Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2838/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X32 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Rüstəmli Fuad Məhəmməd oğlunun, Cavabdeh3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Tarix Vaqif oğlunun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Əliyeva Ədilə Vaqif qızı və X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru, Cavabdeh3 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X30 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X22, X15, X23 və X24 olmaqla “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 İddiaçı, Bakı şəhəri 17 saylı Dövlət Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X30 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru, Cavabdeh3 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X30 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X28, X14, X22, X15, X23 və X24 olmaqla “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, ümumi sahəsi 0.1541 ha olan 231 nömrəli bağ sahəsinə dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-323 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixli 2V-323 reyetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 231 nömrəli bağ sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh3 adına aparılmış qeyd və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh3 və Cavabdeh1 ümumi sahəsi 20.9 ha olan 230 nömrəli bağ sahəsinin 0.1902 hissəsinə ½ hissədə pay almalarına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh3 və Cavabdeh1 adına aparılmış qeyd və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ümumi sahəsi 20.9 ha olan 230 nömrəli bağ sahəsinin 0.0578 ha hissəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh3 adına aparılmış qeyd və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, xx.xx.2006-cı il tarixdə vəfat etmiş keçmiş qayınatası X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 230 və 231 nömrəli bağ sahələrinə dair qanun üzrə vərəsə hüquqlarının tanınması və payların müəyyən edilmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş qayınatası, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 230 və 231 nömrəli bağ sahələrinin mülkiyyətçisi X25 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. X10 övladı, onun mərhum həyat yoldaşı X20 isə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, X20 ilə xx.xx.1991-ci il tarixində nikaha daxil olmuşdur. X25 vəfat etdikdən sonra ondan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 20.9 ha olan 230 və ümumi sahəsi 0.1541 ha olan 231 nömrəli bağ sahələri miras qalmışdır. Həyat yoldaşı X20 vəfat etdiyindən mərhum qayınatası X7 qalan miras əmlaklara dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq 17 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda X7 miras qalmış əmlaka dair vərəsələrin dairəsinin müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, həmçinin vərəsəliyin qəbul edilməsi müddətini buraxdığına görə sözügedən sənədin verilməsindən imtina edilmişdir. Pozulmuş hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş və əldə olunmuş vərəsəlik işi ilə tanışlıqdan məlum olmuşdur ki, Cavabdeh3 digər vərəsələrdən gizlin olaraq 17 saylı notariat kontoruna müraciət etmiş (qayınatasının ölümündən 15 il keçmiş), digər vərəsələrin olmasını gizlədərək yalnız öz adına 231 nömrəli bağ sahəsinə tam hissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Həmin vərəsəlik işində olan sənədlərdən də görünür ki, digər vərəsənin olması faktı notariat kontorunda araşdırılmamış və yalnız Cavabdeh3 xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Özü də həmin şəhadətnamə qayınatası öldükdən 15 (on beş) il sonra verilmiş, həmin vaxt onlardan qanunla müəyyən olunmuş müddətin ötürülməsinin üzrlü olması və bərpa edilməsi tələb olunmamışdır. Qeyd edilən vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh3 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin əldə olunmuş digər sənədlərdən məlum olmuşdur ki, Cavabdeh3 və oğlu Cavabdeh1 ümumi sahəsi 20.9 ha olan 230 nömrəli bağ sahəsinin 0.1902 ha hissəsinə ½ hissədə pay almalarına dair xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış, habelə Cavabdeh3 230 nömrəli bağ sahəsinin 0.0578 ha hissəsinə tam həcmdə pay almasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 230 və 231 nömrəli bağ sahələrindən onun miras payları müəyyən olunmamış və bununla da onun vərəsəlik hüququ pozulmuşdur. O, keçmiş qayınatasından qalan mirasdan imtina etməmişdir və bununla əlaqədar hər hansı bir orqana ərizə ilə müraciəti olmamışdır. Əksinə payların müəyyən edilməsi ilə bağlı 17 saylı Notariat ofisinə müraciət etdikdə ona əsassız və qanunsuz olaraq imtina cavabı verilmişdir. Paylı mülkiyyət üzrə hissələr düzgün müəyyən edilmədiyindən xx.xx.2021-ci il tarixli 2V-323 reyetr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsızdır. Həmçinin həmin şəhadətnamə əsasında Cavabdeh3 adına verilmiş 231 nömrəli bağ sahəsinə dair xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, habelə Cavabdeh3 oğlu Cavabdeh1 230 nömrəli bağ sahəsinin 0.1902 hissəsinə ½ hissədə pay almalarına dair verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Cavabdeh3 230 nömrəli bağ sahəsinin 0.0578 ha hissəsinə tam həcmdə pay almasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da etibarsız hesab edilməklə ləğv olunmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 İddiaçı, Bakı şəhəri 17 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X30 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 231 nömrəli bağ sahəsinə dair 17 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-323 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 231 nömrəli bağ sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh3 adına aparılmış qeyd və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh3 birinci dərəcəli vərəsələrdən gizlin olaraq yalnız öz adına 231 nömrəli bağ sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Notarius tərəfindən də digər vərəsələr araşdırılmamışdır. Özü də şəhadətnamə onun qaynatasının ölümündən 15 il sonra verilmiş, hımin vaxt onlardan qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü olması və bərpa olunması tələb edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, 230 və 231 nömrəli bağ sahəsinə yerləşən, ümumi sahəsi 0.1541 ha olan torpaq sahəsindən 1983-cü ildən istifadə etmişdir. Notariusa müraciət edəın zaman ondan heç bir vərəsə haqqında sorusmamışlar. X2 babası ölməzdən öncə bağ sahəsini hədiyyə vermişdir. Hansı nömrəli bağ sahəsinin olmasını isə dəqiq bilmir. Onun ölümündən sonra da o, adına keçirmişdir. 231 nömrəli bağ sahəsini X18, digər bağ sahəsini isə Cəmilə xanıma satmışdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 nümayəndəsi, eyni zamanda vəkili Vəkil2izahatında qeyd etmişdir ki, bu günədək X10 vərəsələrinin heç biri qanun üzrə vərəsəliyi qəbul etməyib, heç biri də mirası faktiki qəbul etmək ilə bağlı mübahisə qaldırmayıb. Tərəflər arasında ümumi fikir olmayıb. Hər bir halda notarius ölmüş şəxsin neçə vərəsəsinin qaldığını müəyyən etməli idi. Cavabdeh3 qəsdən notariusdan digər vərəsələrin varlığını gizlətmişdir. Bununla da həm cavabdeh, həm də notarius qanunsuz hərəkət etmişlər. Tarix Əliyev yeganə vərəsədir ki, mübahisə gedən evdə qeydiyyatda olmuşdur. Cavabdeh3 da etiraf edir ki, digər vərəsələr bağ sahəsinə gəlibgetmişlər. Əgər əmlaka vərəsələrin haqqı olmasaydı, gediş-gəliş də olmazdı. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X26 və X14 mübahisəli məsələnin həlli qaydasını məhkəmənin mülahizəsinə təqdim etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan V-ЖГ-ИЕ seriyalı 434660 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Rənaxanım Mirqədir qızı ilə xx.xx.1991ci ildə nigaha daxil olmuşlar. İş materiallarına əlavə olunan notariat hərəkətlərinin aparılmasından imtina olunmasına dair xx.xx.2024-cü il tarixli Qərara əsasən müəyyən edilmişdir ki, İddiaçı sənədləri təqdim edərək mərhum X10 onun qaynatası xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X8 atası olmasını bildirmişdir. X4 qanun üzrə vərəsəliyi qəbul etmədən və vərəsəliyin qəbulu ilə əlaqədar ərizə vermədən xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı qaynatası olan X7 miras qalmış əmlaka dair vərəsələrin dairəsi müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi bildirilmişdir. Bundan əlavə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələblərinə əsasən müddətin buraxılması izah edilmişdir. İddiaçı tələbini dəyişməmişdir. Odur ki, vərəsəlik işi üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 dekabr 2003-cü ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında xx.xx.2004-cü ildə 21 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 04 fevral 2006-cı ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında xx.xx.2009-cu ildə 634 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunan 4 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 23 may 2017-ci ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında xx.xx.2017-ci ildə 1102 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 20,09 kv.m olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, 230 nömrəli fərdi yaşayış evi Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunan AN-1 ******* nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, nardaran 2 bağ massivi 230 ünvanında yerləşən, ümumi sahəsi 20.90 kv.m olan bağ evinin mülkiyyətində olan 0.05878 ha torpaq sahəsindən 0.04 boş torpaq sahəsini X11 mülkiyyətinı vermişdir. Qalan ümumi sahəsi 20.90 kv.m olan bağ evi və 0.0178 ha torpaq sahəsi isə satıcının mülkiyyətində qalmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0.1541 hektar olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 231 nömrəli bağ sahəsi X10 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 52 nömrəli məktuba əsasən, Bakı şəhəri 17 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 2V-323 reyestr nömrəli vərəsəlik işinin surıti məhkəməyə göndərilmişdir. Bundan əlavə X8 adına Bakı şəhəri 17 saylı Notariat Ofisində vərəsilik işinin açılmaması qeyd olunmuşdur. İş materiallarına əlavə olunan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, ümumi sahəsi 231 nömrəli bağ sahəsinə dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-323 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı ildə vəfat etmiş X10 vərəsəsi, xx.xx.2017-ci ildə vəfat etmiş oğlu X19 vərəsəsi Cavabdeh3 miras əmlakdan tam hissədə pay almalıdır. DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X17 verilmiş **********40 nömrəli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, ümumi sahəsi 231 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.1541 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə olunan AN-1 ******* nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 231 nömrəli bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1541 hektar olan torpaq sahəsini X1. İş materiallanda olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X30 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-36452/2025 14 avqust 2025 -ci il tarixli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 231 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.1541 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə mərhum X10 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 17 saylı notariat kontorunun 2V-323 reyestr nömrəli xx.xx.2021ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır . Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından, məhkəmə sorğusuna əsasən əldə edilmiş vərəsəlik işindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 230 və 231 nömrəli bağ sahələrinin mülkiyyətçisi X25 2006-cı ildə, sonuncunun övladı X20 isə 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının qaynatasının ölümündən sonra ondan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 20.9 ha olan 230 və ümumi sahəsi 0.1541 ha olan 231 nömrəli bağ sahələri miras qalmış, iddiaçı ərinin ölümündən sonra qaynatasından qalan miras əmlaklara dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmiş, lakin 17 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda X7 miras qalmış əmlaka dair vərəsələrin dairəsinin müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, həmçinin vərəsəliyin qəbul edilməsi müddətini buraxdığıma görə sözügedən sənədin verilməsindən imtina edilmişdir. Vərəsəlik işi ilə məlum olmuşdur ki, Cavabdeh3 digər vərəsələrdən gizlin olaraq 17 saylı notariat kontoruna müraciət etmiş (qayınatasının ölümündən 15 il keçmiş), digər vərəsələrin olmasını bildirməmiş, yalnız öz adına 231 nömrəli bağ sahəsinə tam hissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Həmin vərəsəlik işində olan sənədlərdən də görünür ki, digər vərəsənin olması faktı notariat kontorunda araşdırılmamış və yalnız Cavabdeh3 xx.xx.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Özü də həmin şəhadətnamə qayınatası öldükdən 15 (on beş) il sonra verilmiş, həmin vaxt onlardan qanunla müəyyən olunmuş müddətin ötürülməsinin üzrlü olması və bərpa edilməsi tələb olunmamışdır. Qeyd edilən vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh3 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin əldə olunmuş digər sənədlərdən məlum olmuşdur ki, Cavabdeh3 və oğlu Cavabdeh1 ümumi sahəsi 20.9 ha olan 230 nömrəli bağ sahəsinin 0.1902 ha hissəsinə ½ hissədə pay almalarına dair xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış, habelə Cavabdeh3 230 nömrəli bağ sahəsinin 0.0578 ha hissəsinə tam həcmdə pay almasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası DƏDRX 1 saylı ərazı idarəsindən əldə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, 230 nömrəli bağ sahəsi ilə bağlı Əliyev Vaqif sağlığında həmin bağ sahəsini bağışlamışdır. Hazırki halda 230 nömrəli bağ sahəsi mərhum Vaqif Əliyev öz sağlığında bağışladığından hazırda həmin bağ sahəsinə dair verilmiş şəhaətnamə vıə onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi 231 nömrəli bağ sahəsinə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Sovetinin Texniki İnvertarlaşdırma Bürosunun 231 nömrəli xx.xx.1978-ci il tarixli çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən evin ½ hissəsi X21 və ½ hissəsi X6 məxsus olmuşdur. Qeyd olunan ünvanda nikaha girərək hazırki İddiaçı gəlin gələrək, yaşamış və qaynatası X12 2006-cı il tarixdə ölümündən sonra da yaşamaqla əmlakı faktiki idarə etməklə mirası qəbul etmiş hesab edilir. Bu halı iş üzrə Cavabdeh3xanım Xeyrulla qızı da məhkəmə iclası zamanı izahatında qeyd olunan ünvanda yəni, Xanlar küçəsi 5 ünvanında yerləşən evdə İddiaçı yaşamış və həmin evin birinci mərtəbəsi onun həyat yoldaşı X21 məxsus olduğundan, hətta onun göstərilən evə buraxılmaması ilə bağlı İddiaçı qarşı Sabunçu Rayon Məhkəməsinin qətnaməsi əsasında Zərifəxanım Əliyevanın iddiası təmin edilərək, Xanlar küçəsi ev 5 ünvanından istifadə edilməsinə olunan maneələrin aradan qaldırılması barədə məhkəmə qətnaməsi mövcutdur bvə həmin qətnamədə bir daha təstiq olunur ki, Xanlar küçəsi 5 ünvanında olan miras əmlak İddiaçı tərəfindən qəbul edilərək onun istifadəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, miras açılarkən vərəsə kimi hazırki iş üzrə iddiaçıya məlumat verilmədiyindən mirasda digər vərəsə müəyyən hissədə pay aldığı halda, iddiaçı vərəsə kimi müəyyən edilmədiyindən pay almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə 231 nömrəli bağ sahəsinə dair Cavabdeh3xanım Xeyrulla qızının adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, İddiaçı qaynatası Əliyev Vaqifin sağlığından Bakı şəhəri Xanlar küçəsində yerləşən evdə yaşamış və Vaqifin ölümündən sonra da orada yaşamaqla əmlakı faktiki idarəçiliklə qəbul etmişdir. İşin araşdırılan hallarından göründüyü kimi müstəqil tələb irəli sürən X28 2006-cı il tarixdə atası X12 ölümündən sonra atasından qalan miras əmlakı nə notariat kontoruna ərizə verməklə nə də ondan miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etməsi barədə yheç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də, müstəqil tələb irəli sürməyən Mahirə və Ədilə məhkəmə araşdırması zamanı 1989-cu və 1992-ci il tarixlərədə nikaha girərək köçmüş və göstərilən bağ sahəsinə arabir gəlib getməklərini bildirmişdirlər. Məhkəmə həmçinin qeyd edir ki vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildikdən sonra 231 nömrəli bağ sahəsinə aid hissədə Cavabdeh3 1/2 hissə, İddiaçı ½ hissədə pay hüquqları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına, məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyə əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı vərəsəsi olduğundan, lakin miras əmlakının bölgüsü zamanı payı nəzərə alınmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla verildiyindən onun etibarsızlığı barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, 231 nömrəli bağ sahəsinə dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V- 323 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh3 adına aparılmış qeyd və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, 231 nömrəli bağ sahəsinə dair Cavabdeh3 ½ hissə və İddiaçı ½ hissədə pay hüquqları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2838/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2838/2025
23.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver