Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2364/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, iddiaçı ″ABC Telecom″ MMC-nin Cavabdeh qarşı ″pul″ tələbi barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ″ABC Telecom″ MMC-nin Cavabdeh qarşı ″pul″ tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Marsel markalı yataq, 4 qapılı dolab, Marsel markalı yataq-termo, Marsel markalı yataq çarpayı Bazali, Almira markalı mebel əşyası, Venetsiya Fs-5 markalı mebel əşyası 6 ədəd, Alyans masa Verona, matras standart üçün 1733 manat ödənilməmiş hissə, 173 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Modena 3 Yerli SL markalı mebel əşyası üçün 482,72 manat ödənilməmiş hissə, 48,28 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Panasonic markalı ev telefonu üçün 320 manat odənilməmiş hissə, 3 manat cərimə olmaqla, ümumilikdə 2472 manat borc, 44,72 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ″ABC Telecom″ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ″ABC Telecom″ MMC arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr bağlanılmış, nəticədə Cavabdeh Marsel markalı yataq, 4 qapılı dolab, Marsel markalı yataq-termo, Marsel markalı yataq çarpayı Bazali, Almira markalı mebel əşyası, Venetsiya Fs-5 markalı mebel əşyası 6 ədəd, Alyans masa Verona, matras standart, Modena 3 Yerli SL markalı mebel əşyası, Panasonic markalı ev telefonu almış. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1291 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1905.6 manat, ümumilikdə, 3196.6 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 410 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23- 1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh ″ABC Telecom″ MMC-dən Marsel markalı yataq, 4 qapılı dolab, Marsel markalı yataq-termo, Marsel markalı yataq çarpayı Bazali, Almira markalı mebel əşyası, Venetsiya Fs-5 markalı mebel əşyası 6 ədəd, Alyans masa Verona, matras standart almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh ″ABC Telecom″ MMC-dən Modena 3 Yerli SL markalı mebel əşyası almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh ″ABC Telecom″ MMC-dən Panasonic markalı ev telefonu almış, onun dəyərini hissəhissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; - ″ABC Telecom″ MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən edilir ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Cavabdehn ″ABC Telecom″ MMC-dən alqı-satqı qiyməti 4929,60 manat olan Marsel markalı yataq, 4 qapılı dolab, Marsel markalı yataq-termo, Marsel markalı yataq çarpayı Bazali, Almira markalı mebel əşyası, Venetsiya Fs-5 markalı mebel əşyası 6 ədəd, Alyans masa Verona, matras standart, alqı-satqı qiyməti 828,72 manat olan Modena 3 Yerli SL markalı mebel əşyası, alqı-satqı qiyməti 96 manat olan Panasonic markalı ev telefonu üçün cəmi ödədiyi məbləğ 3606,60 manat, ödənilməmiş əsas borcu 2247,72 manat, 224,28 manat cərimə olmaqla, ümumi ödənilməmiş borcu cəmi 2472 manat təşkil edir; - ″ABC Telecom″ MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehdən qalan borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə qalıq borcu üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdehn xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cəriməni razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən,işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü ildə 44,72 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Marsel markalı yataq, 4 qapılı dolab, Marsel markalı yataq-termo, Marsel markalı yataq çarpayı Bazali, Almira markalı mebel əşyası, Venetsiya Fs-5 markalı mebel əşyası 6 ədəd, Alyans masa Verona, matras standart üçün 1733 (bir min yeddi yüz otuz üç) manat ödənilməmiş hissə, 173 (bir min yeddi yüz üç) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Modena 3 Yerli SL markalı mebel əşyası üçün 482 (dörd yüz səksən iki) manat, 72 (yetmiş iki) qəpik ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat, 28 (iyirmi səkkiz) qəpik cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, Panasonic markalı ev telefonu üçün 32 (otuz iyirmi) manat odənilməmiş hissə, 3 (üç) manat cərimə, 44 (qırx dörd) manat 72 (yetmiş iki) qəpik ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2516 (iki min beş yüz on altı) manat 72 (yetmiş iki) qəpik borc alınaraq ″ABC Telecom″ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (″Elektron məhkəmə″ informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-2364/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2364/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver