Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-294/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "Neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsinə" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı "SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.6-ci km-də, 39 T 0409280; ******* nömrəli koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar, kəmərdən təqribən 15 metr aralı məsafədə,neft boru kəmərinin mühafizə zonasında ünvan 1ünvanında cavadeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, hasarın üzərində hörgü işləri və sütun tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu- Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.6-ci km-də, 39 T 0409280; ******* nömrəli koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar, kəmərdən təqribən 15 metr aralı məsafədə,neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında cavadeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar, hasarın üzərində hörgü işləri və sütun tikilisi faktları aşkar edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, mühafizə zonasında tikilmiş qanunsuz tikililərin sökülməsi Nazirlər Kabinetinin qərarıdır. Mübahisəli ev boru kəmərinin yaxınlığındadır. Həmin borunun partlama təhlükəsi mövcuddur. Cavabdeh tərəfindən evdə təmir işləri aparıldığı üçün iddia ərizəsi ilə müraciət edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus neft məhsulu nəql olunan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.6-ci km-də, 39 T 0409280; ******* nömrəli koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar, kəmərdən təqribən 15 metr aralı məsafədə,neft boru kəmərinin mühafizə zonasında cavadeh Cavabdeh tərəfindən ev inşa edilmişdir. Həmin ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. İxrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə "Mühafizə Zonası"na aid edilir. "Mühafizə Zonası" ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. "Mühafizə Zonası"nda Azərbaycan Respublikasının Energetika Nazirliyininvə Strateji Obyektlərin X3 rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. Təqdim edilmiş mübahisəli evin ətafında olan yaşayış evlərinin sökülməsi barədə məhkəməyə verilmiş iddia ərizələrin siyahısından müəyyən etmək olur ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində olan neft boru kəmərlərinin 50 metrdən az yaxınlığında yerləşən evlərin sökülmələrinə dair iddia ərizələri təmin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı qaravul rəisi X7, mühafizəçilər X6 ve X5 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli "Akt"dan görünür ki, 09 05.2023-cu ıl tarixdə 2 nömrəli qarovulun 1-rj iş nnvhəsində saat 16.20-də 15-16 saylı postların ərazisində (Sabunçu rayonu Elşən Mehdiyev küçəsi) Sabunçu-Böyükşor DS-200 mm-lık yerustU neft kəmərinin 0 6-cı km-də, 39 T ******* 44/7946 nömrəli koordinat uzrə 2-ci sırada kəmərə perpendikulyar, kəmərdən təqnbən 15 metr aral' məsafədə köhnədən inşa edilmiş hasarlanmış, içərisində yaşayış olan evin qarşısında mövcud hasarın üzərmdə 5 metr uzunluğunda və 2 mişar daşı hündürlüyündə yeni horgü işlərinin aparılması və çardaq məqsədilə nəzərdə tutulmuş 4 ədəd sütun inşa edilməsi aşkar edildi Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu özünü ev sahibəsi kımı təqdim edən Cavabdeh izah edilərək görülən ışın dayandırılması həmçinin sökülməsi tələb edildi lakin o mövcud hasarın üzərində aparılan sütunları söksədə əlavə aparılan hörgünü sökməkdən imtina etdi Qeyd olunanlarla əlaqədar həmin şəxsə gorulər, işlərə həmçinin əlavə şlərın aparılmamasınə dair yazılı xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, Sabunçu rayonu Elşən Mehdiyev küçəsinin SOCAR-ın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus, hazırda istismarda olan neft məhsulları daşınan kəmərlərin mühafizə zonasına düşdüyü cavabdehə yazılı xəbərdarlıq edilmiş və sonuncu xəbərdarlığı imzalamışdır. İşdə olan 21 iyun 2024-cü il tarixli 3-21-330/2-22996/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, qərardadda qeyd olunan koordinatlarda 2-ci sırada kəmərə perpendikulyar, kəmərdən təqribən 15 metr məsafədə, neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən yaşayış evi, köməkçi tikililər və hasar inşa edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş sahə tam şəkildə neft kəmərinin mühafizə zonasında yerləşir. Sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Qərardadda qeyd olunan koordinatlarda 2-ci sırada kəmərə perpendikulyar, kəmərdən təqribən 15 metr məsafədə, neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən yaşayış evi, köməkçi tikililər və hasar inşa edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş sahə tam şəkildə neft kəmərinin mühafizə zonasında yerləşir. Sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsində deyilir ki, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndində göstərilir ki, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə mühafizə zonası müəyyənləşdirir və ixrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Sadalanan normalarının birgə təhlilindən görünür ki, magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətindədir. Əhalinin təhlükəsizliyinin təmin olunması və neft boru kəmərlərinin istismarına lazımi şəraitin yaradılması üçün onların ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi ilə məhdudlaşdırılır. Hazırkı işdə görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin "Mühafizə zonası"nın 30 metrliyində fərdi yaşayış evi tikilmişdir. Məhkəmə hesab edir ki, sözügedən tikili xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, həmçinin sadalanan normalarının tələblərini pozularaq inşa edildiyindən və neft kəmərinə qulluq, o cümlədən istismar edilməsinə maneçilik yaratmaqla iddiaçının maraqlarına toxunduğundan, iddia təmin edilməli və həmin ev özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən ********* nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə həmin məbləğ cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçına məxsus neft məhsulu nəql olunan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.6-ci km-də, 39 T 0409280; ******* nömrəli koordinat üzrə, 2-ci sırada kəmərə perpendikulyar, kəmərdən təqribən 15 metr aralı məsafədə,neft boru kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülsün. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №e-2(008)-294/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-294/2024
11.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver