Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1576/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 1100 manat məbləğində vurulmuş zərər və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1131 manat alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “RAVON R4 LT” markalı, **-PU-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyunun 01-də Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “RAVON R4 LT” markalı, 99-PU- 039 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində “MERCEDES BENZ C220” markalı, **-HC-*** dövlə nömrə nişanlı avtomobillə toqquşmuşdur. Xətai DYPŞ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Xətai DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 4555 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ C220” markalı, **-HC-*** dövlət nömrə nişanlı avtomobillə 1100 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1100 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Hesab edir ki, “RAVON R4 LT” markalı, **-PU-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC olduğundan və Cavabdeh1 Rəfai oğlu “RAVON R4 LT” markalı, **-PU-*** dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh1, həm də "xxxx" MMC-yə qarşı yaranır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X5 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "Xalq Sığorta” ASC "Subraqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və cavabdehlər “Azərmaş Alyans" MMC və Cavabdeh1 1100 manat məbləğində sığorta ödənişinin, 31 manat məbləğində dövlət rüsumunun, cəmi 1131 manat məbləğində pulun cavbdehlərden müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “Ravon R4 LT” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz C220” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 tərəfindən törədilmiş inzibati xətaya görə "xxxx" ASC tərəfindən X3 dəymiş zərərə görə 1100 manat məbləğində ödəniş edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə baş verdiyi vaxt Cavabdeh1 avtomobili idarə etmək səlahiyyəti olmamışdır. Adı çəkilən şəxs avtomobili idarə etmək səlahiyyəti olmadan idarə etdiyinə görə "Xalq Sığorta” ASC-nin subraqasiya hüququ yaranmışdır. Onlar aşağıda göstərilənlərə əsasən iddiaçının Cavabdeh2 MMC-dən pul tələbinə dair iddiasına etiraz edir və bu hissədə iddianı əsassız hesab edir. Belə ki, “Azərmaş Alyans" MMC ilə Cavabdeh1 arasında 07 yanvar 2021-ci il tarixdə ALY-417 saylı “Daxili Lizinq" müqaviləsi bağlanmış və Cavabdeh2 MMC-nin mülkiyyətində olan 2020-ci il buraxılışlı, “Ravon R4 LT" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9MA013710 ban, AUZX0788 mühərrik nömrəli, tünd qəhvəyi rəngli avtomobil Lizinq Alan Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh2 MMC Cavabdeh1 avtomobilin idarə olunmasına dair 07 aprel 2021-ci il tarixdə, P**********1 saylı etibarnamə verilmiş və həmin etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. "Azermaş Alyans” MMC tərəfindən 06 may 2021-ci il tarixdə lizinq alan Cavabdeh1 xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin bitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Qeyd etmək istəyir ki, lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında heyata keçirilir. Lakin Cavabdeh1 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. İş materiallarında göründüyü kimi, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzada təqsirli olduğu üçün Cavabdeh1 inzibati məsuliyyətə cəlb olunmuşdur. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh2 MMC-nin sahibliyindən çıxmışdır. Odur ki, “Xalq Sığorta" ASC tərəfindən Subraqasiya qaydasında pul tələbi qanunvericiliyin tələbinə uyğun olaraq Lizinq alan Cavabdeh1 tərəfindən ödənilməlidir. Xalq Sığorta" ASC cavabdehlər “Azərmaş Alyans" MMC və Cavabdeh1, cəmi 1131 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin “Azərmaş Alyans" MMC-den tutulması hissəsi əsassızdır və buna görə də iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi, digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, xx.xx.2021– xx.xx.2022-ci il tarixədək dövlət qeydiyyat nişanı ** PU ***, markası "xxxx", istehsal ili 2020 avto nəqliyyat vaistəsi XalqSiğorta ASC-də icbari siğorta ilə siğortalanmışdır. Siğorta məbləği avtonəqliyyat vasitəsinə dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. İXP seriyalı, ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inizabit xəta törətməsinə dair barəsində protokol tərtib edilmişdir. - TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 11.00 radələrində baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, və İXM-nin 332.1-ci və 327.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində inzibati cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** OU *** dövlət qeydiyyat nişanlı, “RAVON R4LT” minik markalı avtomobilin mülkiyyətçisi Cavabdeh2 MMC-dir. xx.xx.2021-ci il tarixdə AutoBox automobile services-də tərtib edilmiş qiymətləndirilmə aktından məlum olur ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Mercedes Benz C220 minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1100 manat olması müəyyən edilmişdir. Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-Təslim aktının surətindən görünür ki, ödənişi almaq üçün plastik kartlar və ŞEN zərflər X4 təhvil verilmişdir. 23.062.021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-dən subroqaysiya qaydasında iddiaçı tərəfindən ödənilmiş 1100 manat məbləğində pul geri tələb edilmişdir. 07.01.201-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki AzərMaş Alyans MMC mülkiyyətində olan 20100 manat dəyərində olan RAVON R4LT” minik markalı avtomobili 23 fauz ödəmək şərti ilə 48 ay müddətinə Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh2 MMC-nin Cavabdeh1 xx.xx.2021-ci il trixdə vermiş olduğu etibarnamədən görünür ki, mülkiyyətçi mülkiyyətində olan Ravon R4LT markalı avtomobili idarə etmək üçün Cavabdeh1 xx.xx.2021-ci il tarixədək etibarnamə vermişdir. Cavabdeh2 MMC-nin Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vermiş olduğu etibarnamədən görünür ki, mülkiyyətçi mülkiyyətində olan Ravon R4LT markalı avtomobili idarə etmək üçün Cavabdeh1 xx.xx.2021-ci il tarixədək etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, 31 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə ilk növbədə iddia tələbinin 1100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC-də icbari siğorta ilə siğorta olunan «Ravon R4 LT» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, “Mercedes Benz C 220” markalı ** HC *** avtomobilə 1100 manat məbləğində zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən zərər dəyən avtomobilin mülkiyyətçisinə dəymiş zərər olan 1100 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisəni törədən zaman iddiaçı "xxxx" ASC-də icbari siğorta ilə siğortalı olan avtomobili idarə edən şəxs avtomobili idarə etmək hüququ olmadığından, iddiaçının zərərçəkmiş şəxsə ödəmiş olduğu 1100 manat məbləğində pul vəsaitini Cavabdeh1 geri tələb etmək hüququ yarandığından iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər cavabdeh Azərmaş Alyans MMC-dən müştərək qayada pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, vurulan zərərə görə Azərmaş Alyans MMC məsuliyyət daşımır. Belə ki, hadisədən əvvəl Azərmaş Alyans MMC «Ravon R4 LT» markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 adına xx.xx.2021-ci il tarixli etibarnamə verib, lakin hadisə baş verənədək həmin etibarnamənin müddəti bitmişdir. Belə vəziyyətdə Mülki Məcəllənin 1108.2-ci maddəsinin göstərişi tətbiq edilməlidir. Həmin maddənin məzmumunda göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Belə olan halda Cavabdeh1 etibarnamənin müddəti bitdikdən sonra avtomobili geri Azərmaş Alyans MMC-yə qaytarmalı idi. Lakin bunu etməmiş, avtomobili qanunsuz olaraq idarə etməyə davam etmişdir. Belə ki, etibarnamənin müddəti bitdikdən sonra Cavabdeh1 yüksək təhlükə mənbəyini hüquqa zidd yiyələnmiş şəxs sayılır və hüquqa zidd yiyələnmədə Azərmaş Alyans MMC təqsirli hesab olunmur. Əgər MMC avtomobili ümumiyyətlə etibarnaməsiz Cavabdeh1 versəydi, belə olan halda o Cavabdeh1 ilə birgə məsuliyyət daşımalı idi. Lakin MMC qanunu əsasla etibrnamə ilə Cavabdeh1 verib, ona görədə etibarnamənin müddəti bitdikdən sonra avtomobili geri qaytarmaq Cavabdeh1 vəzifəsi idi. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31 (otuz bir) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1100 (bir min bir yüz) manat məbləğində pul və 31 (otuz bir) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1576/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1576/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver