Məhkəmə qərarları › İş №e-2(008)-1297/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1297/2024

04.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1297/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bag massivi ünvanında yerləşən 5147X saylı bağ sahəsinə (abonent kodu: **********07361) əsassız olaraq borc kimi yazılmış 7575.59 manatın cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağ, massivindəki 5147X saylı bağ, hazırda İddiaçı və onun ailəsinin istifadəsindədir. Onlar, həmin bağ sahəsində yalnız yay aylarında istirahət edirlər. Digər aylarda isə bağda yalnız mühafizəçi qalır və qaz sərfiyyatı az olur. İddiaçı tərəfindən cavabdehə qazla bağlı borc vaxtında və tam şəkildə ödənilmişdir. xx.xx.2023-cü il tarixində verilmiş bildiriş xəbərdarlıqda bildirilmişdir ki, cavabdehə olan yekun borc (ƏDV-li) 7575.59 manat təşkil edir. Lakin bildirişin verildiyi tarixdən öncə qeyd edilən ünvanda daimi yaşayış olmamış və həmin müddət ərzində isə qazdan qeyd edilən yekun borcu yarana biləcəyi həcmdə istifadə edilməmişdir. Xüsusi ilə diqqətinə çatdırır ki, 28 aprel 2023-cu il tarixində Cavabdeh (bundan sonra "Cavabdeh") mimayəndələri yaxınlaşaraq, sayğacın mənfi ilə işlədiyini və bu səbəbdən sayğacın yenisi ilə dəyişdirilməli olduğunu bildiriblər. Sayğacın (plombun) yenisi ilə əvəzlənmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 28 aprel 2023-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi və eyni zamanda bildirdi ki, qeyd edilən borcun, 324 manat və 5184 manat olan hissəsi akt üzrə borc, 2246.79 manat oln hissəsi isə iş matriallarında olan xx.xx.20223-cü il tarixli sayğacın çıxarılması zamanı hesablanmış borc məbləğidir. Həmin aktda sayğac çıxarılan zaman sayğac mənfiyə işlədiyi müəyyən edildiyindən həmin mənfiyə işləyən məbləğdir. İş matriallarına əlavə edilmiş İddiaçı məxsus **********07361 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə İddiaçı, 2020-ci ilin mart ayında qalıq və aktlar üzrə 324 manat və 2023-cü ilin may ayının sonu üçün qalqı və aktlar üzrə 5184 manat borc yazılmışdır. Bundan əlavə sözügedən saldodan görünür ki, **********07361 nömrəli abonentə 2023-cü ilin iyun ayında 2246.79 manat məbləğində borc qeyri-ödənişlər üzrə hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, MSK 29/1770-02864 saylı rəyə əsasən sayğac xx.xx.2018-ci il tarixdə ALARM-1 rejimində aşkar olunmuşdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görübür ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən itirlmiş qazı həcmi 3240 kub metr hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, 14-2- 2/3-5-5039/Q-002 nömrəli rəyə əsasən 1805AZ**********84 zavod nömrəli sayğacın klapanı sınmışdır. xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən itirilmiş qazın həcmi 43200 kubmetr hesablanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023ci il tarixli aktın surətindən görünür ki, İddiaçı Raul oğöluna məxsus sayğac mənfiyə işlədiyindən sayğac yenisi ilə əvəzləşdirilmiş və itirilmiş qazın həcmi isə sayğac göstəricisinə uyğun olaraq 25313.1 kubmetr olduğu qeyd edilmişdir. Abonent saldosundan görünr ki, yanvar 2024-cü il tarixinə borc məbləği 8093.59 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçıya hesabına yazılmış 324 manat, 5184 manat və 2246.79 manat olan hər üç borc məbləği Azəriqaz İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacda yaranan nasazlıq ilə əlaqədar olduğundan, məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 2020-ci ilin mart ayında yazılmış 324 manat borc, 2023-cü ilin may ayında yazılmış 5184 manat və 2023-cü ilin iyun ayında 2246.79 manat borcun cəmi 7754.79 manat borcun iddia tələbi üzrə 7575.59 manat olan hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi ünvanında yerləşən 5147X bağ sahəsinə **********07361 saylı abonent koduna qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 7575.59 (yeddi min beş yüz yetmiş beş manat, əlli doqquz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar