Məhkəmə qərarları › İş №e-2(008)-2347/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2347/2023

30.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2347/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ərizənin etibarsız hesab edilməsi və miras paylarının müəyyən edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və 4 saylı Bakı Asan xidmət mərkəzində Notariat Ofisinə qarşı “ərizənin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi” tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XX.XX.1940-cı il tarixdən anadan olmuş və xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmiş mərhum ataları X1 aid, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 123.5 kv.metr olan fərdi yaşayış evindən və 0.04858 ha torpaq sahəsindən ½ hissə fərdi yaşayış evi və 0.0219 ha torpaq sahəsi verilməsinə dair mirasın onlara çatası hissəsindən imtina edilməsi və miras əmlakı üzrə payların mütənasib qaydada müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi, Vəkil tərəflər arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, onlara barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, tərəflərin ərizələrini və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı üçüncü şəxsin, eləcə də tərəflərin hüquq və qanunla qorunan mənafelərini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 191.2, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ərizənin etibarsız hesab edilməsi və miras paylarının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə tərəflərin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh - İddiaçı2 və İddiaçı1 oğlunun Sabunçu Rayon Məhkəməsinin icraatında olan “ərizənin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi tələbinə” dair mülki iş üzrə iddia tələblərindən imtina etməsi müqabilində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04858 ha torpaq sahəsindən onun adına dövlət qeydiyyatına alınmış və ona məxsus 0.02129 ha torpaq sahəsini İddiaçı2 bağışlamağı, eyni zamanda, sözü gedən daşınmaz əmlakın İddiaçı2 adına dövlət qeydiyyatına alınması üçün aidiyyatı qurumlarda lazımi sənədləşdirmə işlərinin aparılmasını öhdəsinə götürür;

2. İddiaçı2 İddiaçı1 Sabunçu Rayon Məhkəməsinin icraatında olan “ərizənin etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi tələbinə” dair mülki iş üzrə iddia tələblərindən imtina etməsi müqabilində 5000 (beş min) manat məbləğində nağd pulun ödənilməsini öz üzərinə götürür;

3. İddiaçı2 İddiaçı1 saziş predmeti olan əmlaka dair bağışlanma müqaviləsi bağlandığı vaxtdan etibarən, sazişin predmeti olan ünvan 1 ünvanından 2 ay müddətinə özləri və yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə pasport qeydiyyatından çıxacaqlarını öz üzərinə götürürlər. Tərəflər barışıq sazişini imzalayır və onun təsdiq olunmasını məhkəmədən xahiş edirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ərizənin etibarsız hesab edilməsi və miras paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar