Məhkəmə qərarları › İş №e-2(008)-1473/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1473/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1473/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06016 nömrəli X4 müqaviləsi üzrə əsas borc 6000.57 (altı min manat əlli yeddi qəpik) manat, faiz (mükafat) borc 2490.24 (iki min dörd yüz doxsan manat iyirmi dörd qəpik) manat, cərimə borc 120.55 (yüz iyirmi manat əlli beş qəpik) manat olmaqla cəmi 8611.36 (səkkiz min altı yüz on bir manat otuz altı qəpik) manat borcun, dövlət rüsumu olaraq 107 (yüz yeddi) manat və lizinq obyekti olan Hyndai Santafe minik markalı 77AG897 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, aralarında xx.xx.2022-ci il tarixdə, 36 ay müddətinə İF/06016 nömrəli X4 müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Hyndai Santafe minik markalı 77AG897 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən bir neçə müddətdir ki, heç bir ödəniş etməməklə lizinq obyekti onun istifadəsindədir. Müqavilə müddəti ərzində cavabdeh tərəfindən 14861 (on dörd min səkkiz yüz altmış bir) manat ödəniş edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixinə olan əsas borcu 6000.57 (altı min manat əlli yeddi qəpik) manat, faiz (mükafat) borcu 2490.24 (iki min dörd yüz doxsan manat iyirmi dörd qəpik) manat, cərimə borcu 120.55 (yüz iyirmi manat əlli beş qəpik) manat olmaqla cəmi 8611.36 (səkkiz min altı yüz on bir manat otuz altı qəpik) manat təşkil edir. "xxxx" MMC-nin nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, Cavabdeh ilə, "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə 36 ay müddətinə İF/06016 nömrəli X4 müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Hyndai Santafe minik markalı 77AG897 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan Hyndai Santafe minik markalı 77AG897 dövlət nömrə nişanlı avtomobili Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh lizinq müqaviləsi üzrə əsas borcu 6000.57 (altı min manat əlli yeddi qəpik) manat, faiz borcu 2490.24 (iki min dörd yüz doxsan manat iyirmi dörd qəpik) manat, cərimə borc 120.55 (yüz iyirmi manat əlli beş qəpik) manat olmaqla cəmi 8611.36 (səkkiz min altı yüz on bir manat otuz altı qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubundan görünür ki, yaranmış borc məbləğinin tez bir zamanda ödənilmədiyi təqdirdə, lizinq şirkəti tərəfindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 107 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir necə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1.-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12-748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 448.1. və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin tərəflər arasında xx.xx.2022-ci il tarixli İF/06016 nömrəli X4 müqaviləsinin 13-cü bəndinə əsasən lizing alan müqavilə üzrə öhdəliklərini icra etmədikdə lizing verən lizing abyektini geri almaq hüququna malikdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daxili maliyyə lizingi müqaviləsinə əsasən, Hyndai Santafe minik markalı 77AG897 dövlət nömrə nişanlı avtomobil lizinq alanın istifadəsinə verilmiş, nəqliyyat vasitəsinin qiyməti 22000 (iyirmi iki min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə müddəti ərzində 14861 (on dörd min səkkiz yüz altmış bir) manat ödəniş etsə də, müqavilə üzrə qalan öhdəliklərini icra etməkdən birtərəfli qaydada imtina etmişdir. Həmçinin lizing abyekti olan Hyndai Santafe minik markalı 77AG897 dövlət nömrə nişanlı avtomobil hazırda lizinq alanın istifadəsindədir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o daxili lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödəmədiyindən Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06016 nömrəli X4 müqaviləsi üzrə əsas borc 6000.57 (altı min manat əlli yeddi qəpik) manat, faiz (mükafat) borc 2490.24 (iki min dörd yüz doxsan manat iyirmi dörd qəpik) manat, cərimə borc 120.55 (yüz iyirmi manat əlli beş qəpik) manat, cəmi 8611.36 (səkkiz min altı yüz on bir manat otuz altı qəpik) manat borc "xxxx" MMC-nin xeyrinə ödənilməlidir Lizinq obyekti olan Hyndai Santafe minik markalı 77AG897 dövlət nömrə nişanlı avtomobil cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 107 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06016 nömrəli X4 müqaviləsi üzrə əsas borc 6000.57 (altı min manat əlli yeddi qəpik) manat, faiz (mükafat) borc 2490.24 (iki min dörd yüz doxsan manat iyirmi dörd qəpik) manat, cərimə borc 120.55 (yüz iyirmi manat əlli beş qəpik) manat, cəmi 8611.36 (səkkiz min altı yüz on bir manat otuz altı qəpik) manat borc və 107 (yüz yeddi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Lizinq obyekti olan Hyndai Santafe minik markalı 77AG897 dövlət nömrə nişanlı avtomobil cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar