Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2697/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, LOGİTECH RACİNG WHEEL G920 video oyun manipulyatoru üçün 1495.55 (min dörd yüz doxsan beş manat, əlli beş qəpik) manat ödənilməmiş hissə, 747.78 (yeddi yüz qırx yeddi manat, yetmiş səkkiz qəpik) manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, HP PAVİLİON 15 markalı komputer üçün, 1370.41 (min üç yüz yetmiş manat, qırx bir qəpik) manat ödənilməmiş hissə, 685.21 (altı yüz səksən beş manat, iyirmi bir qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU 47780/K3WM06736 XİAOMİ PAD 6 markalı planşet üçün 673.72 (altı yüz yetmiş üç manat, yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 336.86 (üç yüz otuz altı manat, səksən altı qəpik) manat dəbbə olmaqla, ümumilikdə 5309.52 (beş min üç yüz doqquz manat, əlli iki qəpik) manat borc, 73.10 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, PLAYSTATİON 5, LOGİTECH RACİNG WHEEL G920 video oyun manipulyatoru, HP PAVİLİON 15 markalı komputer, İMEİ KODU 47780/K3WM06736 XİAOMİ PAD 6 markalı planşet almış və nəticədə 5309.52 (beş min üç yüz doqquz manat, əlli iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2521.08 (iki min beş yüz iyirmi bir manat, səkkiz qəpik) manat (18 ay x 140.06 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, LOGİTECH RACİNG WHEEL G920 video oyun manipulyatoru üçün ümumilikdə, 2243.33 (iki min iki yüz qırx üç mnat, otuz üç qəpik) manat olmaqla ondan, 1495.55 (min dörd yüz doxsan beş manat, əlli beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 747.78 (yeddi yüz qırx yeddi manat, yetmiş səkkiz qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2057.04 (iki min əlli yeddi manat, dörd qəpik) manat (18 ay x 114.28 manat + 0 manat ilkin ödəniş) HP PAVİLİON 15 markalı komputer üçün ümumilikdə, 2055.62 (iki min əlli beş manat, altmış iki qəpik) manat olmaqla ondan, 1370.41 (min üç yüz yetmiş manat, qırx bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 685.21 (altı yüz səksən beş manat, iyirmi bir qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1146.96 (min yüz qırx altı manat, doxsan altı qəpik) manat (18 ay x 63.72 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU 47780/K3WM06736 XİAOMİ PAD 6 markalı planşet almış üçün ümumilikdə, 1010.58 (min on manat, əlli səkkiz qəpik) manat olmaqla ondan, 673.72 (altı yüz yetmiş üç manat, yetmiş iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 336.86 (üç yüz otuz altı manat, səksən altı qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən ZƏMANƏT + 3 il xidmətindən 14.02.224-cü il tarixində imtina etmiş və məhsul 238 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 448.63 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 238 manat, ümumilikdə, 686.63 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1498.77 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməkləri mümkün olmadığından, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, əsas borc məbləği ilə razı olduğunu, lakin cərimə borcunun artıq hesablandığını bildirdi. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 2521.08 manat olan PLAYSTATİON 5, LOGİTECH RACİNG WHEEL G920 video oyun manipulyatoru, ayda 140,06 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 2057.04 manat olan olan HP PAVİLİON 15 markalı komputeri ayda 114,28 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 1146,96 manat olan İMEİ KODU 47780/K3WM06736 XİAOMİ PAD 6 markalı planşeti ayda 63,72 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. "xxxx" MMC tərəfindən verilmiş 10 fevral 2025-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi 5309.52 manat məbləğində borcu yarandığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş, müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 74 (yetmiş dörd) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 68 (altmış səkkiz) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 33 (otuz üç) manat dəbbə pulu tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehdan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1495.55 (min dörd yüz doxsan beş manat, əlli beş qəpik) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1370.41 (min üç yüz yetmiş manat, qırx bir qəpik) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə üçün 673.72 (altı yüz yetmiş üç manat, yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə olmaqla, cəmi 3714,68 (üç min yeddi yüz on dörd manat, altmış səkkiz qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 57,14 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1495.55 (min dörd yüz doxsan beş manat, əlli beş qəpik) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1370.41 (min üç yüz yetmiş manat, qırx bir qəpik) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə üçün 673.72 (altı yüz yetmiş üç manat, yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə olmaqla, cəmi 3714,68 (üç min yeddi yüz on dörd manat, altmış səkkiz qəpik) manat məbləğində pulun və 57,14 (əlli yeddi manat on dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2697/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2697/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver