Məhkəmə qərarları › İş №e-2(008)-1935/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1935/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1935/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 148.60 manat əsas, 44.50 manat cərimə, cəmi 193.10 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 811 manat əsas, 243.30 manat cərimə, cəmi 1054.30 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 913.50 manat əsas, 274 manat cərimə, cəmi 1187.50 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1167.70 manat əsas, 350.30 manat cərimə, cəmi 1518 manat borc, ümumilikdə dörd müqavilə üzrə 3040.80 manat əsas, 912.10 manat cərimə, cəmi 3952.90 manat borcun və 59.52 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2023cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Honor” markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 92 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 68 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Beko” markalı paltaryuyan və elektro qrilə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 62 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Taube” markalı televizor, ütü və bıçaq dəstinə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 79 manat borcun ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcsəi ilə (minumum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə olan xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 148.60 manat əsas, 44.50 manat cərimə, cəmi 193.10 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 811 manat əsas, 243.30 manat cərimə, cəmi 1054.30 manat borc, xx.xx.2023-ci il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 913.50 manat əsas, 274 manat cərimə, cəmi 1187.50 manat borc, xx.xx.2023-ci il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1167.70 manat əsas, 350.30 manat cərimə, cəmi 1518 manat borc, ümumilikdə dörd müqavilə üzrə 3040.80 manat əsas, 912.10 manat cərimə, cəmi 3952.90 manat borc təşkil edir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 3952.90 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 148.60 manat əsas, 44.50 manat cərimə, cəmi 193.10 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 811 manat əsas, 243.30 manat cərimə, cəmi 1054.30 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 913.50 manat əsas, 274 manat cərimə, cəmi 1187.50 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1167.70 manat əsas, 350.30 manat cərimə, cəmi 1518 manat borc, ümumilikdə dörd müqavilə üzrə 3040.80 manat əsas, 912.10 manat cərimə, cəmi 3952.90 manat borc manat məbləğində borc, həmçinin 59,52 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 148.60 manat əsas, 44.50 manat cərimə, cəmi 193.10 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 811 manat əsas, 243.30 manat cərimə, cəmi 1054.30 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 913.50 manat əsas, 274 manat cərimə, cəmi 1187.5 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1167.70 manat əsas, 350.30 manat cərimə, cəmi 1518 manat borc, ümumilikdə dörd müqavilə üzrə 3040.80 manat əsas, 912.10 manat cərimə, cəmi 3952.90 manat məbləğində borc və 59,52 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar