Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2029/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) borclu Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 12.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“satıcı”) və Cavabdeh (“alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil alğı-satqısına dair xx.xx.2024-cü il tarixli, B-059-SA-24 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, dəyəri ƏDV daxil 113.640 manat müəyyən edilən “Skoda Superb 2.0 TSİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBAM8NPXP7063685), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən ilkin ödəniş edilməmiş və ödənilməli olan qalıq borc sayılacaq 113,640 manat ödənişi xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 1,894 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə imzalandıqdan avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarılan tarixə (xx.xx.2024-cü il) kimi heç bir aylıq ödəniş etməmiş, bu aylar ərzində avtomobili geri qaytarmamış, gecikmələri barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq edilsə də, nəticə olmamışdır. Öhdəliklərini icra etməməsi səbəbindən, cavabdehə “Skoda Superb 2.0 TSİ” markalı, 77YL866 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində cavabdehin özü tərəfindən iddiaçının qanuni sahibliyinə geri qaytarılmışdır. Cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni öhdəliklərini lazımınca icra etmədiyinə, avtomobilin geri qaytarıldığı tarixlə birlikdə üç ay müddətində, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli, B-059-SA-24 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair ilkin baxış aktı tərtib olunmuşdur. Həmin baxış əsasında (ilkin baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün kimyəvi təmizləmə və cilalanma işləri aparılmışdır. Eyni zamanda baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (2253 km) və bazar qiymətlərinə uyğun olaraq 15% dəyərdən düşmüşdür. Eyni zamanda bildirilir ki, avtomobillə bağlı qeyd olunan xərclər iddiaçı tərəfindən ödənildikdən sonra xx.xx.2024-cü il, tarixli B-059-SA-24 saylı müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən, buraxılış ili 2023 olan (VİN:TMBAM8NPXP7063685) “Skoda Superb 2.0 TSİ” markalı yenidən satışa çıxarılmış və İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-102-SA-24 nömrəli, alğı-satqı müqaviləsinə əsasən həmin avtomobil dəyəri tam ödənilənədək alıcının müvəqqəti istifadəsinə verilmiş, sonuncu isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 101,640 manat müəyyən edilmişdir. İkinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Hal-hazırda sonuncu müqavilə qüvvədə olmaqla “Skoda Superb 2.0 TSİ” markalı, avtomobil X1. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, B- 059-SA-24 saylı müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. İşin yuxarıda qeyd olunan faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsaslanaraq, hesab edilir ki, iş üzrə Cavabdeh alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 12.000 (113,640-101,640=12,000) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı nümayəndəsi (direktoru) X4 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasın Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - “satıcı” Skaz Autohouse” MMC ilə “alıcı” Cavabdeh arasında bağlanmış Avtomobil alğı-satqısı üzrə xx.xx.2024-cü il tarixli, B-059-SA-24 saylı müqavilənin predmetinə əsasən, satıcı müqavilənin şərtlərinə uyğun olaraq “Skoda Superb 2.0 TSİ” markalı (buraxılış ili: 2023, VİN:TMBAM8NPXP7063685, rəng: qara metal) avtomobili dəyəri tam ödənilənədək alıcının istifadəsinə verməyi, tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, avtomobilin dəyəri ƏDV daxil 113,640 manat müəyyən edilmişdir. Alıcı ilkin ödəniş etməmiş və ödənilməli olan qalıq borc sayılacaq 113,640 manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,894 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh qeyd olunan avtomobili qüsursuz və saz vəziyyətdə təhvil almışdır. - “satıcı” Skaz Autohouse” MMC ilə “alıcı” X3 arasında bağlanmış Avtomobil alğısatqısı üzrə xx.xx.2024-cü il tarixli, B-102-SA-24 saylı müqavilənin predmetinə əsasən, satıcı müqavilənin şərtlərinə uyğun olaraq “Skoda Superb 2.0 TSİ” markalı (buraxılış ili 2023:, VİN:TMBAM8NPXP7063685, rəng: qara metal) avtomobili dəyəri tam ödənilənədək alıcının istifadəsinə verməyi, tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, avtomobilin dəyəri ƏDV daxil 101,640 manat müəyyən edilmişdir. Alıcı ilkin ödəniş etməmiş və ödənilməli olan qalıq borc sayılacaq 113,640 manat məbləği xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,694 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı MMC-nin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. - xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə məktubdan görünür ki, cavabdehin iddiaçıya olan xx.xx.2024-cü il tarixinə olan 3788 manat əsas borc, 1249 manat məbləğində cərimə borcunu 7 gün ərzində ödəməsinin təmin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən heç bir addım atılmadığından onunla İddiaçı MMC arasında avtomobilin alğı-satqısma dair xx.xx.2024-ci il tarixli, B-059-SA-24 nömrəli müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 645.2-ci maddəsinə əsasən, əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, B-059-SA-24 saylı alğı-satqı müqaviləsinə əsasən, iddiaçı “Skoda Superb 2.0 TSİ” markalı, (buraxılış ili: 2023, VİN:TMBAM8NPXP7063685, rəng: qara metal) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə imzalandıqdan avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarılan tarixə (xx.xx.2024-cü il) kimi heç bir aylıq ödəniş etməmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən, cavabdehə avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və xx.xx.2024-cü il tarixində cavabdehin özü tərəfindən iddiaçının qanuni sahibliyinə geri qaytarılmışdır. Avtomobilə servis-təmir mərkəzində baxış keçirilmiş, ilkin baxış aktına əsasən, avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün kimyəvi təmizləmə və cilalanma işləri aparılmış və avtomobil yenidən satışa çıxarılmışdır. Qeyd olunan avtomobil xx.xx.2024-cü il tarixli, B-102-SA-24 nömrəli, alğı-satqı müqaviləsinə əsasən hissə-hissə ödənilməklə 101,640 manata satılmışdır. İddiaçı hazırkı tələblə müraciət edərək, Cavabdeh alğı-satqı müqavilələri arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 12.000 (113,640-101,640=12,000) manat pul vəsaitinin xeyrinə tutulmasını xahiş edir. Məhkəmə, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 12.000 (on iki min) manat maddi zərərin əvəzi və 126 (yüz iyirmi altı) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.126 (on iki min yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 12.000 (on iki min) manat maddi zərərin əvəzi və 126 (yüz iyirmi altı) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.126 (on iki min yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2029/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2029/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver