Məhkəmə qərarları › İş №e-2(008)-2902/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2902/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2902/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********20604 və İmei kodu **********20246 olan 2 ədəd XİAOMİ REDM1 NOTE 8 markalı telefon üçün 929 (doqquz yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 279 (iki yüz yetmiş doqquz) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, DECT GİGASET üçün 49.6 (qırx doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 14.4 (on dörd manat, q;rx qəpik) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ASPİRATOR HOFFMANN üçün 401.6 (dörd yüz bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 117.4 (yüz on yeddi manat, qırx qəpik) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********07632 XİAOMİ REDMİ 8A markalı telefon üçün 258.8 (iki yüz əlli səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 120.2 (yüz iyirmi manat, iyirmi qəpik) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********18624 X5 markalı telefon, X7 üçün 96.3 (doxsan altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, 27.7 (iyirmi yeddi manat, yetmiş qəpik) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 0120 kodlu mebel üçün 1603 (bir min altı yüz üç) manat ödənilməmiş hissə, 478 (dörd yüz yetmiş səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED TV üçün 649.4 (altı yüz qırx doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 194.6 (yüz doxsan dörd manat, altmış qəpik) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********15392 X8 10 PRO markalı telefon üçün 1691 (bir min altı yüz doxsan bir) manat ödənilməmiş hissə, 500 (beş yüz) manat dəbbə; ümumilikdə 7410 manat borc, 94.1 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsııliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, “ABC TELECOM“ MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********20604 və İmei kodu **********20246 olan 2 ədəd XİAOM1 REDMİ NOTE 8 markalı telefon, DECT GİGASET, ASPİRATOR HOFFMANN, İmei kodu **********07632 XİAOMİ REDMİ 8A markalı telefon, X4, 0120 kodlu mebel, HOFFMANN LED TV, İmei kodu **********15392 XİAOMİ Ml NOTE 10 PRO markalı teleton almış və nəticədə 7410 (yeddi min dörd yüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1240 (bir min iki yüz qırx) manat (20 ay x 02 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********20604 və İmei kodu **********20246 olan 2 ədəd XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün, ümumilikdə 1208 (bir min iki yüz səkkiz) manat olmaqla ondan 929 (doqquz yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 279 (iki yüz yetmiş doqquz) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 74.4 (yetmiş dörd manat, qırx qəpik) manat (12 ay x 6.2 manat + 0 manat ilkin ödəniş) olan DECT GİGASET üçün ümumilikdə, 64 (altmış dörd) manat olmaqla ondan, 49.6 (qırx doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 14.4 (on dörd manat, qırx qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 484.2 (dördyiiz səksən dörd manat, İyirmi qəpik) manat (18 ay x 26.9 manat + 0 manat ilkin ödəniş) olan ASPİRATOR HOFFMANN üçün ümumilikdə, 519 (beş yüz on doqquz) manat olmaqla ondan. 401.6 (dörd yüz bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 117.4 (yüz on yeddi manat, qırx qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 304.8 (üç yüz dörd manat, səksən qəpik) manat (12 ay x 25.4 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********07632 XİAOMİ REDMİ 8A markalı telefon üçün, ümumilikdə 379 (üç yüz yetmiş doqquz) manat olmaqla ondan, 258.8 (iki yüz aili səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 120.2 (yüz iyirmi manat, iyirmi qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 345 (üçyüz qırx beş) manat (15 ay x 23 manat + U manat ilkin ödəniş) olan İmei kodu **********18624 X6 markalı telefon, X7 üçün ümumilikdə 124 (yüz iyirmi dörd) manat olmaqla ondan, 96.3 (doxsan altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, 27.7 (iyirmi yeddi manat, yetmiş qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1826.4 (bir min səkkiz yüz iyirmi altı manat, qırx qəpik) manat (24 ay x 76.1 manat * 0 manat ilkin ödəniş) olan 0120 kodlu mebel üçün ümumilikdə, 2081 (iki min səksən bir) manat olmaqla ondan, 1603 (bir min altı yüz üç) manat ödənilməmiş hissə, 478 (dörd yüz yetmiş səkkiz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1200 (bir min iki yüz) manat (24 ay x 50 manat 0 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə, 844 (səkkiz yüz qırx dörd) manat olmaqla ondan, 649.4 (altı yüz qırx doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 194.6 (yüz doxsan dörd manat, altmış qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1843.2 (bir min səkkiz yiiz qırx üç manat, iyirmi qəpik) manat (18 ay x 98.4 manat + 72 manat ilkin ödəniş) olan İmei kodu **********15392 XİAOM1 Mİ NOTE 10 PRO markalı telefon üçün ümumilikdə, 2491 (iki min yüz doxsan bir) manat olmaqla ondan, 1691 (bir min altı yüz doxsan bir) manat ödənilməmiş hissə, 500 (beş yüz) manat dəbbə; Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilələri üzrə son ödəniş tarixləri müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il olmaqla cəmi ödədiyi məbləğ 5678.7 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki. cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər, tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi qəbul etdiyini, borcunun ona məxsus olduğunu, ödənişlər edə bilmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd Xiaomi Redmi 8 4/64 GB telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən DECT Gigaset telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Aspirator Hoffman almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Redmi 8A markalı telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A 11 telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən 0120 kodlu mebel almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Hoffman Led TV almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Xiaomi Note 10 Pro almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1240 manat olan 2 ədəd Xiaomi Redmi 8 4/64 GB üçün ödənilməmiş əsas borcu 929 manat, dəbbə borcu 279 manat olmaqla, ümumi ödənilməmiş borcu 1208 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqısatqı qiyməti 74.4 manat olan DECT Gigagset üçün ödənilməmiş əsas borcu 49.6 manat, dəbbə borcu 14.4 manat olmaqla, ümumi ödənilməmiş borcu 64 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 484.2 manat olan Aspirator Hoffman üçün ödənilməmiş əsas borcu 401.6 manat, dəbbə borcu 117.4 manat olmaqla, ümumi ödənilməmiş borcu 518 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 304.8 manat olan Xiaomi Redmi 8 A üçün ödənilməmiş əsas borcu 258.8 manat, dəbbə borcu 120.2 manat olmaqla, ümumi ödənilməmiş borcu 379 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 345 manat olan X4 üçün ödənilməmiş əsas borcu 248.7 manat, dəbbə borcu 96.3 manat olmaqla, ümumi ödənilməmiş borcu 124 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1826.4 manat olan 0120 kodlu mebel üçün ödənilməmiş əsas borcu 1603 manat, dəbbə borcu 178 manat olmaqla, ümumi ödənilməmiş borcu 2081 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1200 manat olan Hoffman Led TV üçün ödənilməmiş əsas borcu 649.4 manat, dəbbə borcu 194.6 manat olmaqla, ümumi ödənilməmiş borcu 844 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1843.2 manat olan X8 10 Pro üçün ödənilməmiş əsas borcu 1691 manat, dəbbə borcu 500 manat olmaqla, ümumi ödənilməmiş borcu 2191 manat, ümumilikdə 7410 manat təşkil edir; -xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 62 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 6.2 manat təşkil edir. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 26.9 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 25.4 manat təşkil edir. -xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 23 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 76.1 manat təşkil edir. -xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 50 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 98.4 manat təşkil edir. -"xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2019-cu il tarixlii, xx.xx.2020-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh ödənilməmiş hissə tam tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 90 manat məbləğində dəbbə,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 4 manat, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən 10 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 20 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 9 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 100 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 10 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 100 manat tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 94.18 manat dövlət rüsumunun əvəzi qismən, yəni 80.22 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 929 (doqquz yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, xx.xx.2020-ci il ci il tarixli müqaviləyə əsasən 49.6 (qırx doqquz manat, altmış qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 401.6 (dörd yüz bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 258.8 (iki yüz əlli səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 96.3 (doxsan altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, 09 (doqquz) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1603 (bir min altı yüz üç) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 649.4 (altı yüz qırx doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1691 (bir min altı yüz doxsan bir) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, cəmi 6021.7 (altı min iyirmi bir manat yetmiş qəpik) manat borcun və 80.22 manat ödənilmiş dövlət rüsumu tutularaq “ABC TELECOM" Məhdud Məsıılivyəili Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar