Məhkəmə qərarları › İş №e-2(008)-1801/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1801/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1801/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 740 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış Cavabdeh arasında bağlanmış 20 avqust 2020-ci il tarixli, MAS-2663 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xətalar ilə bağlı sürücü Azərbaycan Respublikası Dövlət Yol Polisi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir. xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokola görə 64 manat; xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokola görə 320 manat; xx.xx.2021-ci il tarixli EQ 10692514 saylı protokola görə 80 manat; xx.xx.2022-ci il tarixli EQ ******* saylı protokola görə 80 manat; xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 18 manat; xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat; xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat; xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 18 manat; xx.xx.2021 -ci il tarixli BNA ******* saylı protokola görə 32 manat; xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat; xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat; Yuxarıda qeyd edilən protokollara görə ümumilikdə 740 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Dövlət büdcəsinə ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X5 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2663 saylı Daxili lizinq müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 2020-ci il buraxılışlı, «Khazar LX” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 36 ay müddətinə, 19 faiz məbləği ilə Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli, 4665 nömrəli xəbərdarlıq məktubundan görünür ki, “Khazar LX” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Respublikası Dövlət Yol Polisi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı portalından alınmış çıxarış təsdiq edir. Həmin cərimələrə görə 544 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. İddiaçı MMC-yə yaranmış borcu 7 gün ərzində ödəməyini tələb etmişdir. Əks təqdirdə X1 ödənilməsinə dair yaranmış borcu ondan məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanına olan məktub Cavabdeh çatdırılmamışdır. AD seriyalı 861349 nömrəli, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PH *** dövlət qeydiyyat nişanlı, “KHAZAR LX” minik markalı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir. “Elektron Sistemdən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli porotokola əsas 0 manat, xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli protokola əsas 80 manat, xx.xx.2021-ci il tarixli, EQ 10692514 nömrəli protokola 80 manat, xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən 0 manat, xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən 0 manat, xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən 320 manat və xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokollara əsasən 64 manat 50 ödənilməlidir. ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İXP ******* saylı protokola əsasən 320 manat ödənilmişdir. ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə EQ 10692514 saylı protokola əsasən 80 manat ödənilmişdir. ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə EQ ******* saylı protokola əsasən 80 manat ödənilmişdir. ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İXP ******* saylı protokola əsasən 64 manat ödənilmişdir. ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə BNA1528944 saylı protokola əsasən 32 manat ödənilmişdir. ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə BNA1306210 saylı protokola əsasən 32 manat ödənilmişdir. ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə BNA1619309 saylı protokola əsasən 32 manat ödənilmişdir. ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə BNA1306208 saylı protokola əsasən 32 manat ödənilmişdir. Protokol BNA1306207 məlum olur ki, 99PH455 nömrə nişanlı avtomobilin sürücüsü X2 xx.xx.2021-ci il tarixdə 20 manat cərimə edilmişdir. Protokol BNA1306208 məlum olur ki, 99PH455 nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2021-ci il tarixdə 20 manat cərimə edilmişdir. Protokol BNA1306209 məlum olur ki, 99PH455 nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2021-ci il tarixdə 20 manat cərimə edilmişdir. Protokol BNA1618359 məlum olur ki, 99PH455 nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2021-ci il tarixdə 20 manat cərimə edilmişdir. Protokol BNA1619309 məlum olur ki, 99PH455 nömrə nişanlı avtomobilin sürücüsü X3 xx.xx.2021-ci il tarixdə 20 manat cərimə edilmişdir. Protokol BNA1306210 məlum olur ki, İ99PH455 nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2021-ci il tarixdə 20 manat cərimə edilmişdir. Protokol BNA1528944 məlum olur ki, 99PH455 nömrə nişanlı avtomobilin sürücüsü X2 xx.xx.2021-ci il tarixdə 20 manat cərimə edilmişdir. Mədaxil qəbzlərinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 32 manat, 32 manat, 32 manat, 32 manat, 32 manat, 32 manat, 18 manat, 18 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanaraq iddiaçı öz mülkiyyətinəndə olan avtomobili 36 ay müddətinə cavabdehin sahibliyinə və istifadəsinə xx.xx.2020-ci il tarixdən vermişdir. Avtomobil cavabdehin istifadəsində olduğu müddətdə cavabdehin və onu idarə edən digər şəxslərin barəsində protokol tərtib edilərək cərimə edilmişdir. Sözü gedən cərimələr iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı ödəmiş olduğu pulu geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 740 (yeddi yüz qırx) manat məbləğində pul və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar