Məhkəmə qərarları › İş №e-2(008)-252/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-252/2024

12.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-252/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istisamrında olan Dübəndi-Böyükşor DŞ 700 mm-lik yeraltı neft boru kəmərinin 60.3-cü kmdə, 39 T 0408715; ******* nömrəli koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 20 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh Xaliq oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi- Böyükşor DŞ 700 mm-lik yeraltı neft boru kəmərinin 60.3-cü km-də, 39 T 0408715; ******* nömrəli koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 20 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh Xaliq oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikilisi faktları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, Socar İddiaçı istismarında olan Dübəndi-Böyükşor DŞ 700 mm-lik yeraltı neft boru kəmərinin 60.3-cü kmdə, 39 T 0408715; ******* nömrəli koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 20 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh Xaliq oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 95 manat ekspertiza xərcinin cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı qaravul rəisi X2, mühafizəçilər X3 ve X1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli "Akt"dan görünür ki, xx.xx.2023-cü il tarixdə 7 nömrəli qarovulun 1-ci iş növbəsində saat 12:20-də 5-6 saylı postların ərazisində (ünvan 1) Dübəndi-Böyükşor DŞ 700 mm-lik yeraltı neft boru kəmərinin 60.3-cü km-də, 39 T 0408715; ******* nömrəli koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 20 metr aralı məsafədə, köhnədən inşa edilmiş, dəmir lövhələrlə çəpərlənmiş və içərisində yaşayış olan evin həyətiyanı sahəsində, 15 metr uzunluğunda və 1.8 metr hündürlüyündə hasar üçün nəzərdə tutulmuş tikinti işlərinin aparılaraq tamamlanması aşkar edildi. Mühafizə zonasında aparılan tikinti işlərinin qanunazidd olduğu, özünü tikilinin sahibi kimi təqdim edən, həmçinin şəhid qardaşı olduğunu bildirən Cavabdeh izah edilərək görülən işlərin sökülməsi tələb edilmiş, lakin o, edilən qanuni tələblərə məhəl qoymayaraq sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar həmin şəxsə gorulər, işlərə həmçinin əlavə işlərin aparılmamasına dair yazılı xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, Sabunçu rayonu Elşən Mehdiyev küçəsinin SOCAR-ın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus, hazırda istismarda olan neft məhsulları daşınan kəmərlərin mühafizə zonasına düşdüyü cavabdehə yazılı xəbərdarlıq edilmiş və sonuncu xəbərdarlığı imzalamışdır. İşdə olan 27 iyun 2024-cü il tarixli 3-16-16/2-10/3679 nömrəli ekspert rəyindən görünür ki, kənardan göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 230,0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Yol boyu 11.1 metr (cənub-qərb) məsafədən 35 kvt-lıq yüksək gərgimlikli elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublkası Dövlət Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Sahə bütövlüklə neft kəmərinin mühafizəsində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsində deyilir ki, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndində göstərilir ki, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə mühafizə zonası müəyyənləşdirir və ixrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Sadalanan normalarının birgə təhlilindən görünür ki, magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətindədir. Əhalinin təhlükəsizliyinin təmin olunması və neft boru kəmərlərinin istismarına lazımi şəraitin yaradılması üçün onların ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi ilə məhdudlaşdırılır. Hazırkı işdə görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus neft məhsulu nəql olunan DŞ 700 mm-lik yeraltı neft boru kəmərinin 60.3-cü kmdə, 39 T 0408715; ******* nömrəli koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 20 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında fərdi yaşayış evi və hasar tikilmişdir. Məhkəmə hesab edir ki, sözügedən tikili xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, həmçinin sadalanan normalarının tələblərini pozularaq inşa edildiyindən və neft kəmərinə qulluq, o cümlədən istismar edilməsinə maneçilik yaratmaqla iddiaçının maraqlarına toxunduğundan, iddia təmin edilməli və həmin ev özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia qaldırılması üçün iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus neft məhsulu nəql olunan Dübəndi- Böyükşor DŞ 700 mm-lik yeraltı neft boru kəmərinin 60.3-cü kmdə, 39 T 0408715; ******* nömrəli koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 20 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evi və hasar Cavabdeh hesabına sökülsün. Mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat və 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar