Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2329/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün 2460.96 manat ödənilməmiş hissə, 734.04 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən soyuducu TOSHİBA, tozsoran PHİLİPS 1571.88 manat ödənilməmiş hissə, 441.12 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ACER ASPİRE 3 A315-57G kompüter, WİNDOWS 10 HOME (ALL LANGUAGES) üçün 1221.48 manat ödənilməmiş hissə, 366.52 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG XBOOM ON7 səs mərkəzi üçün ondan 757.08 manat ödənilməmiş hissə, 224.92 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən MİNSK dəhliz dolab üçün ondan 500 manat ödənilməmiş hissə, 120 (yüz iyirmi) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən LG OL45 XBOOM səs mərkəzi üçün ondan 329.24 manat ödənilməmiş hissə, 96.76 manat dəbbə, ümumilikdə, 8824 manat borc, 108.24 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən LG LED TV, soyuducu TOSHİBA, tozsoran PHİLİPS, ACER ASPİRE 3 A315-57G kompüter, WİNDOWS 10 HOME (ALL LANGUAGES) , LG XBOOM ON7 səs mərkəzi, MİNSK dəhliz dolab, LG OL45 XBOOM səs mərkəzi almış və nəticədə 8824 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2460.96 manat (18 ay x 136.72 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə 3195 manat olmaqla, ondan 2460.96 manat ödənilməmiş hissə, 734.04 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2220.48 manat (24 ay x 92.52 manat + 0 manat ilkin ödəniş) olan soyuducu TOSHİBA, tozsoran PHİLİPS üçün ümumilikdə 2013 manat olmaqla, ondan 1571.88 manat ödənilməmiş hissə, 441.12 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1694.88 manat (18 ay x 94.16 manat + 0 manat ilkin ödəniş) olan ACER ASPİRE 3 A315-57G kompüter, WİNDOWS 10 HOME (ALL LANGUAGES) üçün ümumilikdə 1588 manat ödənilməmiş hissə, 366.52 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 802.08 manat (18 ay x 44.56 manat + 0 manat ilkin ödəniş) olan LG XBOOM ON7 səs mərkəzi üçün ümumilikdə 982 manat olmaqla, ondan 757.08 manat ödənilməmiş hissə, 224.92 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600 manat (24 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan MİNSK dəhliz dolab üçün ümumilikdə 620 manat olmaqla, ondan 500 manat ödənilməmiş hissə, 120 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 428.04 manat (18 ay x 23.78 manat + 16 manat ilkin ödəniş) olan LG OL45 XBOOM səs mərkəzi üçün ümumilikdə 426 manat olmaqla, ondan 329.24 manat ödənilməmiş hissə, 96.76 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1365.8 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qismən etiraf edərək, əsas borcu qəbul etdiyini, cəriməni isə qəbul etmədiyini bildirmişdir. Eyni zamanda, cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 6840.64 manat əsas borcu qəbul etdiyini, cəriməni isə qəbul etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02631994 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə LG LED 55NANO806PA verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli 02631994 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 20-dən gec olmayaraq 18 ay müddətində hər ay 136.72 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03681087 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə soyuducu Toshiba GR-RT624WE-PMJ(37), tozsoran Philips FC9571/01 verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli 03681087 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 20-dən gec olmayaraq 24 ay müddətində hər ay 92.52 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Windows 10 home (all languages) Acer aspire 3 A315-57G (NX.HZSER.00M) verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli ******* saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 19-dan gec olmayaraq 18 ay müddətində hər ay 94.16 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02631887 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə LG XBOOM ON7 500W karaoke verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli 02631887 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 20-dən gec olmayaraq 18 ay müddətində hər ay 44.56 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03241882 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə MİNSK dəhliz dolab-AL verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli 03241882 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 26-dan gec olmayaraq 24 ay müddətində hər ay 25 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02631698 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə LG OL45 XBOOM 220W BT PARTY SPEAKER verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli 02631698 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 04-dən gec olmayaraq 18 ay müddətində hər ay 23.78 manat ödəniş etməlidir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2460.96 manat ödənilməmiş hissə, 734.04 manat cərimə olmaqla, cəmi 3195 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1571.88 manat ödənilməmiş hissə, 441.12 manat cərimə olmaqla, cəmi 2013 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1221.48 manat ödənilməmiş hissə, 366.52 manat cərimə olmaqla, cəmi 1588 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 757.08 manat ödənilməmiş hissə, 224.92 manat cərimə olmaqla, 982 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 500 manat ödənilməmiş hissə, 120 manat cərimə olmaqla, cəmi 620 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 329.24 manat ödənilməmiş hissə, 96.76 manat cərimə olmaqla, 426 manat, ümumilikdə isə 8824 manat borcu vardır. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən cavabdeh istifadəsinə verilmiş LG LED TV, soyuducu TOSHİBA, tozsoran PHİLİPS, ACER ASPİRE 3 A315-57G kompüter, WİNDOWS 10 HOME (ALL LANGUAGES) , LG XBOOM ON7 səs mərkəzi, MİNSK dəhliz dolab, LG OL45 XBOOM səs mərkəzi üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağını bildirmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 108.24 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın alınıb-satılması barədə razılığa gəlmişlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrin şərtlərinə görə Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəmə iddianın cərimə borcunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 02631994 saylı müqavilə üzrə hesablanmış 734.04 manat cərimə borcunun məbləği azaldılaraq 73.40 manat, xx.xx.2022-ci il tarixli 03681087 saylı müqavilə üzrə hesablanmış 441.12 manat cərimə borcunun məbləği azaldılaraq 44.11 manat, xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə üzrə hesablanmış 366.52 manat cərimə borcunun məbləği azaldılaraq 36.65 manat, xx.xx.2022-ci il tarixli 02631887 saylı müqavilə üzrə hesablanmış 224.92 manat cərimə borcunun məbləği azaldılaraq 22.49 manat, xx.xx.2022-ci il tarixli 03241882 saylı müqavilə üzrə hesablanmış 120 manat cərimə borcunun məbləği azaldılaraq 12 manat, xx.xx.2022ci il tarixli 02631698 saylı müqavilə üzrə hesablanmış 96.76 manat cərimə borcunun məbləği azaldılaraq 9.67 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 02631994 saylı müqaviləyə əsasən 2460.96 manat ödənilməmiş hissə, 73.40 manat cərimə; xx.xx.2022-ci il tarixli 03681087 saylı müqaviləyə əsasən 1571.88 manat ödənilməmiş hissə, 44.11 manat cərimə; xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 1221.48 manat ödənilməmiş hissə, 36.65 manat cərimə; xx.xx.2022-ci il tarixli 02631887 saylı müqaviləyə əsasən 757.08 manat ödənilməmiş hissə, 22.49 manat cərimə; xx.xx.2022-ci il tarixli 03241882 saylı müqaviləyə əsasən 500 manat ödənilməmiş hissə, 12 manat cərimə; xx.xx.2022-ci il tarixli 02631698 saylı müqaviləyə əsasən 329.24 manat ödənilməmiş hissə, 9.67 manat cərimə olmaqla, ümumilikdə 7038.96 manat borc və 90.38 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 02631994 saylı müqaviləyə əsasən 2460.96 manat ödənilməmiş hissə, 73.40 manat cərimə; xx.xx.2022-ci il tarixli 03681087 saylı müqaviləyə əsasən 1571.88 manat ödənilməmiş hissə, 44.11 manat cərimə; xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən 1221.48 manat ödənilməmiş hissə, 36.65 manat cərimə; xx.xx.2022-ci il tarixli 02631887 saylı müqaviləyə əsasən 757.08 manat ödənilməmiş hissə, 22.49 manat cərimə; xx.xx.2022-ci il tarixli 03241882 saylı müqaviləyə əsasən 500 manat ödənilməmiş hissə, 12 manat cərimə; xx.xx.2022-ci il tarixli 02631698 saylı müqaviləyə əsasən 329.24 manat ödənilməmiş hissə, 9.67 manat cərimə olmaqla, ümumilikdə 7038,96 manat borc və 90,38 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-2329/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2329/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver