Məhkəmə qərarları › İş №e-2(008)-2847/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2847/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2847/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, 07.01.2019-cu il tarixli müqaviləsinə əsasən, Venus kamod, Venus markalı vitrin, Venus markalı masa, Venetsiya markalı mebel, Venetsiya markalı mebel, Violetta markalı mebel üçün 1735 (bir min yeddi yüz otuz beş) manat ödənilməmiş hissə, 173 (bir yüz yetmiş üç) manat cərimə; 11.01.2019-cu il tarixli müqaviləsinə əsasən 01228 kodlu mətbəx mebeli üçün 506 (beş yüz altı) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə; 02.05.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMAN XPrime markalı telefon üçün 22 (iyirmi iki) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə; 02.05.2019-cu il tarixli müqaviləsinə əsasən, PANASONİC markalı tozsoran üçün 189 (bir yüz səksən doqquz) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə; 24.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung galaxy A10 markalı telefon, Samsung A10 üçün case üçün 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə; 07.10.2019-cu il tarixli müqaviləsinə əsasən, X1 markalı telefon, İntaleo Case üçün case üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə 3272 (üç min iki yüz yetmiş iki) manat borc və 52.72 (əlli iki manat, yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.01.2019-cu il, 11.01.19-cu il, 02.05.2019-cu il, 02.05.2019-cu il, 24.07.2019-cu il və 07.10.2019-cu tarixli müqavilələrinə əsasən, Venus kamod, Venus markalı vitrin, Venus markalı masa, Venetsiya markalı mebel, Venetsiya markalı mebel, Violetta markalı mebel, 01228 kodlu mətbəx mebeli, HOFFMAN XPrime markalı telefon, PANASONİC markalı tozsoran, Samsung galaxy A10 markalı telefon, Samsung A10 üçün case və X1 markalı telefon, İntaleo Case üçün case almış və nəticədə 3272 (üç min iki yüz yetmiş iki) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3045 (üç min qırx beş) manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.01.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Venus kamod, Venus markalı vitrin, Venus markalı masa, Venetsiya markalı mebel, Venetsiya markalı mebel, Violetta markalı mebel, 11.01.2019-cu il tarixli müqavilə ilə 01228 kodlu mətbəx mebeli, 02.05.2019-cu il tarixli müqavilə ilə HOFFMAN XPrime markalı telefon, 02.05.2019-cu il tarixli müqavilə ilə PANASONİC markalı tozsoran, 24.07.2019-cu il tarixli müqavilə ilə Samsung galaxy A10 markalı telefon, Samsung A10 üçün case, 07.10.2019-cu il tarixli müqavilə ilə X1 markalı telefon, İntaleo Case üçün case almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş 15.03.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, 07.01.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 3480 manat olan Venus kamod, Venus markalı vitrin, Venus markalı masa, Venetsiya markalı mebel, Venetsiya markalı mebel, Violetta markalı mebel üçün, ödənilməmiş əsas borc 1735 (bir min yeddi yüz otuz beş) manat, cərimə borcu 173 (bir yüz yetmiş üç) manat; 11.01.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1104 (min yüz dörd) manat olan 01228 kodlu mətbəx mebeli üçün, ödənilməmiş əsas borc 506 (beş yüz altı) manat, cərimə borcu 50 (əlli) manat; 02.05.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 132 manat olan HOFFMAN XPrime markalı telefon üçün, ödənilməmiş əsas borc 22 (iyirmi iki) manat , cərimə borcu 2 (iki) manat; 02.05.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 378 manat olan PANASONİC markalı tozsoran üçün, ödənilməmiş əsas borc 189 (bir yüz səksən doqquz) manat, cərimə borcu 18 (on səkkiz) manat; 24.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 420 manat olan Samsung galaxy A10 markalı telefon, Samsung A10 üçün case üçün, ödənilməmiş əsas borc 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş hissə, cərimə borcu 27 (iyirmi yeddi) manat; 07.10.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 508 manat olan X1 markalı telefon, İntaleo Case üçün case üçün, ödənilməmiş əsas borc 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, cərimə borcu 25 (iyirmi beş) manat olmaqla cəmi 3272 (üç min iki yüz yetmiş iki) manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 3045 (üç min qırx beş) manat təşkil edir. -07.01.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Venus kamod, Venus markalı vitrin, Venus markalı masa, Venetsiya markalı mebel, Venetsiya markalı mebel, Violetta markalı mebelın aylıq ödəniş məbləği 145 manat; 11.01.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, 01228 kodlu mətbəx mebelinun aylıq ödənişi 46 manat; 02.05.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, HOFFMAN XPrime markalı telefonin aylıq ödənişi 11 manat; 02.05.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, PANASONİC markalı tozsoranın aylıq ödənişi 21 manat; 24.07.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung galaxy A10 markalı telefon, Samsung A10 üçün casın aylıq ödənişi 21 manat; 07.10.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, X1 markalı telefon, İntaleo Casın aylıq ödənişi 28 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 17.02.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh 07.01.2019, 11.01.2019, 02.05.2019, 02.05.2019, 24.07.2019 və 07.10.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 07.01.2019-cu il tarixli müqaviləyə əsasən 1735 (bir min yeddi yüz otuz beş) manat ödənilməmiş hissə borcu, 173 (bir yüz yetmiş üç) manat cərimə, 11.01.2019cu il tarixli müqaviləyə əsasən 506 (beş yüz altı)manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, 02.05.2019-cu il tarixli müqaviləyə əsasən 22 (iyirmi iki) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 02.05.2019-cu il tarixli müqaviləyə əsasən 189 (bir yüz səksən doqquz) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, 24.07.2019-cu il tarixli müqaviləyə əsasən 273 (iki yüz yetmiş üç) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə pulu, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən 252 (iki yüz əlli iki ) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə pulu olmaqla, cəmi 3272 (üç min iki yüz yetmiş iki) manat məbləğində pul və 52.72 (əlli iki manat, yetmiş iki qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar