Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2359/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X19 qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onların ata adının Əliəskər olması faktının müəyyən edilməsi, Ərizəçi1 Əlizqər oğluna və Ərizəçi2 məxsus bütün hüquqmüəyyənedici sənədlərdə ata qrafasında “Alizqer”, “Ələsqər”, “Əlizir”, “Əliskər” və “Əliəskər” kimi göstərilmiş şəxsin X7 ilə eynişəxs olması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 və Ərizəçi2 ataları X7 1924-cü ildə anadan olmuş, 28 dekabr 2002-ci il tarixdə isə ürək-qan damar çatışmazlığından Bakı şəhərində vəfat etmişdir. 25 iyul 1953-cü ildə X4, xx xxx 1955-ci il tarixdə isə Ərizəçi1 Əlizqer oğlu anadan olmuşdur. SSR Daxili İşlər Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının şöbəsi tərəfindən verilmiş 64363 nömrəli təvəllüd şəhadətnaməsindən görünür ki, atalarının adı Əliəskər olmuşdur, lakin sonrakı dövrlərdə həm atalarına həm də onlara verilmiş sənədlərdə atalarının adı fərqli şəkillərdə göstərilmişdir. Belə ki, Bakı şəhər Sabunçu rayon VVADQ şöbəsi tərəfindən 03 mart 2004-cü il tarixdə verilmiş AZ İ, 092352 nömrəli ölüm haqqında şəhadətnamədə atalarının adı Alizqer göstərilmişdir. Bundan başqa Abdulkərim Nuriyevin adına verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletdə “Alizqer”, 27 iyun 1968-ci il tarixli AZ seriyalı 425647 nömrəli səkkiz illik təhsil haqqında şəhadətnamədə “Ələsqər”, Sabunçu RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində “Əlizir” və Bakı şəhər X3 bürosu tərəfindən 18 oktyabr 1976-cı il tarixdə verilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışda isə ata adı “Alizqer” olaraq göstərilmişdir. Bundan başqa Ərizəçi1 Nardaran kənd Sovetliyi tərəfindən 04 iyun 1955-ci ildə verilmiş ИЖ seriyalı 407483 nömrəli doğum haqqında şəhadətnamədə ata adı “Alizqer”, НЗ seriyalı ******* nömrəli hərbi biletdə ata adı “Alizqer”, ASAN 4 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsində ata adı “Əliskər” olaraq göstərilmişdir. Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İcrayə Komitəsinin Bağlar Təsərrüfatı ilə Ərizəçi1 arasında bağlanmış 26 aprel 1989-cu il tarixli, 8898 nömrəli müqavilənin və 05 may 1976cı ildə verilmiş əmək kitabçasının Ərizəçi1 Əlizqər oğluna məxsus olması, 27 iyun 1968-ci il tarixdə verilmiş AZ seriyalı 425647 nömrəli 8 illik təhsil haqqında şəhadətnamənin və xx.xx.1969-cu ildə verilmiş Əmək kitabasında Ərizəçi2 Alizqer oğluna məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili Vəkil məhkəmədə ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələbin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli bildirişindən görünür ki, ərizəçilərin doğum haqqında şəhadətnamələrdə ata adına dəyişiklik edilməsi barədə müraciətlərinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Sabunçu rayonu Nardaran qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum akt qeydləri nəzərdən keçirilərkən, ata adlarının “Alizqer” və “Əlizir” qeyd olunduğu müəyyən edilmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə qeydə alınmış 239 nömrəli ölüm akt qeydində X8 qeyd edilmişdir. Adlar arasındakı uyğunsuzluğun məhkəmə qaydasında həll edilməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Sabunçu rayon VVADQ şöbəsi tərəfindən 03 mart 2004-cü il tarixdə verilmiş AZ İ seriyalı 092352 nömrəli ölüm haqqında şəhadətnamədə ərizəçilərin atalarının adı X8 kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş SSR Daxili İşlər Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının şöbəsi tərəfindən verilmiş 64363 nömrəli təvəllüd şəhadətnaməsindən görünür ki, ərizəçilərin atalarının adı Nuriyev Əliəskər olmuşdur. İş materiallarından olan Ərizəçi2 verilmiş 27 iyun 1968-ci il tarixli, AZ seriyalı 425647 nömrəli səkkiz illik təhsil haqqında şəhadətnamədən görünür ki, onun ata adı Ələsqər kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər X3 bürosu tərəfindən 18 oktyabr 1976-cı il tarixdə verilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışda X1 göstərilmişdir. İş materiallarından olan Sabunçu RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində Ərizəçi2 ata adı qrafasında Əlizir oğlu yazılmışdır. Bundan başqa Abdulkərim Nuriyevin adına verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletdə ata adı “Alizqer” qeyd edilmişdir. Eyni zamanda Ərizəçi1 adına verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletdə ata adı “Alizqer” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Nardaran kənd Sovetliyi tərəfindən 04 iyun 1955-ci ildə Ərizəçi1 verilmiş ИЖ seriyalı 407483 nömrəli doğum haqqında şəhadətnamədə ata adı qrafasına Alizqer qeyd olunmuşdur. İş materiallarından olan 05 may 1976-cı ildə Ərizəçi1 verilmiş əmək kitabçasında Ərizəçi1 Askər oğlu kimi qeyd edilmişdir. İş materiallarından olan 10 avqust 1969-cu ildə ərizəçi Nuriyev Abdulkərimə verilmiş əmək kitabçasında X2 qeyd edilmişdir. İş materiallarından olan Bakı İcrayə Komitəsinin Bağlar Təsərrüfatı ilə Ərizəçi1 arasında bağlanmış 26 aprel 1989-cu il tarixli, 8898 nömrəli müqavilədə ata adı “Asker” kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində ərizəçilərin atasının adının Əliəsgər olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində ərizəçilərin atasının adının Əliəsgər olduğunu və onu Əliəsgər adı ilə çağırdıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində ərizəçilərin atasının adının Əliəsgər olduğunu və onu Əliəsgər adı ilə çağırdıqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi1 və Ərizəçi2 məxsus bütün hüquqmüəyyənedici sənədlərdə ata qrafasında “Alizqer”, “Ələsqər”, “Əlizir”, “Əliskər” və “Əliəskər” kimi göstərilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki PM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı İcrayə Komitəsinin Bağlar Təsərrüfatı ilə Ərizəçi1 arasında bağlanmış 26 aprel 1989-cu il tarixli, 8898 nömrəli müqavilənin və 05 may 1976-cı ildə verilmiş əmək kitabçasının Ərizəçi1 məxsus olması, 27 iyun 1968-ci il tarixdə verilmiş AZ seriyalı 425647 nömrəli 8 illik təhsil haqqında şəhadətnamənin və xx.xx.1969-cu ildə verilmiş Əmək kitabasında Ərizəçi2 Alizqer oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2(008)-2359/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2359/2025
14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver