Məhkəmə qərarları › İş №e-2(008)-1415/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1415/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1415/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********82985 Xiaomi mi 11 lite üçün 1135.1 (bir min bir yüz otuz beş manat on qəpik) manat ödənilməmiş hissə, 113.9 (yüz on üç manat doxsan qəpik) manat cərimə borcu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən LG OK75 Xboom üçün 800.88 (səkkiz yüz manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 80.12 (səksən manat on iki qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Xiaomi Poco X3 Pro maraklı telefon üçün 634.8 (altı yüz otuz dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 63.2 (altmış üç manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4 ədəd Kar tanesi-Mətbəx-stul-Nm,KarTanesi-Mətbəx-Masa,NM üçün 422.65 (dörd yüz iyirmi iki manat altmış beş qəpik) manat ödənilməmiş hissə, 42.35 (qırx iki manat otuz beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Polo-Dehliz Dolab-İF-Ceviz üçün 150.01 (yüz əlli manat bir qəpik) manat ödənilməmiş hissə, 15.99 (on beş manat doxsan doqquz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Huawei Freebuds 4i Black üçün 141.28 (yüz qırx bir manat iyirmi səkkiz qəpik) ödənilməmiş hissə, 14.72 (on dörd manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3511 (üç min beş yüz on bir) manat borc və 55.11 (əlli beş manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********82985 Xiaomi mi 11 lite üçün cəmi ödənilməmiş əsas borc 1135.1 (min yüz otuz beş manat on qəpik) manat, cərimə borcu 9.9 (doqquz manat doxsan qəpik)manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən LG OK75 Xboom üçün cəmi ödənilməmiş əsas borc 800.88 (səkkiz yüz manat səksən səkkiz qəpik) manat, cərimə borcu 80.12 (səksən manat on iki qəpik)manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Xiaomi Poco X3 Pro üçün cəmi ödənilməmiş əsas borc 634.8 (altı yüz otuz dörd manat səksən qəpik) manat, cərimə borcu 63.2 (altmış üç manat iyirmi qəpik) manat; xx.xx.2021ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 4 ədəd Kar tanesi-Mətbəx-stul- Nm,KarTanesi-Mətbəx-Masa,NMo üçün cəmi ödənilməmiş əsas borc 422.65 manat, cərimə borcu 42.35 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Polo-Dəhliz dolab üçün cəmi ödənilməmiş əsas borc 150.01 manat, cərimə borcu 15.99 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Huawei Freebuds 4i Black üçün cəmi ödənilməmiş əsas borc 141.28 manat, cərimə borcu 14.72 manat olmaqla, 6 müqavilə üzrə cəmi 3511 (üç min beş yüz on bir manat) manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2022, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli müqaviləyə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 150.01 (yüz əlli manat bir qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1135.1 (bir min bir yüz otuz beş manat on qəpik) manat ödənilməmiş hissə borcu, 113.9 (yüz on üç manat doxsan qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 800.88 (səkkiz yüz manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 80.12 (səksən manat on iki qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 634.8 (altı yüz otuz dört manat səksən qəpik) manat ödənilməmiş hissə, 63.2 (altmış üç manat iyirmi qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 422.65 (dört yüz iyirmi iki manat altı beş qəpik) manat ödənilməmiş hissə, 42.35 (qırx iki manat otuz beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 150.01 (yüz əlli manat bir qəpik) manat ödənilməmiş hissə, 15.99 (on beş manat doxsan doqquz qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 141.28 (bir yüz qırx bir manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 14.72 (on dörd manat yetmiş iki qəpik) manat cərimə pulu olmaqla, cəmi 3511 (üç min beş yüz on bir) manat məbləğində pul və 55.11 (əlli beş manat on bir qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar