Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2893/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı kirayə haqqının 1/3 hissəsinin ödənilməsi vəzifəsini cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı kirayə haqqının 1/3 hissəsinin ödənilməsi vəzifəsini cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2021-ci il tarixdən başlayaraq təmirli mənzil verildiyi günədək müvəqqəti kirayə mənzildə yerləşmələri üçün verilən aylıq 400 manat kirayə haqqının 1/3 hissəsinin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi vəzifəsini cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı 9 saylı mənzilə məhkəmə qətnaməsi əsasında iddiaçıların hüquqları tanınınmışdır. Bundan sonra mənzildən istifadə,qaydaları müəyyən edilərək, kommunal xidmətlər ümumi istifadə saxlanılmaqla sahəsi 19,96 kv.m olan otaq iddiaçıların istifadəsinə verilmişdir. 18 sentyabr 2021-ci il tarixdə cababdeh Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə digər Cavabdeh1 arasında 2 saylı əvəzləmə müqaviləsi bağlanılaraq binanın söküntüsünə qərar verilmişdir. Mənzilin mülkiyyətçisi Cavabdeh1 binanın tikintisi tam başa çatana və təmirli mənzil verildiyi günədək aktla müəyyən edilən məbləğdə hər ay 400 (dörd yüz) manat məbləğində sabit kirayə haqqı ödənilir. Lakin, yaşayış sahəsindən istifadə hüququ olan iddiaçıların hüqüqları cavabdehlər tərəfindən pozularaq köçürülmüş kirayə haqqından onlara ödənilmir. Hazırda iş üzrə Cavabdeh1 ilə iddiaçıların münasibətləri tam olaraq pozulmuş şəkildədir. Şirkətin yalnız Cavabdeh1 kirayə pulu ödəməsi iddiaçların hüquqlarızını kobud şəkildə pozur. Cavabdeh1 kirayə haqqından onlara vermir. Müqavilədə qeyd olunur ki, kirayə haqqından yaşayış sahəsindən istifadə hüququ olan şəxslərin hüquqları pozulmamaq şərtilə məqsədəmüvafiq qaydada istifadə olunmalıdır. Cavabdeh1 isə hesabına köçürülən 400 (dörd yüz) manat pulun hamısını özü üçün istifadə edir. 2 saylı əvəzlənmə müqaviləsinin 2.2.9-cu bəndində əsasən hazırki müqavilənin 1.4-ci bəndi ilə müəyyən olunmuş qaydada, təhvil verdiyi yaşayış sahəsinə görə “İİ Tərəf’ in köçürdüyü kirayə haqqından yaşayış sahəsindən istifadə hüququ olan şəxslərin hüquqlarını pozmamaq şərtilə məqsədəmüvafiq qaydada istifadə etmək huquququ izah olunmuşdur, 1.4-bəndində qeyd olunur ki, tərəflər razılaşır ki, “İİ Tərəf “Yaşayış sahəsi tam təmirli təhvil təhvil verilənədək “İ Tərəfin təqdim etdiyi bank hesabına hər ay hazırki Müqaviləyə əlavə hesab edilən Razılaşdirma Protokolu və ya Aktla müəyyən edilən məbləğdə sabit kirayə haqqını köçürmə yolu ilə ödəyəcəkdir. Kirayə haqqının ödənilməsi tərəflər arasında yaşayış sahəsinin təhvil verilməsinə dair təhviltəslim aktı təsdiqlənənədək davam edəcəkdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçılar 18 sentyabr 2021-ci il tarixdən başlayaraq təmirli mənzil verildiyi günədək müvəqqəti kirayə mənzildə yerləşmələri üçün verilən aylıq 400 manat kirayə haqqının 1/3 hissəsinin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi vəzifəsini cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 da iddia ərizəsini müdaafiə edərək, 18 sentyabr 2021-ci il tarixdən başlayaraq təmirli mənzil verildiyi günədək müvəqqəti kirayə mənzildə yerləşilməsi üçün verilən aylıq 400 manat kirayə haqqının 1/3 hissəsinin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1n idddiaçıların iddia ərizəsində göstərdikləri ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçılar sökülən evdə rəsmi qeydiyytda olsalarda, onlar 20 il ərzində həmin evdə yaşamamışlar. Hazırda sökülən evə görə ona verilən 400 manat kira haqqından o iddiaçılara versə, o kirayə pulunu ödəyə bilməyəcəklər. Ancaq iddiaçıların gəlib hazırda kirayədə yaşadığı evdə onunla birgə yaşamsına etirazı yoxdur. Eyni zamanda Cavabdeh1 etiraz ərizəsini məhkəməyə təqdim edərək qeyd etmişdir ki, İddiaçı1 ilə xx.xx.1995-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1996-cı ildə İddiaçı2 adlı qızları anadan olubdur. İddiaçı1 ilə olan nikahları 1998-ci ildə məhkəmə tərəfindən pozulmuşdur. Nikah pozulandan sonra iddiaçılar istifadələrində olan bir otaqda yaşamayıb mənzildən köçüb getmişdilər. İddiaçılar iyirmi ildən çoxdur ona məxsus həmin mənzildə yaşamırlar. Onlar başqa ünvanda özlərinə məxsus evdə yaşayırlar. Bakı şəhəri, Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi,20 saylı evin 9 saylı üç otaqlı mənzil mənzil cavabdehin tam mülkiyyəti olduğu üçün mənzilin əvəzinə yeni mənzil verilənədək hər ay kirayə haqqı olaraq 400 manat pul ona ödənilir. Həmin pulla o mülkiyyətində olan mənzilin yerləşdiyi yaşayış məntəqəsində iki otaqlı mənzil kirayə tutmuşdur. Kirayə tutduğu mənzilin böyük otağını iddiaçıların istifadə etməsi üçün ayırmışdır. Ayırdiğı otaq mənzilin vaxtı ilə idiaçıların istifadələrində olmuş bir otağından böyük olmaqla əla təmirlidir. İddiaçılar iyirmi idən çox müddətdirki ona məxsus mənzildə yaşamayıblar. Mülkiyyəti olan mənzil sökülənədək iddiaçılar mənzilə köçüb yaşamaları ilə bağlı heç bir cəhd etməyiblər.Sökülmüş mənzilin əvəzinə başqa mənzil kirayələyib yaşamağı üçün hər ay 400 manat kirayə pulu ödənildiyini eşidən kimi iddiaçılar cavabdehə qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların köçüb onlar üçün cavabdehin ayırdığı otaqda yaşamayıb, kirayə pulunun bir hissəsini tələb etmələri özlüyündə onların əsas məqsədlərinin pul olduğunu göstərir.İddiaçıların tələb etdiyi həmin kirayə haqqı isə onun mülkiyyəti olan mənzildə yaşaya bilməməyinin müvəqqəti əvəzləşdirilməsidir. Bununla bağlı Cavabdeh2 Mənzil Tikinti Kooperativi Cavabdeh1nla müqavilə bağlamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddiaçılar İddiaçı1 və İddiaçı2 "kirayə haqqının 1/3 hissəsinin ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə" iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 Mənzil Tikinti Kooperativinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə digər cavabdeh Əfəndilər” Mənzil Tikinti Kooperativinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 Mənzil Tikinti Kooperativi məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddia tələbinin Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı olan hissəsində təmin edilməməsini məhkədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı arayışın surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 və X1 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Əfəndilər” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2 saylı çoxmənzilli yaşayış binasında yaşayış sahəsinin əvəzləmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd olunur ki, “Bu Müqavilə üzrə “İ Tərəf’ (Cavabdeh1) AR.ƏMDX yanında DƏDRX tərəfindən xx.xx.2021 -ci il tarixində verilmiş **********98-05101 093013 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxus ünvan 4 ünvanında yerləşən yerləşən 9 № -11, ümumi sahəsi 59.11 kv.m yaşayış sahəsini “İİ Tərəf’-ə (Cavabdeh2 Mənzil Tikinti Kooperati) təhvil verməyi, “İİ Tərəf’ (Cavabdeh2 Mənzil Tikinti Kooperati) isə həmin yaşayış sahəsinin müqabilində Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan yaşayış sahəsini “1 Tərəfə (Cavabdeh1) təqdim elməyi öhdəsin” Həmin müqavilənin 1.4-ci bəndində qeyd olunur ki, “İİ Tərəf “Yaşayış sahəsi tam təmirli təhvil təhvil verilənədək “İ Tərəfin təqdim etdiyi bank hesabına hər ay hazırki Müqaviləyə əlavə hesab edilən Razılaşdirma Protokolu və ya Aktla müəyyən edilən məbləğdə sabit kirayə haqqını köçürmə yolu ilə ödəyəcəkdir. Kirayə haqqının ödənilməsi tərəflər arasında yaşayış sahəsinin təhvil verilməsinə dair təhvil-təslim aktı təsdiqlənənədək davam edəcəkdir. “İ Tərəf’ qəsdən təhvil-təslim aktını təsdiqlətməməsi kirayə haqqı ödənişinin dayandırılması üçün əsasdır. İş materillarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 20 saylı evin 9 saylı mənzili Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Sabunçu Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 5 ünvanındakı sahəsi 19,96 kv.m olan otaqdan İddiaçı1 bir uşağı ilə cistifadə qaydası müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ ЖГ 331083 saylı boşanma haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış nikah 05 yanvar 1999-cu ildə pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4212/2020 saylı, xx.xx.2010-cu il tarixli məhkəmə qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 mənzildən istifadə hüququqlarının olmaması barədə iddiası təmin olunmamışdır. Həmçinin mülki il materiallarına əlavə olunmuş İddiaçı1 müxtəlif məzmunlu ərizələrindən görünür ki, ünvan 5 saylı mənzilində yaşamır, lakin həmin mənzilə köçürülmək üçün müraiətlər edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 150.1-ci maddəsinə görə Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə görə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında rəsmi qeydiyyatdadılar və məhkəmənin qətnaməsi ilə həmin evdən istifadə qaydaları müəyyən edilib. Hazırkı mülki işdən məlum olur ki, həmin mənzil sökülmüşdür və məhz bu əsasla da cavabdehlər arasında mənzilə dair əvəzlənmə müqaviləsi bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nəqdər ki, iddiaçıların rəsmi qeydiyyatda olan daşınmaz əmlak hazırda mövcud deyil, mövcud olmayan daşınmaz əmlak üzrə də tərəflər sahiblik, istifadə hüquqlarını saxlaya bilməz və bu hüquqlardan irəli gələn hər hansı tələb irəli sürə bilməzlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı kirayə haqqının 1/3 hissəsinin ödənilməsi vəzifəsini cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2893/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2893/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver