Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1464/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı Cavabdeh qarşı "tikilinin sökülməsi" tələbinə dair mülki işə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "tikilinin sökülməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)- 1464/2025 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan İddiaçı xx.xx.2025-ci ildə şikayət verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-1464/2025 nömrəli qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2389/2025 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-1464/2025 nömrəli qərardadı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı maneələrin aradan qaldırılması tələbinə dair 2(008)-852/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı maneələrin aradan qaldırılması tələbinə dair 2(008)-852/2025 saylı mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında, eyni əsaslar üzrə yarandığından və sözügedən mübahisələr üzrə ilkin olaraq mülki iş Sabunçu Rayon Məhkəməsində 2(008)-852/2025 saylı mülki iş olduğundan hazırki iş, həmin işlə bir icraatda birləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "tikilinin sökülməsi" tələbinə dair mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı maneələrin aradan qaldırılması tələbinə dair 2(008)-852/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-1464/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1464/2025
08.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver