Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1394/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2094.50 manat sığorta ödənişinin və 41.40 manat dövlət rüsumunun, cəmi 2135.90 manat məbəğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Opel Combo-C minik” markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Maştağa qəsəbəsi ilə hərəkət edən zaman yol nişanının tələbinin pozması nəticəsində "xxxx" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Sabunçu Rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli, TP ******* saylı qərar ilə “Opel Combo-C minik” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan "xxxx" markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə 8045 (səkkiz min qırx beş) manat maddi zərər dəymişdir. MİB2000164 saylı sığorta şəhadətnaməsinə və AKS230159 saylı, xx.xx.2023cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 5533,75 (beş min beş yüz otuz üç manat, yetmiş beş qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətimizin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Opel Combo-C minik” markalı, 77 FR 43 dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəfimizdən "xxxx" ASC-yə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 3439,25 (üç min dörd yüz otuz doqquz manat, iyirmi beş qəpik) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 2094,50 (iki min doxsan dörd manat, əlli qəpik) manat təşkil etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Avtonəqliyyat vaistələrinin könüllü siğortası haqqında şəhadətnamədən görünür ki, PSG Finans BOKT MMC-nin mülkiyyətində olan "xxxx" markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixədək Meqa Sigorta ASCdə siğortalanmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli AKS230159 saylı Sığorta Ödənişi Aktının surətindən görünür ki, "xxxx" markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobil Meqa Siğorta ASC-də kasko siğorta ilə sığorta olunmuşdur. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Mercedes Benz GL 550” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilə 8045 manat dəymiş zərərin 5533.75 manat olan hissəsi avtomobilin mülkiyyətçisi PSG Finans BOKT MMC-ə ödənilməsi müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli qüsur aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilə 8045 manat məbləğində zərər dəymiş olduğu müəyyən edilmişdir. xx.xx.2023-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı X1 barəsində inzibati xətta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 İXM-nin 327.1 maddəsində nəzərdə tutulan inzibati xəttanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati tənbeh edilmişdir. AD 862171 nömrəlinəqliyyat avistəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi PSG Finans BOKT MMC-dir xx.xx.2023-ci il tarixli ödəniş qəbzindən görünür ki, Meqa Siğorta ASC tərəfindən 5533.75 manat pul Mercedes Benz GL 550” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi PSG Finans BOKT MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Həmin məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş baş vermiş yoln-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri səbəbindən Meqa Siğorta ASC kasko siğorta ilə siğortalı olan Mercedes Benz GL 550” markalı **-PL-*** nömrə nişanlı avtonəqliyyat vasitəsinə 8045 manat məbləğində zərər dəymişdir. Qeyd edilən zərərin 5533.75 manat olan hissəsi şiğortaçı tərəfindən siğortalı olan avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Beləliklə məlum olurki, iddiaçı cavabdehəin təqsiri nəticəsində avtomobilə vurulmuş zərərin bir qismini ödəmiş olduğundan, onun cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Eyni zamanda iddia ərizəsindən məlum olur ki, dəymiş zərərin bir qismi zərər vuran avtomobilin mülkiyyətçsi tərəfindən ödənmiş olduğundan iddiaçı zərər vurandan ödənməmiş 2094.50 manat hissəni tələb etdiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2094.50 (iki min doxsan dörd manat əlli qəpik) manat pul və 41.40 (qırx bir manat qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1394/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1394/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver