Məhkəmə qərarları › İş №e-2(008)-2887/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2887/2025

12.03.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2887/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi ″mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi″ barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 onunla hər həftənin şənbə günü saat 12:00-dan 17:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb, ünsiyyət saxlaması barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/02511 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6101/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə, Maraqlı şəxs ilə Ərizəçi arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 2977 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2018-ci il tarixli nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 anaları Maraqlı şəxs himayəsində saxlanılması qət olunmuşdur. xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/02511 nömrəli barışıq sazişinə əsasən Ərizəçi ilə, Maraqlı şəxs arasında uşaqla ünsiyyət tələbi ilə bağlı barışıq sazişi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi vəkil Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə ərizəçi və onun nümayəndəsinin izahatını dinləyərək, ərizəni və barışıq sazişini nəzərdən keçirdərək hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/02511 nömrəli Barışıq sazişindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X5 ataları Ərizəçi ilə hər həftənin şənbə günü saat 12:00-dan 17:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına, Maraqlı şəxs tərəfindən maneə olmayacağı barədə öhdəlik götürmüşdür. ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə görə, ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. 50.2-ci maddəsinə görə, valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3-cü maddəsinə əsasən, valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə, Maraqlı şəxs arasında bağlınmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri təsdiq edilsin: xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X5 ataları Ərizəçi ilə hər həftənin şənbə günü saat 12:00-dan 17:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına Maraqlı şəxs tərəfindən maneə olmayacağı barədə öhdəlik götürür. Tərəflər barışıq sazişin şərtlərindən irəli gələn öhdəlikləri icra etməkdən imtina edərsə, həmin şərtlər məcburi qaydada icra etdirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar