Məhkəmə qərarları › İş №e-2(008)-1526/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1526/2025

27.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1526/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək Cavabdeh tərəfindən **********50000 nömrəli abonent kodu üzrə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6805,19 (altı min səkkiz yüz beş manat on doqquz qəpik) manat məbləğində borcun silinməsi və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin 300 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda **********50000 nömrəli abonent kodu onun adınadır. Bu yaxınlarda abonent kodu üzrə adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Barəsində “Təbii X2nın pozulması haqqında” aktlar xx.xx.2018-ci il tarixli, ******* nömrəli; xx.xx.2018-ci il tarixli, ******* nömrəli; xx.xx.2018-ci il tarixli, ******* nömrəli; xx.xx.2018-ci il tarixli, ******* nömrəli; xx.xx.2018-ci il tarixli, ******* nömrəli; xx.xx.2018-ci il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2019-cu il tarixli, ******* nömrəli; xx.xx.2020-ci il tarixli, ******* nömrəli; 20. xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır. Aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmiş, lakin həmin aktlarla razı deyilik, aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2016, 2018 və 2020-ci illərdə təbii qazdan qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, niyə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Aktlarda isə əsassız olaraq onun aktı imzalamaqdan imtina etməyi qeyd edilmişdir. Təbii X2nın pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhalşəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Əgər həqiqətən, qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Bundan əlavə, abonentin saldosundan aydın olur ki, 2016-cı ilin dekabr ayında 334,80 manat, 2017-ci ilin yanvar ayında 417,20 manat, 2017-ci ilin fevral ayında 379,20 manat, 2017ci ilin aprel ayında 530,80 manat, 2017-ci ilin oktyabr ayında 435,60 manat, 2017-ci ilin may ayında 67,60 manat, 2017-ci ilin oktyabr ayında 328,40 manat, 2017-ci ilin noyabr ayında 30,20 manat, 2017-ci ilin dekabr ayında 272 manat, 2018-ci ilin yanvar ayında 814,80 manat, 2018-ci ilin mart ayında 293,80 manat, 2018-ci ilin may ayında 84,40 manat, 2018-ci ilin oktyabr ayında 115,20 manat cərimə yazılmışdır. Yeni tarifə keçid üzrə isə : 2021-ci ilin oktyabr ayı üzrə 4,40 manat, 2022-ci ilin mart ayı üzrə 21,92 manat, 2022-ci ilin iyul ayı üzrə 9,55 manat, 2023-cü ilin mart ayı üzrə 29,76 manat, 2023-cü ilin oktyabr ayı üzrə 6,40 manat, 2024-cü ilin mart ayı üzrə 21,76 manat əsasssız borc hesablanmışdır. Tərtib edilmiş əsassız akt və hesablamalar ucbatından 6805,19 manat borc yazılmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin həcmini azaldaraq Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 6505,59 (altı min beş yüz beş manat əlli doqquz qəpik) manat məbləğində borcun silinməsi, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən xərcin 300 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə ederək, iddiaçının yaşadığı ünvandan təbii qazdan istifadə etdiyini, sayğacın onun adına olduğunu, barəsində ümumilikdə 32 akt tərtib edildiyini, idiaçının 20 aktdan xəbərdar olduğundan həmin aktları mübahisələndirmədiyini, onun təbii qazdan qeyri-qanuni istifadə etmədiyini, “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olubolmamasının müəyyən edilmədiyini, aktın bir nüsxəsinin tərəfə verilmədiyini, hal şahidlərinin iştirakı təmin edilmədiyini, hazırda həmin əsassız aktlar və hesablamalar ucbatından 6505,59 manat borc yazıldığını, iddia tələbinin təmin edilməsini və əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazın istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; 20. xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktlar tərtib olunmuşdur. Məhkəmə iş üzrə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Dəymiş ziyan olaraq hesablanmış 6505,59 (altı min beş yüz beş manat əlli doqquz qəpik) manatla bağlı məhkəmə hesab edir ki, Cavabdeh İB əməkdaşları bu aktların yazılmasına suni şəkildə şərait yaratmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent barəsində təbii X2nın pozulması barədə aktlar tərtib olunmuş, aktın heç biri abonent tərəfindən imzalanmamışdır. Təbii X2 pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2” na əsasən cavabdeh təşkilat üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib etmişdir. Belə ki, abonent barədində təbii qazın talanmasına görə dəfələrlə akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsinində vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırki iddia üzerə Cavabdeh İB tərəfindən məlum aktlar əsasında çoxsaylı kənar qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, aktlar üzrə hesablanmış bu məbləğ Cavabdeh İB əməkdaşlarının təqsiri üzündən yaranmışdır. Belə ki, qanunvericiliyin də tələbinə uyğun olaraq əgər ki, vətəndaşın qanunsuz qoşulma halı aşkar edilmişdirsə bu barədə müvafiq olaraq inzibati orqana xəbər verilməklə kənar xət dərhal qaynaqla ayrılmalı idi. Lakin iş materiallarından göründüyü kimi buna əməl olunmayaraq hər ay göstərilən ünvana Cavabdeh İB əməkdaşları gəlib gəlməməsi də məlum olmadan akt tərtib edilərək eyni görüntünü əks etdirən fotoşəkillər əlavə edilməklə kifayətlənmişlər. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən **********50000 abonent kodu üzrə əsassız hesablanmış 6505,59 (altı min beş yüz beş manat əlli doqquz qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Belə ki, vəkil xərci olaraq pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin edilərək, cavabdehdən 300 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən **********50000 abonent kodu üzrə əsassız hesablanmış 6505,59 (altı min beş yüz beş manat əlli doqquz qəpik) manat borc silinsin. İddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin 300 manat məbləğində pulun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar