Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2472/2025 29.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, soyuducu Lg üçün 1514.90 manat ödənilməmiş hissə, 454.47 manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, SAMSUNG kondisioner üçün 1301.30 manat ödənilməmiş hissə, 390.39 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********79342 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 445.10 manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzinə ödənilən 23.6 manat rüsum, 133.53 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********33225 SAMSUNG GALAXY A04, İMEİ KODU **********06163 SAMSUNG GALAXY A04 markalı telefon üçün 231 manat ödənilməmiş hissə, 69.30 manat cərimə, xx.xx.2022-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV, SONOROUS SUREFİX TV asqısı üçün 209.80 manat ödənilməmiş hissə, 62.94 manat cərimə borcu olmaqla ümumilikdə 4836.33 manat borc və 68.37 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borclunun "xxxx" MMC Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Lg markalı soyuducunu, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən SAMSUNG markalı kondisioneri, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********79342 XİAOMİ REDMİ NOTE 12 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********33225 SAMSUNG GALAXY A04, İMEİ KODU **********06163 SAMSUNG GALAXY A04 markalı telefonu, xx.xx.2022-cü il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV, SONOROUS SUREFİX TV asqısını cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 161.83 manat olmaqla 2913 manat məbləğində pul ödəməyi, xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 0 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 91 manat olmaqla 1638.02 manat məbləğində pul ödəməyi, xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 0 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 65 manat olmaqla 779.95 manat məbləğində pul ödəməyi, xx.xx.2023cü il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 0 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 86.92 manat olmaqla 1043.06 manat məbləğində pul ödəməyi, xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 0 manat ilkin ödəniş etməklə 24 ay müddətinə hər ay 111.58 manat olmaqla 2678.04 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələr üzrə imzalanmış təhvil-təslim aktların surətindən görünür ki, sözügedən əşyalar cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1514.9 manat ödənilməmiş hissə, 454.47 manat cərimə olmaqla ümumilikdə 1969.37 manat borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1301.3 manat ödənilməmiş hissə, 390.39 manat cərimə olmaqla ümumilikdə 1691.69 manat borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 445.1 manat ödənilməmiş hissə, innovativ layihələr mərkəzi rüsumu 23.6 manat, 133.53 manat cərimə olmaqla ümumilikdə 602.23 manat borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 231 manat ödənilməmiş hissə, 69.3 manat cərimə olmaqla ümumilikdə 300.3 manat borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 209.8 manat ödənilməmiş hissə, 62.94 manat cərimə olmaqla ümumilikdə 272.74 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Lg markalı soyuducu üçün 1514.90 manat ödənilməmiş hissə, 75.94 manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən SAMSUNG markalı kondisioner üçün 1301.30 manat ödənilməmiş hissə, 65 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********79342 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 445.10 manat ödənilməmiş hissə, 23.6 manat innovativ layihələr mərkəzi rüsumu, 22 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********33225 SAMSUNG GALAXY A04, İMEİ KODU **********06163 SAMSUNG GALAXY A04 markalı telefon üçün 231 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2022-cü il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV, SONOROUS SUREFİX TV asqısı üçün 209.80 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla ümumilikdə 3909.64 manat borc və 59.09 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, müqavilələr üzrə cərimələr tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda müəyyən edilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Lg markalı soyuducu üçün 1514.90 manat ödənilməmiş hissə, 75.94 manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən SAMSUNG markalı kondisioner üçün 1301.30 manat ödənilməmiş hissə, 65 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********79342 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 445.10 manat ödənilməmiş hissə, 23.6 manat innovativ layihələr mərkəzi rüsumu, 22 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********33225 SAMSUNG GALAXY A04, İMEİ KODU **********06163 SAMSUNG GALAXY A04 markalı telefon üçün 231 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2022-cü il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV, SONOROUS SUREFİX TV asqısı üçün 209.80 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla ümumilikdə 3909.64 manat borc və 59.09 manat ödənilmiş ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-2472/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2472/2025
29.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver