Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-269/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor- Sumqayıt DŞ-700 mm-lik yeraltı kəmərinin 1-ci km-də, 39 T 0408980; ******* nömrəli koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 19 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında cavadeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, natamam hasarın və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor- Sumqayıt DŞ-700 mm-lik yeraltı kəmərinin 1-ci km-də, 39 T 0408980; ******* nömrəli koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 19 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında cavadeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, natamam hasar və çardaq tikilisi faktları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, ünvan 2 ünvanında, Cavabdeh tərəfindən mühafizə zonası daxilində inşa edilmiş fərdi yaşayış evinin, natamam hasarın və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 95 manat ekspertiza xərcinin cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı qaravul rəisi X3, mühafizəçilər X7 və X6 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Akt”dan görünür ki, xx.xx.2023-cü il tarixdə 4 nömrəli qarovulun 1-ci iş növbəsində saat 11:45-də 15-16 nömrəli postların ərazisində (Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi) Böyükşor-Sumqayıt DS 700 mm-lik yeraltı neft kəmərinin 1-ci km-də, 39 T 0408980: ******* nömrəli koordinat üzrə, kəmərə paralel, 1-ci sırada kəmərdən təqribən 19 metr aralı məsafədə köhnədən inşa edilmiş, bir tərəfli evlərdə, digər tərəfi isə natam hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində çardaq üçün nəzərdə tutulmuş 4 metr enində, 5 metr uzunluğunda və 3 metr hündürlüyündə dəmir konstruksiyadan ibarət quraşdırma işlənnin aparılması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan yenidənqurma işlərinin qanunazidd olduğu özünü ev sahibi kimi təqdim edən Cavabdeh izah edilərək, görülən işin dayandırılması və sökülməsi tələb edilmiş, lakin o, görulən işi hal-hazırda dayandırsa da sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparıİmamasına dair həmin şəxsə yazılı xəbərdarlıq təqdim edilmiş və ərazi üzrə icra nümayəndəsi Arif adlı şəxsə saat 11:37-də melumat verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “Xəbərdarlıq”dan görünür ki, Sabunçu rayonu Elşən Mehdiyev küçəsinin SOCAR-ın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus, hazırda istismarda olan neft məhsulları daşınan kəmərlərin mühafizə zonasına düşdüyü cavabdehə yazılı xəbərdarlıq edilmiş və sonuncu xəbərdarlığı imzalamışdır. İşdə olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-1/-3-30/2-34241/2024 nömrəli mütəxəsis rəyindən görünür ki, Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı kəmərinin 1-ci km-də, X-0408980; Y-4477269 nömrəli koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 19 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 3 ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evi, həyət tikilisi və hasar inşa edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə neft kəmərinin mühafizəsində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsində deyilir ki, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndində göstərilir ki, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə mühafizə zonası müəyyənləşdirir və ixrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Sadalanan normalarının birgə təhlilindən görünür ki, magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətindədir. Əhalinin təhlükəsizliyinin təmin olunması və neft boru kəmərlərinin istismarına lazımı şəraitin yaradılması üçün onların ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi ilə məhdudlaşdırılır. Hazırkı işdə olan xx.xx.2024-cü il tarixli mütəxəsis rəyindən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə məxsus neft məhsulu nəql olunan Böyükşor-Sumqayıt DŞ- 700 mm-lik yeraltı kəmərinin 1-ci km-də, 39 T 0408980; ******* nömrəli koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 19 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında fərdi yaşayış evi və hasar tikilmişdir. Məhkəmə hesab edir ki, sözügedən tikili xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, həmçinin sadalanan normalarının tələblərini pozularaq inşa edildiyindən və neft kəmərinə qulluq, o cümlədən istismar edilməsinə maneçilik yaratmaqla iddiaçının maraqlarına toxunduğundan, iddia təmin edilməli və göstərilən ev, natamam hasar və çardaq özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəsis rəyi alınması üçün 95 manat cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri ünvan 1ndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus neft məhsulu nəql olunan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı kəmərinin 1-ci km-də, 39 T 0408980; ******* nömrəli koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 19 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evi, natamam hasar və çardaq tikilisi Cavabdeh hesabına sökülsün. Mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat və 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-269/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-269/2024
03.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver