Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3040/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020 il tarixli müqaviləsinə əsasən Soyuducu Samsung üçün 433 (dörd yüz otuz üç) manat ödənilməmiş hissə, 43 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Soyuducu Bosch üçün 1015.2 (min on beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 101.8 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, MİTSUBİSHİ markalı kondisioner üçün 1107.6 (min yüz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 110.4 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75749 Xiaomi Redmi 8 markalı telefon üçün 239.4 ( iki yüz otuz doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 23.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı televizor üçün 1557 (min beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 155 manat cərimə olmaqla, ümumilikdə 4786 (dörd min yeddi yüz səksən altı) manat borc və 67.86 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020 il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən, Soyuducu Samsung, Soyuducu Bosch, MİTSUBİSHİ markalı kondisioner, İMEİ kodu **********75749 Xiaomi Redmi 8 markalı telefon, Samsung markalı televizor almış və nəticədə 4786 (dörd min yeddi yüz səksən altı) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2763 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2020 il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Soyuducu Samsung, xx.xx.2020-ci il tarixli müqavilə ilə Soyuducu Bosch, xx.xx.2020-ci il tarixli müqavilə ilə MİTSUBİSHİ markalı kondisioner, xx.xx.2020-ci il tarixli müqavilə ilə İMEİ kodu **********75749 Xiaomi Redmi 8 markalı telefon və xx.xx.2020-ci il tarixli müqavilə ilə Samsung markalı televizor almış və onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020 il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 1728 manat olan Soyuducu Samsung üçün cəmi ödənilən məbləğ 1295 manat, ödənilməmiş əsas borc 433 (dörd yüz otuz üç) manat, cərimə borcu 43 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 476 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1522.8 manat olan Soyuducu Bosch üçün cəmi ödənilən məbləğ 507.6 manat, ödənilməmiş əsas borc 1015.2 (min on beş manat iyirmi qəpik) manat, cərimə borcu 101.8 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1117 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 1533.6 manat olan MİTSUBİSHİ markalı kondisioner üçün cəmi ödənilən məbləğ 426 manat, ödənilməmiş əsas borc 1107.6 (min yüz yeddi manat altmış qəpik) manat, cərimə borcu 110.4 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1218 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 410.4 manat olan İMEİ kodu **********75749 Xiaomi Redmi 8 markalı telefon üçün cəmi ödənilən məbləğ 171 manat, ödənilməmiş əsas borc 239.4 ( iki yüz otuz doqquz manat qırx qəpik) manat, cərimə borcu 23.6 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 263 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 1920.4 manat olan Samsung markalı televizor üçün cəmi ödənilən məbləğ 363.4 manat, ödənilməmiş əsas borc 1557 (min beş yüz əlli yeddi) manat, cərimə borcu 155 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 4786 (dörd min yeddi yüz səksən altı) manat təşkil edir. -xx.xx.2020 il tarixli ödəniş cədvəlindən görünür ki, Soyuducu Samsungnin aylıq ödəniş məbləği 144 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Soyuducu Boschun aylıq ödənişi 84.6 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, MİTSUBİSHİ markalı kondisioner un aylıq ödənişi 85.2 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********75749 Xiaomi Redmi 8 markalı telefonin aylıq ödənişi 34.2 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung markalı televizorun aylıq ödənişi 103.8 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-cu il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Göründüyü kimi, Cavabdeh xx.xx.2020 il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020 il tarixli müqaviləyə əsasən 433 (dörd yüz otuz üç) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1015.2 (bir min on beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 101 (bir yüz bir) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1107.6 (bir min bir yüz yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 110.4 (bir yüz on manat, qırx qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 239.4 (iki yüz otuz doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1557 (bir min beş yüz əlli yeddi) manat ödənilməmiş hissə, 155 (bir yüz əlli beş) manat cərimə borcu olmaqla, cəmi 4786 (dörd min yeddi yüz səksən altı) manat məbləğində pul və 67.86 (altmış yeddi manat, səksən altı qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəfərli Nilufər
Məhkəmə qərarları › İş №e-2(008)-3040/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3040/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver