Məhkəmə qərarları › İş №e-2(008)-2273/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2273/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2273/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqrasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1850 manat məbləğində vurulmuş zərər və 38,50 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21074” markalı, 90–EO–612 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il iyulun 07-də Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” markalı, 90–EO–612 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində “CHERY COWİN” markalı, 99–DX–312 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sabunçu DYPŞ-in xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sabunçu DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Fiziki şəxs S.V.Məmmədov (VÖEN **********) AutoColorS tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş təmir xərclərinə əsasən hadisə nəticəsində “CHERY COWİN” markalı, 99–DX–312 dövlət nömrə nişanlı avtomobillə 1850 manat məbləğində ziyan dəymişdir. “CHERY COWİN” markalı, 99–DX–312 dövlət nömrə nişanlı avtomobil KASKO BUTİK sığorta növündə sığortalandığı üçün "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixində 3121 nömrəli ödəniş tapşırığı ilə 1706 manat məbləği "xxxx" MMC-yə ödənilmişdir. Yerdə qalan 144 manat sığorta ödənişi isə "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixində zərərçəkən şəxs X1 ödənilmişdir. İddiaçı hesab edir ki, “VAZ 21074” markalı, 90–EO–612 dövlət nömrə nişanlı avtomobilə etibarnamə hüququ Cavabdeh2 verildiyindən və Cavabdeh1 “VAZ 21074” markalı, 90–EO–612 dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh1, həm də Cavabdeh2 qarşı yaranır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 65717 saylı və xx.xx.2020-ci il tarixli 66963 saylı sığorta aktlarından görünür ki, VAZ-2107 markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmış və xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə 1850 manat məbləğində müəyyən edilmişdir. -Sabunçu RPİ X4 İdarəsinin İnzibati tənbeh vermə haqqında ******* saylı qərarın surətindən görünür ki, Cəfərov X3 Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. - AutoColorS avtoservis tərəfindən verilmiş xərclər siyahısının surətindən görünür ki, Chery Cowin markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün çəkimiş xərc 1850 manat təşkil edir. -“Xalq Bank” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3121 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 1706 manat məbləğində pul köçürülmüşdür. -Zaman Broker tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli preteniziya məktubunun surətindən görünür ki, "xxxx" ASC-ə subroqasiya hüququ əsasında 1706 manat məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. -xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən "xxxx" ASC tərəfindən 38,50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh2 məxsus olan “Vaz 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta ilə sığortalanmışdır. Etibarnaməsi olmadan həmin nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. AutocolorS tərəfindən xx.xx.2020-ci l tarixində verilmiş təmir xərclərinə əsasən, “Chery Cowin” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1850 manat ziyan dəymişdir. "xxxx" Sığorta Şirkəti 1850 manat sığorta ödənişi həyata keçirmiş və subroqasiya qaydasında Cavabdeh1 və Cavabdeh2 ödənilmiş sığorta ödənişini tələb etmək hüququ yaranmışdır. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1850 (min səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi və 38 (otuz səkkiz) manat, 50 (əlli) qəpik məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar