Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1375/2024 02.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul tələbi" barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul tələbi" barədə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 174,9 manat əsas, 26,2 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 85,4 əsas, 12,8 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 122,6 əsas, 18,3 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 870 əsas, 130,5 manat cərimə, ümumilikdə 1440,7 manat məbləğində pulun və 34,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı "Taube" markalı televizora görə 449,90 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı "De Luxe" markalı su qızdırıcısına görə 239,90 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən aldığı "Samsung" markalı telefona görə 283,10 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı "JVC" markalı televizora və "Zimmer" saç qurudana görə 1205,90 ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü ildə 20 manat, xx.xx.2022ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü ildə 14 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü ildə 16 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2023-cü ildə 67 manat ödəniş etmiş və dörd müqavilə üzrə qalıq qalmış 870 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1305 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1305 manat təşkil ediyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 130,50 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü ildək "xxxx" MMC-yə olan borcu xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 174,9 manat əsas, 26,2 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 85,4 əsas, 12,8 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 122,6 əsas, 18,3 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 870 əsas, 130,5 manat cərimə, ümumilikdə 1440,7 manat təşkil etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli 4 müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən "Taube" markalı televizor, "De Luxe" markalı su qızdırıcısı, "Samsung" markalı telefon, "JVC" markalı televizor və "Zimmer" saç qurudan almış, onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli "Maliyyə arayışı"ndan müəyyən edilir ki:
1. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının cavabdehdə alqı-satqı qiyməti 283,10 manat olan "Samsung" markalı telefon üçün cəmi ödədiyi məbləğ 160,5 manat, ödənilməmiş əsas borcu 122,6 manat, cərimə borcu 183 manat;
2. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının cavabdehdə alqı-satqı qiyməti 1205,90 manat olan "JVC" markalı televizor və "Zimmer" saç qurudan üçün cəmi ödədiyi məbləğ 335,90 manat, ödənilməmiş əsas borcu 870 manat, cərimə borcu 1305 manat;
3. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının cavabdehdə alqı-satqı qiyməti 449,90 manat olan "Taube" markalı televizor üçün cəmi ödədiyi məbləğ 275 manat, ödənilməmiş əsas borcu 174,90 manat, cərimə borcu 262 manat;
4. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçının cavabdehdə alqı-satqı qiyməti 239,90 manat olan "De Luxe" markalı su qızdırıcısı üçün cəmi ödədiyi məbləğ 154,50 manat, ödənilməmiş əsas borcu 85,40 manat, cərimə borcu 128 manat olmaqla, ümumi ödənilməmiş borcu 2175 manat təşkil edir; - "xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış "Xəbərdarlıq" məktubundan görünür ki, cavabdehə borcunu ödəməsi təklif edilmiş və ödəməcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh "xxxx" xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü ildə 34,40 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən " Taube" markalı televizor üçün 174,90 manat ödənilməmiş hissə, 26,2 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən "De Luxe" markalı su qızdırıcısı üçün 85,4 manat ödənilməmiş hissə, 12,8 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən "Samsung" markalı telefona üçün 122,60 manat ödənilməmiş hissə, 183 manat cərimə; xx.xx.2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən "JVC" markalı televizor və "Zimmer" saç qurudan üçün 870 əsas, 130,5 manat cərimə, 34,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1475 (min dörd yüz yetmiş beş) manat 10 (on) qəpik məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Adilə Paşayeva.