Məhkəmə qərarları › İş №e-2(008)-2752/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2752/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2752/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2024-cü il tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən, reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan lizinq predmetinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1-ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsindən geri alınması və mənzilin boşaldılaraq Bank "xxxx" ASC-ə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2024-cü il tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən Cavabdeh1 sifarişi ilə reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1-ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bundan başqa, "xxxx" ASC ilə Cavabdeh2 arasında 24 sentyabr 2024-cü il tarixli, DƏ-697/24 nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 24 sentyabr 2024-cüil tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 116990 manat əsas borc, 4375.52 manat faiz borcu, 115.15 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2024cü il tarixinə ümumi borcu 121480.67 manat təşkil edir. xx.xx.2025-ci il tarixdə cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubunda yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun, lizinq müqaviləsinin ləğvi və lizinq obyektinin qaytarılması ilə bağlı müqavilədə nəzərdə tutulmuş qaydada tələblər irəli sürüləcəyi qeyd edilmişdir. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”-ə əsasən "xxxx" ASC tərəfindən tələb hüquqları Bank "xxxx" ASC-yə ötürülmüşdür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəmyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2024-cüil tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən Cavabdeh1 sifarişi ilə reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1-ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir; - "xxxx" ASC ilə Cavabdeh2 arasında 24 sentyabr 2024-cü il tarixli, DƏ-697/24 nömrəli “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 24 sentyabr 2024-cüil tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 116990 manat, faiz üzrə borcu 4375,52 manat, cərimə borcu üzrə 115,15 manat, cəmi borc 121480,67 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. - AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1-ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evini alıcı "xxxx" ASC-yə satmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə lizinq müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdehlər iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özlərinin cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, lizinq obyekti iddiaçıya qaytarılmalı və cavabdehlər mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2024-cü il tarixli DƏ-697/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən, reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan lizinq predmeti Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 6/12 Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 50-ci Mərdəkan, 1-ci döngə, giriş 20 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsindən geri alınsın və mənzil boşaldılaraq Bank "xxxx" ASC-ə təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar