Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2467/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL286284 saylı xx-xx-2019 il bağlanmış nisyə satış müqaviləsinə əsasən yaranmış 105.74 (bir yüz beş manat yetmiş dörd qəpik ) əsas borc, 10.57 (on manat əlli yeddi qəpik ) cərimə, ümumilikdə 116.31 (bir yüz on altı manat otuz bir qəpik) borcun, BL255974 saylı xx-xx-2019 il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən yaranmış 134.26 ( bir yüz otuz dörd manat iyirmi altı qəpik ) əsas borc, 13.42 (on üç manat qırx iki qəpik ) cərimə, ümumilikdə 147.68 ( bir yüz qırx yeddi manat altmış səkkiz qəpik ) borcun, cəmi 263.99 (iki yüz altmış üç manat doxsan doqquz qəpik) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında BL286284 saylı xx-xx-2019 il tarixdə və BL255974 saylı xx-xx-2019 il tarixlərində Nisyə satış müqavilələri bağlanmışdır. BL286284 saylı xx-xx-2019 il tarixli müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada Cavabdeh 1 saylı əlavəsində göstərilən qaydada 5 ay müddətinə hər ayın 16-dən gec olmamaqla 27 ( iyirmi yeddi manat) ödəməyi üzərinə götürmüşdür. BL255974 saylı xx-xx- 2019 il tarixli müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada Cavabdeh 1 saylı əlavəsində göstərilən qaydada 6 ay müddətinə hər ayın 5-dən gec olmamaqla 45 ( qırx beş manat ) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, hər iki müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Borca dair arayışlardan görünür ki, BL286284 saylı xx-xx-2019 il tarixdə və BL255974 saylı xx-xx-2019 il tarixlərində Nisyə satış müqavilələri üzrə Cavabdeh İddiaçı MMC-yə 240.00 (iki yüz qırx manat) manat əsas borc, 23.99 (iyirmi üç manat doxsan doqquz qəpik) manat hesablanmış cərimə, ümumilikdə 263.99 (iki yüz altmış üç manat doxsan doqquz qəpik) manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-dən avadanlıq almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-dən avadanlıq almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 105.74 manat əsas borcu, 10.57 manat cərimə borcu, cəmi 116.31 manat borcu mövcuddur; -İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 134.26 manat əsas borcu, 13.42 manat cərimə borcu, cəmi 147.68 manat təşkil edir; -xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, avadanlığın aylıq ödəniş məbləği 45 manat təşkil edir. -xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, avadanlığın aylıq ödəniş məbləği 27 manat təşkil edir. -İddiaçı MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Beləliklə, Cavabdeh BL 286284 nömrəli, xx.xx.2019-cu il tarixli nisyə alıq- satqı müqaviləsinə əsasən 105.74 (bir yüz beş manat yetmiş dörd qəpik) manat əsas, 10.57 (on manat, əlli yeddi qəpik) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 134.26 (bir yüz otuz dörd manat, iyirmi altı qəpik) manat əsas borc, 13.42 (on üç manat, qırx iki qəpik) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 263.99 (iki yüz altmış üç manat, doxsan doqquz qəpik) manat ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi təmin edilərək cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh BL 286284 nömrəli, xx.xx.2019-cu il tarixli nisyə alıq- satqı müqaviləsinə əsasən 105.74 (bir yüz beş manat yetmiş dörd qəpik) manat əsas, 10.57 (on manat, əlli yeddi qəpik) manat cərimə borcu, BL 255974 nömrəli, xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən 134.26 (bir yüz otuz dörd manat, iyirmi altı qəpik) manat əsas borc, 13.42 (on üç manat, qırx iki qəpik) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 263.99 (iki yüz altmış üç manat, doxsan doqquz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2467/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2467/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver