Məhkəmə qərarları › İş №e-2(008)-1533/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1533/2022

17.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1533/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı adından qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı adından qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Bakı şəhər 16 saylı Dövlət Notarit kontoru cəlb edilməklə pulun cavabdehdən alınmasına və miras kütləyə daxil edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü İddiaçı adından qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə Cavabdeh qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhər 16 saylı Dövlət Notarit kontorunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edərək Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-də öz adına açılmış olan ******************** №-li bank hesabına yatırılmış 30000 ABŞ dolları pul vəsaitinin cavabdehdən alınması, həmin 30000 ABŞ dollarının və özündə olduğunu etiraf etdiyi 1800 ABŞ dolları pul vəsaitinin 26.08.2021-ci il tarixdə ölmüş X3 miras qalmış əmlakların siyahısına daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X7 ilə Qanuni nümayəndə rəsmi nikaha girmədən birgə yaşamış, xx.xx.2012-ci il tarixdə İddiaçı doğulmuşdur. X7 26.08.2021-ci il tarixdə “Covid-19” diaqnozundan ölmüşdür. Mərhumun öldüyü anda adına olan əmlaklar aşağıdakılardır:-ünvan 1 ünvanında yerləşən mənzil, 31800 ABŞ dolları məbləğində nağd pul vəsaiti, mərhuma məxsus qızıl-zinət əşyaları. Mərhumun öldüyü anda oğlu İddiaçı onun vərəsəsi olmuşdur. Cavabdeh mirasqoyanın bibisidir. Mərhum ölməmişdən əvvəl səhhətindəki ağırlaşmalarla bağlı xəstəxanaya yerləşdirilməli olduğundan evində saxladığı özünə məxsus 31800 ABŞ dolları məbləğində pulu və mücrüdə olan qızıl-zinət əşyalarını yaxın qonşusu və ailəvi dostu olan Şahid saxlanca vermişdir. Həmin vaxt Rusiyada olan cavabdeh etdiyi telefon zəngi vasitəsilə Şahid Aleksandranın öldüyünü və sonuncunun saxlanca 31800 ABŞ dolları və qızıl-zinət əşyalarını verdiyini öyrənmiş və Svetlanaya həmin pulu və əşyaları heç kimə verməməyi tapşırmışdır. 2021-ci ilin sentyabr ayının əvvəlində cavabdeh Rusiyadan qayıdaraq, puldan 30000 ABŞ dollarını, qızıl-zinət əşyalarından isə bir ədəd qızıl xaçı, bir ədəd qızıl qolbağı və bir ədəd qızıl yaxalığı götürərək, yerdə qalan 1800 ABŞ dollarını mərhumun qəbirüstü abidəsinin düzəldilməsi üçün vermis, digər qızıl-zinət əşyalarını isə qaytarmışdır. Sonradan dəfn xərcləri Qanuni nümayəndə tərəfindən qarşalandığından, yerdə qalan 1800 ABŞ dolları Şahid tərəfindən cavabdehə verilmişdir. X7 öldükdən sonra, vərəslik işinin açılması üçün yetkinlik yaşına çatmayan İddiaçı adından qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə Bakı şəhəri 16 saylı Notariat ofsinə ərizə ilə müraciət etmiş və notariat ofsində V-75/2021 nömrəli vərəsəlik işi açılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 16 saylı Dövlət Notarit kontoru məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçnın nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd eti ki, o, mərhum Aleksandranın bibisidir. Qanuni nümayəndə Daniilin atasıdır, lakin Aleksandra ilə Anatoliy rəsmi nikahda olmamışdılar, Anatoliy oğlunun böyüməsində nə maddi, nə mənəvi iştirak etməmişdir. Həqiqətən, Aleksandranın 31800 ABŞ dolları ondadır. O, həmin pulun 1800 ABŞ dolları hissəsini mərhumun qəbrinin üstünün düzəldilməsi üçün saxlamış, qalan 30000 ABŞ dolları Daniilin haqqıdır. O, uşağın haqqını qorumaq məqsədi ilə Sabunçu rayon İcra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, pulu Banka saxlanca qoymuş və Daniilin adına həmin pula dair vəsiyyətnamə yazmışdır. O, həmin pulu Daniilin adına Banka saxlanca verməyə o şərtlə razıdır ki, Daniil 18 yaşına çatandan sonra pula dair özü sərəncam versin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). xx.xx.2012-ci il tarixdə doğulmuş İddiaçı atası Qanuni nümayəndə, anası X4 (atalığın müəyyən edüməsi haqqında AZ-İ seriyalı 196680 №-li və AZ-İl seriyalı 863653 №-li doğum haqqında şəhadətnamələr). X7 26.08.2021-ci il tarixdə ölmüşdür (AZ-İl seriyalı 188108 №-li ölüm haqqında şəhadətnamə). Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12, mənzil 2 ünvanında yerləşən mənzil X5 mülkiyyətində olmuşdur (0576019 №-li Çıxarış). Cavabdeh Bakı şəhəri 16 saylı Notarit ofisində 30000 ABŞ dollarına dair İddiaçı vəsiyyətnamə vermiş, eyni zamanda 21.1.2 2021-ci il tarixdə Sabunçu rayon İcra hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət göndərmişdir. Hazırda iddiaçı həmin 31800 ABŞ dolları vəsaitin miras kütləyə salınmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin təmin olunmalı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktiv) və vəziflərin (miras passivi) toplusu daxildir. Odur ki, məhkəmə hesab edir ki, Daniil anasının yeganə qanun üzrə vərəsəsi olduğundan, 31800 ABŞ dolları X5 öldüyü məqamda ona məxsus olduğundan, həmin məbləğ mirsa əmlak kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-də öz adına açılmış olan ******************** №-li bank hesabına yatırılmış 30000 ABŞ dolları pul vəsaiti cavabdehdən alınsın, həmin 30000 ABŞ dolları və özündə olduğunu etiraf etdiyi 1800 ABŞ dolları pul vəsaiti 26.08.2021-ci il tarixdə ölmüş X3 miras qalmış əmlakların siyahısına daxil edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar