Məhkəmə qərarları › İş №e-2(008)-2884/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2884/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2884/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SONY PLAYSTATİON-4 üçün 303.1 (üç yüz üç manat, on qəpik) manat ödənilməmiş hissə, 91 (dcxsan bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********04973 iPhone 11 markalı telefon üçün 960 (doqquz yüz altmış) manat ödənilməmiş hissə, 288 (iki yüz səksən səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 504 (beş yüz dörd) manat ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 532.2 (beş yüz otuz iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 159 (yüz əlli doqquz) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 285.5 (iki yüz səksən beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 85 səksən beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 128 (yüz iyirmi səkkiz) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 84.4 (səksən dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə. 84 (səksən dörd) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 128 (yüz iyirmi səkkiz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********59468 iPhone 12 Pro Max markalı telefon üçün 3801.6 (iiç min səkkiz yüz bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 1137.2 (min yüz otuz yeddi manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 10050 manat borc və 120.15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, SONY PLAYSTATİON-4, İMEİ Kodu **********04973 iPhone 11 markalı telefon, 7 ədəd Apple qulaqlıq, İMEİ Kodu **********59468 iPhone 12 Pro Max markalı telefon almış və nəticədə 10050 (on min əlli) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1368 (min üç yüz altmış səkkiz) manat (18 ay x 76 manat + 0 manat ilkin ödəniş) olan SONY PLAYSTATİON-4 üçün ümumilikdə, 394.1 (üç yüz doxsan dörd manat, on qəpik) manat olmaqla ondan 303.1 (üç yüz üç manat, on qəpik) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2880 (iki min səkkiz yüz səksən) manat (18 ay x 160 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********04973 iPhone 11 markalı telefonüçün ümumilikdə, 1248 (min iki yüz qırx səkkiz) manat olmaqla ondan 960 (doqquz yüz altmış) manat ödənilməmiş hissə, 288 (iki yüz səksən səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1008 (min səkkiz) manat (24 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan Apple qulaqlıq üçün ümumilikdə, 655 (altı yüz əlli beş) manat olmaqla ondan 504 (beş yüz dörd) manat ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 986.2 (doqquz yüz səksən altı manat, iyirmi qəpik) manat (24 ay x 41 manat + 2.2 manat ilkin ödəniş) olan Apple qulaqlıqüçün ümumilikdə, 691.2 (altı yüz doxsan bir manat, iyirmi qəpik) manat olmaqla ondan 532.2 (beş yüz otuz iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 159 (yüz əlli doqquz) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 528 (beş yüz iyirmi səkkiz) manat (24 ay x 22 manat + 0 manat ilkin ödəniş) olan Apple qulaqlıqüçün ümumilikdə, 370.5 (üç yüz yetmiş manat, əlli qəpik) manat olmaqla ondan 285.5 (iki yüz səksən beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 85 səksən beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (24 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan Apple qulaqlıqüçün ümumilikdə, 656 (altı yüz əlli altı) manat olmaqla ondan 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 128 (yüz iyirmi səkkiz) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 420.4 (dörd yüz iyirmi manat, qırx qəpik) manat (14 ay x 28.1 manat + 27 manat ilkin ödəniş) olan Apple qulaqlıq üçün ümumilikdə, 109.4 (yüz doqquz manat, qırx qəpik) manat olmaqla ondan 84.4 (səksən dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 2 manat ilkin ödəniş) olan Apple qulaqlıqüçün ümumilikdə, 364 (üç yüz altmış dörd) manat olmaqla ondan 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (24 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan Apple qulaqlıqüçün ümumilikdə, 623 (altı yüz iyirmi üç) manat olmaqla ondan 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 128 (yüz iyirmi səkkiz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3801.6 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat (12 ay x 316.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********59468 iPhone 12 Pro Max markalı telefonüçün ümumilikdə, 4938.8 (dörd min otuz səkkiz manat, səksən qəpik) manat olmaqla ondan 3801.6 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 1137.2 (min yüz otuz yeddi manat, iyirmi qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5432.4 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1368 manat Playstation sony 4 almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2880 (iki min səkkiz yüz səksən) olan İMEİ Kodu **********04973 iPhone 11 markalı telefon almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - İş materiallarında olan xx.xx.2019-cu il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1008 manat olan Apple qulaqlıq almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 986.2 manat olan Apple qulaqlıq almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 528 (manat olan Apple qulaqlıq almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 792 manat olan Apple qulaqlıq almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 420.4 manat olan Apple qulaqlıq almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür; İş materiallarında olan xx.xx.2020-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti manat olan Apple qulaqlıq almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 792 manat olan Apple qulaqlıq almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 3801.6 manat olan İMEİ Kodu **********59468 iPhone 12 Pro Max markalı telefon almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, SONY PLAYSTATİON- 4 üçün 303.1 (üç yüz üç manat, on qəpik) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********04973 iPhone 11 markalı telefon üçün 960 (doqquz yüz altmış) manat ödənilməmiş hissə, 288 (iki yüz səksən səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 504 (beş yüz dörd) manat ödənilməmiş hissə, 151 (bir yüz əlli bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 532.2 (beş yüz otuz iki manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 159 (yüz əlli doqquz) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 285.5 (iki yüz səksən beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 85 (səksən beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 128 (bir yüz iyirmi səkkiz) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 84.4 (səksən dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq üçün 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 128 (yüz iyirmi səkkiz) manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********59468 iPhone 12 Pro Max markalı telefon üçün 3801.6 (iiç min səkkiz yüz bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 1137.2 (min yüz otuz yeddi manat, iyirmi qəpik) manat dəbbə pulu olmaqla cəmi borcu 10050 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019- cu il, xx.xx.2019- cu il, xx.xx.2020- ci il, xx.xx.2020- ci il, xx.xx.2020- ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2019- cu il tarixli müqaviləyə əsasən 10 (оn) manat dəbbə pulu, xx.xx.2019- cu il tarixli müqaviləyə əsasən 10 (оn) manat dəbbə pulu, xx.xx.2019- cu il tarixli müqaviləyə əsasən 10 (оn) manat dəbbə pulu, xx.xx.2019-cу il tarixli müqaviləyə əsasən 10 (оn) manat dəbbə pulu, xx.xx.2020- ci il tarixli müqaviləyə əsasən 10 (оn) manat dəbbə pulu, xx.xx.2020- ci il tarixli müqaviləyə əsasən 50 (əlli) manat dəbbə pulu, xx.xx.2020- ci il tarixli müqaviləyə əsasən 10 (оn) manat dəbbə pulu, xx.xx.2020- ci il tarixli müqaviləyə əsasən 10 (оn) manat dəbbə pulu, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən 50 (əlli) manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 100 (yüz) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi 100 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 303.1 (üç yüz üç manat, on qəpik) manat ödənilməmiş hissə, 10 (on ) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 960 (doqquz yüz altmış) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 504 (beş yüz dörd) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 532.2(beş yüz otuz iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 285.5 (iki yüz səksən beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 84.4 (səksən dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 495 (dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3801.6 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu olmaqla cəmi 8043.8 (səkkiz min qırx üç manat, səksən qəpik) manat pulun və 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar