Məhkəmə qərarları › İş №e-2(008)-2567/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2567/2024

18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2567/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2073,60 manat məbləğində borcun silinməsinə, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin-300 manat məbləğində pulun Cavabdeh İB-dən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair e-2(008)-2567/2024 saylı mülki işin Sabunçu rayon Məhkəməsinin hakimi Ruslan Mirzəliyevin icraatında oalan Cavabdeh İB-nin ona qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair e-2(008)-1149/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı Sabunçu rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş Cavabdeh İB-nin İddiaçı qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işlə bir icraatda baxılması üçün hakim Ruslan Mirzəliyevin icraatına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Məhkəmə hesab edir ki, icraatda olan mülki işlə Sabunçu rayon Məhkəməsinin hakimi Ruslan Mirzəliyevin icraatında olan iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı «dəymiş zərərin əvəzinin ödənilməsinə dair» mülki iş üzrə iddia tələbləri eyni tərəflər arasında, eyni əsaslar üzrə yarandığından və sözügedən mübahisələr üzrə ilkin olaraq mülki iş hakim Ruslan Mirzəliyevin icraatına verildiyindən həmin işlər bir icraatda birləşdirilməsi üçün həmin hakimin icraatına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş Sabunçu rayon Məhkəməsinin hakimi Ruslan Mirzəliyevin icraatında olan Cavabdeh İB-nin İddiaçı qarşı "dəymiş zərərin əvəzinin ödənilməsinə dair" e-2(008)-1149/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar