Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1948/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3788 manat əsas borc, 1136 manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci üçün 331 manat olmaqla, ümumilikdə 5255 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 73 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə tərəflər arasında razılıq əldə olunmaqla barışıq sazişi bağlandığını bildirdi və İddiaçı direktoru X1 və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-i maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını və barışıq sazişinin məzmununu araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, onlara Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 262.4-cü maddəsinin tələbləri izah edilməlidir. Belə ki, İddiaçı direktoru X1 və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinə görə,
1. 02.04.2024-cü il tarixli, B-058-SA-24 saylı müqavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya yaranmış borc və dəymiş zərər də daxil olmaqla tərəflərin yekun razılığına əsasən Cavabdeh İddiaçı MMC-yə 4200 manat ödəniş etməyi öhdəsinə götürür.
2. Cavabdeh bu müqaviləni imzaladığı gün 1000 (bir min) manat İddiaçı MMC-nin kassasına nağd şəkildə ödəyir və İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa mədaxil orderi təqdim edilir.
3. Cavabdeh nağd şəkildə edilən ödənişdən sonra ödənilməmiş olaraq qalan 3200 (üç min iki yüz) manat məbləğində borcu xx.xx.2025-ci il tarixində ilkin ödəniş edilmək şərtilə 3 (üç) ay ərzində hər ay 1067 (bir min altmış yeddi) manat ödəməklə hissə-hissə İddiaçı MMC-yə geri qaytarır. Pul vəsaiti nağd və ya köçürmə yolu ilə ödənilir.
4. Cavabdeh tərəfindən ödənişin sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən sonra 10 (on) gün müddətində həyata keçirilməməsi saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Barışıq sazişinin digər müddəalarına əsasən, bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. Bu “Saziş” sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 14.3-cü maddəsinə əsasən, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 191, 191.1-191.2-ci maddələrinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-262.5-ci maddələrinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “borcun və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının direktoru X1 və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. 02.04.2024-cü il tarixli, B-058-SA-24 saylı müqavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya yaranmış borc və dəymiş zərər də daxil olmaqla tərəflərin yekun razılığına əsasən Cavabdeh İddiaçı MMC-yə 4200 manat ödəniş etməyi öhdəsinə götürür.
2. Cavabdeh bu müqaviləni imzaladığı gün 1000 (bir min) manat İddiaçı MMC-nin kassasına nağd şəkildə ödəyir və İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa mədaxil orderi təqdim edilir.
3. Cavabdeh nağd şəkildə edilən ödənişdən sonra ödənilməmiş olaraq qalan 3200 (üç min iki yüz) manat məbləğində borcu xx.xx.2025-ci il tarixində ilkin ödəniş edilmək şərtilə 3 (üç) ay ərzində hər ay 1067 (bir min altmış yeddi) manat ödəməklə hissəhissə İddiaçı MMC-yə geri qaytarır. Pul vəsaiti nağd və ya köçürmə yolu ilə ödənilir.
4. Cavabdeh tərəfindən ödənişin sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən sonra 10 (on) gün müddətində həyata keçirilməməsi saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Həqiqət Mahmudova