiyindən iddia tələbi Cavabdeh1 münasibətdə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 985 (doqquz yüz səksən beş) manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı , ümumilikdə 1015,40 (bir min on beş manat, qırx qəpik) manat iddiaçı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1291/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1291/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver