Məhkəmə qərarları › İş №e-2(008)-1620/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1620/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1620/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 60 (altmış) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində saat 08:09 radələrində Bakı şəhəri, Zabrat-Buzovna şossesi ərazisində Cavabdeh idarə etdiyi və tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Coupe” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2106” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş və sərnişin X7 az ağır dərəcədə xəsarət almışdır. DYP əməkdaşı tərəfindən tərəfindən tərtib edilmiş TP4629802-saylıvqərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Təmir mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, avtomobil “VAZ 2106” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 2500 (iki min beş yüz) manat təşkil edir. Həmçinin sərnişin X7 az ağır aldığından 1500,00 (bir min beş yüz) manat sığorta ödənişi müəyyən edilmişdir. Hadisə ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA60430/21 və PXA65812/21 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 4000.00 (dörd min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. "xxxx" ASC tərəfindən verilmiş şəhadətnamədən görünür ki, PXA********** saylı siğorta müqaviləsinə əsasən siğortalı «Hyundai Coupe» markalı, ** FT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək əmlaka vurulan zərərə görə 5000 manat məbləğində, sağlamlığa vurulan zərərə görə isə bir şəxs üçün 5000 manat məbləğində "xxxx" ASC-də icbari siğorta növü sığortalanmışıdr. PXA60430 nömrəli siğorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08.09 radələrində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Hyundai Coupe” minik markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə X3 mülkiyyətində olan Vaz 2106 markalı **-RP-*** dövlət qeydiyyat nömrəli avtomobilə 2500 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyan X4 ödənilməsi qərar alınmışdır. PXA65812 nömrəli siğorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08.09 radələrində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Hyundai Coupe” minik markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil X3 Vaz 2106 markalı **-RP-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşması nəticəsində sərinişin X6 az ağır dərəcədə xəsərat almışdır. Zərər ilə bağlı X6 ödənilməli maddi ziyanın məblıği 1500 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il taixli qüsur aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Vaz 2106 markalı **-RP-*** dövlət qeydiyyat nömrəli avtomobilə 2500 manat ziyan dəymiş olduğu hesablanmışdır. TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, və İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2021-ci il tarixli bildirşin surətində görünür ki, Cavabdeh siğorta ödəniş tələb etmişdir. xx.xx.2022-ci il tarixli Xalq Sığorta ASC-nin cari hesabından çıxarışının surətindən görünür ki, X5 hesabına 1500 manat köçürülmüşdür. xx.xx.2022-ci il tarixli Xalq Sığorta ASC-nin cari hesabından çıxarışının surətindən görünür ki, 2500 manat dəymiş zərər görə hesaba köçürülmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, 60 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Hyundai Coupe” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində, saat 09:00 radələrində Zabrat Buzovna yolu ərazisində X3 mülkiyyətində olan “VAZ 2106” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X4 maddi zərər və sərnişin X1 az ağır zərər vurmuşdur. İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, sözügedən hadisə zamanı “Hyundai Coupe” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh olmuşdur. İş materiallarına əlavə edilmiş aktdan hadisə zamanı X3 mülkiyyətində olan “Vaz 2106” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobillə 2500 manat və sərnişin X2 1500 manat zərər dəymiş olduğu müəyyən edilir. İnzibati tənbeh vermə haqqında qərarın surətindən məlum olur ki, sözügedən hadisə baş verərkən cavabdehin avtonəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmadığından hazırda iddiaçı ödəmiş olduğu məbləği təqsrili sürücüdən geri tələb etməkdə haqlı olmuşdur. Odur ki, qeyd edilənlər nəzərə alınmalı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 60 (altmış) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 60 (altmış) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar