Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1461/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********49122 SAMSUNG GALAXY A55 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün 1419.96 (bir min dörd yüz on doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 425.99 (dörd yüz iyirmi beş manat, doxsan doqquz qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********79827 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MAT üçün 1240.80 (bir min iki yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 372.84 (üç yüz yetmiş iki manat, səksən dörd qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********94983 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MAT üçün 1239.96 (bir min iki yüz otuz doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 371.99 (üç yüz yetmiş bir manat, doxsan doqquz qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********55307 HONOR X7B markalı telefon üçün 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 56.10 (əlli altı manat, on qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********13357 OPPO A17 markalı telefon, VİNİL ŞƏFFAF üçün 114 (yüz on dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 34.20 (otuz dörd manat, iyirmi qəpik) manat dəbbə, ümumilikdə 5556.64 (beş min beş yüz əlli altı manat, altmış dörd qəpik) manat borc, 75.57 (yetmiş beş manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********49122 SAMSUNG GALAXY A55 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF, İmei kod **********79827 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MAT, İmei kod **********94983 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MAT, İmei kod **********55307 HONOR X7B markalı telefon, İmei kod **********13357 OPPO A17 markalı telefon, VİNİL ŞƏFFAF almış və nəticədə 5556.64 (beş min beş yüz əlli altı manat, altmış dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1419.96 (bir min dörd yüz on doqquz manat, doxsan altı qəpik) manat (12 ay x 118.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********49122 SAMSUNG GALAXY A55 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAF üçün ümumilikdə, 1845.95 (bir min səkkiz yüz qırx beş manat, doxsan beş qəpik) manat olmaqla ondan, 1419.96 (bir min dörd yüz on doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 425.99 (dörd yüz iyirmi beş manat, doxsan doqquz qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1240.80 (bir min iki yüz qırx manat, səksən qəpik) manat (12 ay x 103.40 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********79827 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MAT üçün ümumilikdə, 1636.44 (bir min altı yüz otuz altı manat, qırx dörd qəpik) manat olmaqla ondan, 1240.80 (bir min iki yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 372.84 (üç yüz yetmiş iki manat, səksən dörd qəpik) manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1239.96 (bir min iki yüz otuz doqquz manat, doxsan altı qəpik) manat (12 ay x 103.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********94983 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MAT üçün ümumilikdə, 1635.55 (bir min altı yüz otuz beş manat, əlli beş qəpik) manat olmaqla ondan, 1239.96 (bir min iki yüz otuz doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 371.99 (üç yüz yetmiş bir manat, doxsan doqquz qəpik) manat dəbbə; xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 561 (beş yüz altmış bir) manat (12 ay x 46.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********55307 HONOR X7B markalı telefon üçün ümumilikdə, 266.70 (iki yüz altmış altı manat, yetmiş qəpik) manat olmaqla ondan, 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 56.10 (əlli altı manat, on qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 414 (dörd yüz on dörd) manat (12 ay x 34.50 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********13357 OPPO A17 markalı telefon, VİNİL ŞƏFFAF üçün ümumilikdə, 171.80 (yüz yetmiş bir manat, səksən qəpik) manat olmaqla ondan, 114 (yüz on dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 34.20 (otuz dörd manat, iyirmi qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 674 manat təşkil edir. Bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməkləri mümkün olmadığından, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 1419.96 manat olan İmei kod **********49122 SAMSUNG GALAXY A55 markalı telefon, 2 ədəd VİNİL ŞƏFFAFİ, ayda 118.33 manat ödəmək şərti ilə 12 ay müddətinə; qiyməti 1240.80 manat olan olan İmei kod **********79827 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MATİ ayda 103.40 manat ödəmək şərti ilə 12 ay müddətinə; qiyməti 1239.96 manat olan İmei kod **********94983 SAMSUNG GALAXY A55 markalı telefon, VİNİL MATİ, ayda 103.33 manat ödəmək şərti ilə 12 ay müddətinə; qiyməti 561 manat olan olan İmei kod **********55307 HONOR X7B markalı telefonu ayda 46.75 manat ödəmək şərti ilə 12 ay müddətinə; qiyməti 414 manat olan olan İmei kod **********13357 OPPO A17 markalı telefon, VİNİL ŞƏFFAFİ ayda 34.5 manat ödəmək şərti ilə 12 ay müddətinə almışdır. "xxxx" MMC tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi 5556.64 (beş min beş yüz əlli altı manat, altmış dörd qəpik) manat məbləğində borcu yarandığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdehdan borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş, müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 42 (qırx iki) manat dəbbə pulu; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 37 (otuz yeddi) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 37 (otuz yeddi) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 5,60 (beş manat altmış qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3,40 (üç manat qırx qəpik) manat dəbbə pulu tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehdan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1419.96 (bir min dörd yüz on doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1240.80 (bir min iki yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 37 (otuz yeddi) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1239.96 (bir min iki yüz otuz doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 37 (otuz yeddi) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 5,60 (beş manat altmış qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 114 (yüz on dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 3,40 (üç manat qırx qəpik) manat dəbbə olmaqla, cəmi 4421,12 (dörd min dörd yüz iyirmi bir manat, on iki qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 64,21 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1419.96 (bir min dörd yüz on doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1240.80 (bir min iki yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 37 (otuz yeddi) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1239.96 (bir min iki yüz otuz doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 37 (otuz yeddi) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 5,60 (beş manat altmış qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 114 (yüz on dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 3,40 (üç manat qırx qəpik) manat dəbbə olmaqla, cəmi 4421,12 (dörd min dörd yüz iyirmi bir manat, on iki qəpik) manat məbləğində pulun və 64,21 (altmış dörd manat, iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1461/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1461/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver