Məhkəmə qərarları › İş №e-2(008)-219/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-219/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-219/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair məhkəməyə müraciət edərək, pul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMM arasında bağlanmış 30/AS/2021 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 13200 (on üç min iki yüz) manat məbləğində olan "Vydate L" adında mallar satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh həmin məbləği xx.xx.2021-ci il tarixinədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh1 ilə "xxxx" MMM arasında bağlanmış 30/AS/2021 saylı, xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 27600 (iyirmi yeddi min altı yüz) manat məbləğində olan "Vydate L" və"Fufanon" adında mallar satılmışdır. Müqavilənin ödəniş şərtlərinə əsasən cavabdeh hissə-hissə ödənilməsi şərtilə, xx.xx.2021ci il tarixədək Əlavə 2-də göstərilən malların yekun dəyərini tam şəkildə ödəməli idi. Lakin cavabdeh tərəfindən nə müqaviləyə Əlavə 1 , nə də müqaviləyə Əlavə 2 üzrə ödənilməli olan cəmi 40800 (qırx min səkkiz yüz) manat məbləğində pul vəsaiti bugünədək ödənilməmişdir. Cavabdeh tərəfindən ödənilməli olan məbləğ müqavilədə nəzərdə tutulmuş vaxtda ödənilmədiyi üçün, müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə məbləği də ödəməlidir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən, "Alıcı" aldığı malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0,1 faizi məbləğində cərimə ödəyir. Beləliklə, xx.xx.2021-ci i! tarixli 30/AS/2021nömrəli alqısatqı müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyinə görə müqavilənin şərtlərinə əsasən, 4080 (dörd min səksən) manat məbləğində cərimə ödəməlidir. Cavabdehə borcunun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, cavabdeh tərəfindən ödənilməli olan məbləğ əsas və cərimə borcu ilə birlikdə cəmi 44880 (qırx dörd min səkkiz yüz səksən manat) təşkil edir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri 224,64 manat ödənilmiş dövlət rüsumundan və 320 manat vəkil xərcindən ibarətdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə oğlu iddia tələbini müdafiə edərək mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı mübahisə hüquqi şəxsin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən məhkəmə tərəfindən real vaxt rejimində əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh2 (VÖEN **********) aktiv vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır. İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi də məhz sahibkarlıq fəaliyyəti məqsədi ilə götürülmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibini və mübahisənin xarakterini nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, yaranmış mübahisə hüquqi şəxs ilə vergi ödəyicisi olan fiziki şəxs arasındadır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. (32.2)Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. (32.3) Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. (32.4) Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. (32.5) Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə 2(008)-219/2025 nömrəli mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar