Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2379/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 396,60 manat əsas, 118,90 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 517,40 manat əsas, 155,20 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1390,20 manat əsas, 417 manat cərimə olmaqla, cəmi 2995,30 manat borcun, 49,95 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 396,60 manat əsas, 118,90 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 517,40 manat əsas, 155,20 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1390,20 manat əsas, 417 manat cərimə olmaqla, cəmi 2995,30 manat borcun, 49,95 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmişdir. Cavabdeh məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli ərizədə bildirmişdir ki, "xxxx" MMC-yə 2995,30 manat borcu var. O, borcu ödəməkdən yayınmır, hissəhissə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan iddiaçı "xxxx" MMC və cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli ********* nömrəli "Müddətli (nisyə) alqı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan LG markalı televizor və ütü alaraq 18 ay müddətinə hissəhissə olmaqla cəmi 1449,90 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənişi 1053,30 manat olmuş, əsas borcu 396,60 manat, cərimə borcu 1189 manat, cəmi borcu 1585,60 manat təşkil edir. İşdə olan, iddiaçı "xxxx" MMC və cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli ********* nömrəli "Müddətli (nisyə) alqı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan TCL markalı televizor alaraq 18 ay müddətinə hissə-hissə olmaqla cəmi 669,90 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənişi 152,50 manat olmuş, əsas borcu 517,40 manat, cərimə borcu 1552 manat, cəmi borcu 2069,40 manat təşkil edir. İşdə olan, iddiaçı "xxxx" MMC və cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli ********* nömrəli "Müddətli (nisyə) alqı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan İpad Pro alaraq 18 ay müddətinə hissə-hissə olmaqla cəmi 1849,20 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənişi 459 manat olmuş, əsas borcu 1390,20 manat, cərimə borcu 4170 manat, cəmi borcu 5560,20 manat təşkil edir. İşdə olan "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edilir ki, iddiaçının cavabdehə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 396,60 manat əsas, 1189 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 517,40 manat əsas, 1552 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1390,20 manat əsas, 4170 manat cərimə borcu yaranmışdır. Cərimə məbləğlərinə 90% güzəşt tətbiq edildikdən sonra iddiaçı tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 396,60 manat əsas, 118,90 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 517,40 manat əsas, 155,20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1390,20 manat əsas, 417 manat cərimə borcunun ödənilməsi tələb edilir. Müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixli müqavilələrlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, bununla da həmin müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ona nisyə satılmış malların dəyərini iddiaçıya ödəməlidir. Cavabdehdən tələb olunan dəbbə pulu ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, kreditorun əmlak mənafelərini, cavabdehin maddi vəziyyətini, o cümlədən hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xidmət üzrə fəhlə işləməklə əmək haqqının 400 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Məhkəmə dəbbə pulunun miqdarının əsas borcun 5 faizi miqdarında müəyyən olunmasını tərəflərin bütün əsaslı mənafelərinə uyğun hesab edir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2023- cü il tarixli müqavilə üzrə 396,60 manat əsas, 19,83 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 517,40 manat əsas, 25,87 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1390,20 manat əsas, 69,51 manat cərimə cəmi 2419,41 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 49,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cəmi 2995,30 manat məbləğində iddianın 2419,41 manat hissəsi (80,77 faiz) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 80,77 faizi, yəni 40,34 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 9,61 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 396,60 manat əsas, 19,83 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 517,40 manat əsas, 25,87 manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə 1390,20 manat əsas, 69,51 manat cərimə borcu, 40,34 manat dövlət rüsumu, cəmi 2459,75 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 49,95 manat dövlət rüsumunun qalan 9,61 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-2379/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2379/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver