Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2335/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh, cavabdehin nümayəndəsi Vəkil1 Babalı oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən veilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin və Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən veilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilmiş və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunmuş vəsiyyətnamədə göstərilən anası X10 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 4 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən anası X10 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı Şəhəri 35 saylı Notariat Ofisinə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil2 məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddia tələbini "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin və Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan vəsiyyətnamədə göstərilən anası X10 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması" kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4770/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-3071/2023 nömrəli mülki iş üzrə məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. İşin dayandırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra məhkəmənin e-2(008)-281/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir. Bundan sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, hazırkı iş üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi Vəkil2 məhkəməyə şikayət verərək həmin qərardadın ləğv olunmasını, mülki işin icraata qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V- 57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən anası X10 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı Şəhəri 35 saylı Notariat Ofisinə həvalə edilməsi" tələbləri üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş və şikayət "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi" tələbi ilə bağlı hissədə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4162/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2929/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4162/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5716/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni "Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi" tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş və həmin tələbə mahiyyəti üzrə baxılması üçün iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, anası X12 xx.xx.2021-ci ildə vəfat etmişdir. xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən, X15 özünə məxsus olan bütün əmlakını digər oğlu olan cavabdehə vəsiyyət etmişdir. Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə ilə Cavabdeh miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən 1/2 hissədə pay almalıdır. Bildirir ki, o da X7 oğludur. Cavabdeh Bakı Şəhəri 35 saylı Notariat Ofisinə mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli **********183 nömrəli ərizəsində qeyd etmişdir ki, başqa vərəsələr yoxdur. Cavabdeh analarından qalmış miras əmlak üzrə digər vərəsələrin olmaması barədə notariat ofisinə yalan məlumat vermişdir. Vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin mövcudluğundan, onun cavabdehə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə əvvəlki iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən məlum olmuşdur. Məhkəmənin təşəbbüsü ilə X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ona çatası paydan deyil, ona çatası payın bir əsasla qəbulundan imtina etmişdir. Digər əsasla qəbul qüvvədədir. Bu həm yuxarı instansiya məhkəmələrinin qərarları ilə, həm də qanunvericiliyin müddəaları ilə təsdiq olunur. Hazırkı işdə tərəflər və predmet eyni olsa da, iddiaların əsasları fərqlidir. Bundan başqa, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. Məcburi paya mülkiyyət hüququ yarandığından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilmiş mövqəyə əsasən, hazırkı tələbə hər hansı müddət şamil edilməməlidir. Eyni zamanda, həmin Qərara görə, mirasda məcburi payın qəbulu üçün xüsusi qayda da yoxdur. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, əvvəlki iş üzrə apellyasiya icraatında hakim barışıq əldə olunmasını tövsiyə etmiş, eyni zamanda, onlara iş üzrə qərarın birinci instansiya məhkəməsi, yəni Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul ediləcəyini bildirmişdir. Bu səbəbdən onlar apellyasiya şikayətindən imtina etmişlər, hazırda isə iddiaçı mirasda olan məcburi payını tələb edir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Vəkil1 Babalı oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mirası qəbul etməsi üçün maneə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı ilə aradan qaldırılmışdır, lakin İddiaçı mirasın bölgüsü barədə qaldırdığı iddia ilə bağlı apellyasiya şikayətini geri götürmüş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya icraatına xitam verilmiş, bununla da iddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-3263/2022 nömrəli qətnaməsini qəbul etmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Yəni iddiaçı miras əmlakın bölgüsündən imtina etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-cı maddəsi ilə müəyyən edilmış müddət ötürülmüşdür. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək tələbin təmin olunmamasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 35 saylı Notariat Ofisi və X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı, Cavabdeh və üçüncü şəxs X11 qardaşdırlar. Onların atası X4 xx.xx.2019-cu ildə, anası X12 xx.xx.2021-ci ildə vəfat etmişdir. X12 xx.xx.2020-ci ildə təsdiq edilmiş və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunmuş vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. Miras əmlak Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarətdir. X11 xx.xx.2022-ci ildə anasından qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Cavabdeh isə xx.xx.2022-ci ildə Bakı Şəhəri 35 saylı Notariat Ofisinə müraciət edərək əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, xx.xx.2022-ci ildə yazdığı ərizədə anasının başqa vərəsəsinin olmadığını, həmin mənzilə dair gələcəkdə hər hansı bir vərəsə çıxarsa məsuliyyəti və onların payını verməyi öz üzərinə götürdüyünü bildirmişdir. Bundan sonra Cavabdeh Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilərək, onun payı 1/2 hissədə müəyyən edilmiş, daha sonra yenə Cavabdeh qalan 1/2 hissəyə dair xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. İddiaçı hazırkı iddiadan əvvəl Cavabdeh qarşı "mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək, həmin müddətin uzadılması, Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-58 nömrə ilə qeydə alınan xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilməsi, mərhum X10 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4-ün cavabdeh və iddiaçı arasında bölünməsi" barədə iddia ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(008)- 3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3071/2023 nömrəli qərarına əsasən, qeyd olunan mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-720/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-3263/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinaya dair iddiaçının nümayəndəsinin ərizəsi qəbul edilərək mülki iş üzrə apellyasiya icraatına xitam verilmiş və həmin qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. İşdə olan AZ-T seriyalı 179378 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuş, atası X4, anası X8r. İşdə olan AZ seriyalı ******* nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, X11 xx.xx.1966-cı ildə doğulmuş, atası X4, anası X8r. İşdə olan AZ seriyalı ******* nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, Cavabdeh xx.xx.1970-ci ildə doğulmuş, atası X4, anası X8r. İşdə olan AZ-İİ seriyalı 018263 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X4 xx.xx.2019-cu ildə vəfat etmişdir. İşdə olan Bakı Şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş X7 xx.xx.2020-ci il tarixli vəsiyyətnaməsindən görünür ki, o, özünə məxsus bütün əmlakını Cavabdeh vəsiyyət edir. İşdə olan AZ-İİ seriyalı 188048 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X12 xx.xx.2021-ci ildə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********76-05301- 093148 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzil xx.xx.2021-ci il tarixli ********* qeydiyyat nömrəsi ilə X5 adına qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2021-ci ildə ölmüş anası X6 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. İşdə olan Bakı Şəhəri 35 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2021-ci ildə vəfat etmiş anası X6 miras qalan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 2V-57 nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 4 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmakının vərəsəsi Cavabdehdur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarətdir, həmin mənzil xx.xx.2022-ci il tarixə ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 2V-58 nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X7 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarətdir, həmin mənzil xx.xx.2022-ci il tarixə ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İşdə olan Bakı Şəhəri 35 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2021-ci ildə vəfat etmiş anası X6 miras qalan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Eyni zamanda ondan başqa vərəsə olmadığını, həmin mənzilə dair gələcəkdə hər hansı bir vərəsə çıxarsa məsuliyyəti və onların payını verməyi öz üzərinə götürdüyünü bildirmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11, Bakı Şəhəri 35 saylı notariat ofisi cəlb edilməklə "buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi" tələbinə dair iddia tələbi təmin edilməmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı "buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi" tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3071/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 720/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinaya dair ərizə qəbul edilmiş və mülki iş üzrə apellyasiya icraatına xitam verilmişdir. İddiaçı hazırkı iddia tələbləri aşağıdakı kimidir: 1) xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, 2) xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, 3) miras mənzildən məcburi payının müəyyən olunması. Məhkəmə ikinci və üçüncü tələblərlə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2024cü il tarixli Qərarında göstərilir: "Vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Bu azadlığın təminatını müəyyən edən Mülki Məcəllənin 1166-cı maddəsində göstərilmişdir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin mirasda məcburi payın anlayışını müəyyən edən 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vurğulanmalıdır ki, insanın şəxsiyyət olaraq formalaşmasında, cəmiyyətin inkişafında ailənin əvəzolunmaz rolu nəzərə alınaraq Konstitusiyanın 17-ci maddəsi ilə ailənin dövlətin himayəsində olduğu bəyan edilmişdir. Məcburi pay sahibliyi institutu da dövlətin ailəni himayə etməsi ilə bağlı üzərinə götürdüyü pozitiv öhdəliyin icrasına xidmət edən hüquqi vasitələrdəndir. Odur ki, mirasda məcburi paya dair qanunvericilik normaları məhz bu məqsədə nail olmağa imkan verən məzmunda təfsir və tətbiq edilməlidir." Mirasda məcburi pay hüququna müddətin şamil edilib-edilməməsi məsələsi ilə bağlı həmin Qərarda aşağıdakılar qeyd edilmişdir: "Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" 2023-cü il 26 dekabr tarixli Qərarı ilə isə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqelər mirasda məcburi pay hüququna da şamil olunmalı və belə payın qəbulu hər hansı xüsusi qəbul müddətinə tabe olmamalıdır. ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, hazırkı Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır". Sadalanan normaların və mövqelərin birgə təhlilindən görünür ki, hər bir şəxs sağlığında əldə etdiyi əmlaka ölümündən sonra iradəsinə uyğun ifadə etdiyi vərəsələrinə keçməsi ilə bağlı sərəncam vermək hüququna malikdir. Eyni zamanda, vəsiyyət azadlığı qanunun imperativ göstərişənə görə ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasını məcburi pay almaq hüququndan məhrum etmir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Beləliklə, miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.2-ci maddəsinə görə, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli olsa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında məcburi payın qəbulunun hər hansı xüsusi qəbul müddətindən asılı olmaması, məcburi payı tələb etmək hüququna iddia müddətinin şamil edilməməsi, həmçinin bu Qərarın hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil edilməli olması müəyyən edilmişdir. Məhkəmə hazırkı işin xx.xx.2023-cü ildən etibarən məhkəmənin icraatında olduğunu nəzərə alaraq bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı hazırkı işə də şamil edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən məcburi payın hər hansı xüsusi qəbul müddətində qəbul edilmiş olması artıq tələb olunmur. İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək, həmin müddətin uzadılması, xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilməsi, miras mənzilin cavabdehlə onun arasında bölünməsi barədə əvvəlki iddiasının təmin edilməməsi haqqında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin mövcud olması ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin qətnamə üzrə iddia tələbi qanun üzrə vərəsəliklə bağlı idisə, hazırkı iddiada tələb mirasdan məcburi payla əlaqədardır, yəni iddiaların əsasları fərqlidir. Bu xüsusat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2929/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir. Məhkəmə bildirir ki, X1 əmlakını vərəsələrdən birinə vəsiyyət etməsinə baxmayaraq, X11 və İddiaçı məcburi pay almaq hüququna malikdirlər. İşin hallarından müəyyən olunur ki, X11 anasından qalmış mirasın ona çatası hissəsindən imtina etmiş, İddiaçı isə məcburi payının müəyyən olunmasını tələb edir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, həmin tələb əsaslıdır, xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilərək miras mənzildə İddiaçı məcburi payı müəyyən olunmalıdır. Məhkəmə İddiaçı payının həcmi ilə bağlı bildirir ki, məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Eyni zamanda, məcburi pay müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. X1 3 vərəsəsi var, hər birinin payı 1/3 hissədə müəyyən olunmalı idi. Məcburi pay mirasın 1/3 hissəsinin yarısı təşkil etdiyindən mirasın 1/6 hissəsinə İddiaçı məcburi payı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi hissəsinə dair aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. İşin müəyyən edilmiş hallarına görə, tərəflərin anası X15 xx.xx.2020-ci ildə Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə əsasında bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə mübahisələndirilmir, məhkəmə tərəfindən də vəsiyyətnamənin etibarsızlığına səbəb olan hallar aşkarlanmamışdır. Eyni zamanda, vəsiyyətnamənin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. X15 xx.xx.2020-ci il tarixli vəsiyyətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli 2V- 57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi üçün də hər hansı əsas müəyyən edilməmişdir. Ona görə iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.2-ci maddəsinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı işdən görünür ki, iddiaçı müharibə veteranıdır, dövlət rüsumunu ödəməkdən azaddır. İddia tələbi qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflər arasında bölünməli, ödənilməli olan 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, iddiaçının isə dövlət rüsumunu ödəməkdən azad olduğu nəzərə alınmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən veilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilsin. X6 qalmış Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət mirasın 1/6 hissəsinə İddiaçı məcburi payı müəyyən edilsin. İddia Bakı Şəhəri 35 saylı Notariat Ofisi tərəfindən veilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi hissəsində təmin edilməsin. Cavabdeh Qəhərəman oğlundan 50 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X25.
Məhkəmə qərarları › İş №e-2(008)-2335/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2335/2025
14.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver