Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2758/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 ölümü ilə bağlı 5000.00 (beş min) manat pul vəsaitinin və 70 manat məbləğində dövlət rüsumunun iddaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ci il tarixli, AA №708796 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə “Shacman” markalı, AZ **-NZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı ASC-də sığorta təminatı almışdır. xx.xx.2013-cü il tarixində Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Shacman” markalı, 90-NZ- 486 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 40,5 ton sementlə yüklü vəziyyətdə Xızı-Giləzi yolunda hərəkətdə olarkən ehtiyatsızlıqdan avtomobili yoldan çıxarıb aşırmış və nəticədə avtomobildə olan X1 çox saylı bədən xəsarətləri alaraq ölümünə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-ci il tarixli 1(068)-16/2013 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X1 ölümü ilə bağlı 5000.00 (beş min) manat məbləğində sığorta ödənişi faydalanan şəxs X8 verilmişdir. İddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Xızı Rayon Məhkəməsinin 1(068)-16/2013 nömrəli, xx.xx.2013-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirli bilinmiş və 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetməklə cəzasına məhkum edilmişdir. Sözügedən hökümdə, məhkəmənin gəlmiş olduğu nəticədən görünür ki, “Shacman” markalı, AZ **-NZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili əvvəla A-Tran Motors MMC-nin mülkiyyətində olsada, sonradan alqı-satqı mqaviləsi əsasında X3 kreditlə satılmışdır. Qəza törədən Cavabdeh isə avtomaşının idrə edilməsi ilə bağlı hər hansı bir etibarnamə verilməmişdir, həmin avtomobil alqı-satqı müqaviləsi imzalandıqdan sonra alıcının mülkiyyətinə verilmişdir. xx.xx.2014-cü il tarixli, 3587/CML-3303/2014-cü il tarixli sığorta aktının surətindən görünür ki, X9 məxsus “Shacman SX 3314DT366**-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azsiğorta ASC-də icbari siğorta ilə siğortalı olmuşdur. xx.xx.2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X6 vəfat etmiş olduğundan 5000 manat siğorta ödənişi zərərçəkənə ödənilməsi müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 5000 manat X4 hesabına köçürülmüşdür. Xızı Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 683724 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə ölmüşdür. 16 may 2013-cü il tarixli, 08 nömrəli qeyd ilə rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1964-cü ildə doğulmuş, atası X7, anası X5r. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, “Shacman” markalı, AZ **-NZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2012-ci il tarixdən bir il müddətinə Azsiğorta ASC-də icbari siğorta ilə siğortalı olmuşdur. xx.xx.2013-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsəi zamanı avtomobilidə sərnişin kimi əyləşmiş X6 vəfat etmişdir. Az siğorta ASC zərərəçəkmiş şəxsin ölümü ilə əlaəqdar 5000 mamnat məbləğində siğorta ödənişin zərərçəkənlərin ailəsinə ödəmişdir. Cavabdeh X11 xx.xx.2012-ci il baş vermiş yolnəqliyyat hadisəsini törədən zaman onun sözügedən avtomobili idarə edən hüququ olmadığından hazırda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə haqqlı olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 70 (yetmiş) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2758/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2758/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver