Məhkəmə qərarları › İş №e-2(008)-3065/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3065/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3065/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İmei kod SDLXXQ7NQKD6J İPAD PRO markalı planşet, CHARGER, TYPE-C CABL üçün 1306.74 (bir min üçyüz altı manat yetmiş dörd qəpik ) manat ödənilməmiş hissə, 130.26 (yüz otuz manat iyirmi altı qəpik ) cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, HP kompüter, PANASONİC ev telefonu, NEVRESİM TAKİMİ - TEKSTİL, YASTİK KİLİFİ üçün 1209.8 (bir min iki yüz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 120.2 (yüz iyirmi manat iyirmi qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, NADO - YUMSAQ - 3 YERLİ, 2 ədəd NADO - YUMSAQ - 1 YERLİ, 2 ədəd BALİS – YUMSAüçQün, 644.7 (altı yüz qırx dörd manat yetmiş qəpik ) manat ödənilməmiş hissə, 64.3 (altmış dörd manat otuz qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, PLAYSTATİON-4 SONY üçün 408.16 (dörd yüz səkkiz manat on altı qəpik ) manat ödənilməmiş hissə, 40.84 (qırx manat səksən dörd qəpik) manat cərimə, xx.xx.2020-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən LOFT - GENC - CARPAYİ , LOFT - GENC - TUMBA, DOSHEK URETA üçün, 341.11 (üç yüz qırx bir manat on bir qəpik ) manat ödənilməmiş hissə, 34.89 (otuz dörd manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2020-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, SOFT - YUMSAQ - 3 YERLİ, PUFİK üçün 319.4 (üç yüz on doqquz manat qırx qəpik ) manat ödənilməmiş hissə, 31.6 (otuz bir manat altmış qəpik) manat cərimə borcu olmaqla cəmi 4652 manat borc, 66.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kod SDLXXQ7NQKD6J İPAD PRO markalı planşet, CHARGER, TYPE-C CABLE, HP kompüter, PANASONİC ev telefonu, NEVRESİM TAKİMİ - TEKSTİL, YASTİK KİLİFİ, NADO - YUMSAQ - 3 YERLİ, 2 ədəd NADO - YUMSAQ - 1 YERLİ, 2 ədəd BALİS – YUMSAQ, PLAYSTATİON-4 SONY, LOFT - GENC - CARPAYİ , LOFT - GENC - TUMBA, DOSHEK URETAN, SOFT - YUMSAQ - 3 YERLİ, PUFüİKçün 4652 (dörd min altı yüz əlli iki) manat borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 2210.12 (iki min iki yüz on manat on iki qəpik) manat (21 ay x 100.46 manat + 100.46 manat ilkin ödəniş) olan İmei kod SDLXXQ7NQKD6J İPAD PRO markalı planşet, CHARGER, TYPE-C CABüçLüEn ümumilikdə, 1437 (bir min dörd yüz otuz yeddi) manat olmaqla ondan, 1306.74 (bir min üçyüz altı manat yetmiş dörd qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 130.26 (yüz otuz manat iyirmi altı qəpik ) cərimə xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 2017.4 (iki min on yeddi manat qırx qəpik) manat (19 ay x 100.87 manat + 100.87 manat ilkin ödəniş) olan HP kompüter, PANASONİC ev telefonu, NEVRESİM TAKİMİ - TEKSTİL, YASTİK KİLüİçFüİn ümumilikdə, 1330 (bir min üç yüz otuz) manat olmaqla ondan, 1209.8 (bir min iki yüz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 120.2 (yüz iyirmi manat iyirmi qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 1037.04 (bir min otuz yeddi manat dörd qəpik) manat (23 ay x 43.21 manat + 43.21 manat ilkin ödəniş) olan NADO - YUMSAQ - 3 YERLİ, 2 ədəd NADO - YUMSAQ - 1 YERLİ, 2 ədəd BALİS – YUMSAüQçün ümumilikdə, 709 (yeddi yüz doqquz) manat olmaqla ondan, 644.7 (altı yüz qırx dörd manat yetmiş qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64.3 (altmış dörd manat otuz qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 818.64 (səkkiz yüz on səkkiz manat altmış dörd qəpik) manat (17 ay x 45.48 manat + 45.48 manat ilkin ödəniş) olan PLAYSTATİON-4 SONYüçün ümumilikdə, 449 (dörd yüz qırx doqquz) manat olmaqla ondan, 408.16 (dörd yüz səkkiz manat on altı qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.84 (qırx manat səksən dörd qəpik) manat cərimə, xx.xx.2020-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 476.16 (dörd yüz yetmiş altı manat on altı qəpik) manat (31 ay x 14.88 manat + 14.88 manat ilkin ödəniş) olan LOFT - GENC - CARPAYİ , LOFT - GENC - TUMBA, DOSHEK URETANüçün ümumilikdə, 376 (üç yüz yetmiş altı) manat olmaqla ondan, 341.11 (üç yüz qırx bir manat on bir qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.89 (otuz dörd manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2020-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 435.54 (dörd yüz otuz beş manat əlli dörd qəpik) manat (33 ay x 12.81 manat + 12.81 manat ilkin ödəniş) olan SOFT - YUMSAQ - 3 YERLİ, PUFİKüçün ümumilikdə, 351 (üç yüz əlli bir) manat olmaqla ondan, 319.4 (üç yüz on doqquz manat qırx qəpik ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.6 (otuz bir manat altmış qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci tarixli müqavilələr üzrə son ödəniş tarixləri xx.xx.2022-ci il, 08.0.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 2764.99 manat təşkil edir Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020ci il, xx.xx.2020- ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən SDLXXQ7NQKD6J İPAD PRO markalı planşet, CHARGER, TYPE-C Cable almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2210,12 manat olan SDLXXQ7NQKD6J İPAD PRO markalı planşet, CHARGER, TYPE-C Cable üçün cəmi ödədiyi məbləğ 903,38 manat, ödənilməmiş əsas borcu 1306,74 manat, dəbbə borcu 130,26 manat olmaqla, ümumi ödənilməmiş borcu 1437 (bir min dörd yüz otuz yeddi) manat təşkil edir; -xx.xx.2020-cü il tarixli ödəniş cədvəlindən görünür ki, SDLXXQ7NQKD6J İPAD PRO markalı planşet, CHARGER, TYPE-C Cable aylıq ödəniş məbləği 181 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən HP kompüter, PANASONİC ev telefonu, NEVRESİM TAKİMİ - TEKSTİL, YASTİK KİLİFİ almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2017,4 manat olan HP kompüter, PANASONİC ev telefonu, NEVRESİM TAKİMİ - TEKSTİL, YASTİK KİLİFİ üçün cəmi ödədiyi məbləğ 807,6 manat, ödənilməmiş əsas borcu 1209,8 manat, dəbbə borcu 120,2 manat olmaqla, ümumi ödənilməmiş borcu 1330 (bir min üç yüz otuz yeddi) manat təşkil edir; -xx.xx.2020-cü il tarixli ödəniş cədvəlindən görünür ki, HP kompüter, PANASONİC ev telefonu, NEVRESİM TAKİMİ - TEKSTİL, YASTİK KİLİFİ aylıq ödəniş məbləği 184.10 manat təşkil edir. -xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən NADO - YUMSAQ - 3 YERLİ, 2 ədəd NADO - YUMSAQ - 1 YERLİ, 2 ədəd BALİS – YUMSAQ almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1037,04 manat olan NADO - YUMSAQ - 3 YERLİ, 2 ədəd NADO - YUMSAQ - 1 YERLİ, 2 ədəd BALİS – YUMSAQ üçün cəmi ödədiyi məbləğ 392,34 manat, ödənilməmiş əsas borcu 644,7 manat, dəbbə borcu 64,3 manat olmaqla, ümumi ödənilməmiş borcu 709 (yeddi yüz doqquz) manat təşkil edir; -xx.xx.2019-cü il tarixli ödəniş cədvəlindən görünür ki, NADO - YUMSAQ - 3 YERLİ, 2 ədəd NADO - YUMSAQ - 1 YERLİ, 2 ədəd BALİS – YUMSAQ aylıq ödəniş məbləği 82 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən PLAYSTATİON-4 SONY almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 818,64 manat olan PLAYSTATİON-4 SONY üçün cəmi ödədiyi məbləğ 410,48 manat, ödənilməmiş əsas borcu 408,16 manat, dəbbə borcu 40,84 manat olmaqla, ümumi ödənilməmiş borcu 449 (dörd yüz qırx doqquz) manat təşkil edir; -xx.xx.2020-cü il tarixli ödəniş cədvəlindən görünür ki, PLAYSTATİON-4 SONY üçün aylıq ödəniş məbləği 83.50 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən LOFT - GENC - CARPAYİ , LOFT - GENC - TUMBA, DOSHEK URETAN almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 476,16 manat olan LOFT - GENC - CARPAYİ , LOFT - GENC - TUMBA, DOSHEK URETAN üçün cəmi ödədiyi məbləğ 135,05 manat, ödənilməmiş əsas borcu 341,11 manat, dəbbə borcu 34,89 manat olmaqla, ümumi ödənilməmiş borcu 376 (üç yüz yetmiş altı) manat təşkil edir; -xx.xx.2020-cü il tarixli ödəniş cədvəlindən görünür ki, LOFT - GENC - CARPAYİ , LOFT - GENC - TUMBA, DOSHEK URETAN üçün aylıq ödəniş məbləği 184.10 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən SOFT - YUMSAQ - 3 YERLİ, PUFİK almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 435,54 manat olan SOFT - YUMSAQ - 3 YERLİ, PUFİK üçün cəmi ödədiyi məbləğ 116,14 manat, ödənilməmiş əsas borcu 319,4 manat, dəbbə borcu 31,6 manat olmaqla, ümumi ödənilməmiş borcu 351 (üç yüz əlli bir) manat təşkil edir; -xx.xx.2020cü il tarixli ödəniş cədvəlindən görünür ki, SOFT - YUMSAQ - 3 YERLİ, PUFİK üçün aylıq ödəniş məbləği 23 manat təşkil edir. -"xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh 4229,91 (dörd min iki yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat ödənilməmiş hissə tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10 manat cəmi 160 manat məbləğində dəbbə tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 66,52 manat dövlət rüsumunun əvəzi qismən, yəni 63.90 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1306.74 (bir min üçyüz altı manat yetmiş dörd qəpik ) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1209.8 (bir min iki yüz doqquz manat səksən qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə borcu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 644.7 (altı yüz qırx dörd manat yetmiş qəpik ) manat əsas borc, 20 (iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 408.16 (dörd yüz səkkiz manat on altı qəpik ) manat əsas borc, 20 (iyirmi) manat cərimə, xx.xx.2020-cu il tarixli üzrə 341.11 (üç yüz qırx bir manat on bir qəpik ) manat əsas borc, 10 (on) manat cərimə, xx.xx.2020-cu il tarixli müqavilə üzrə 319.4 (üç yüz on doqquz manat qırx qəpik ) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla cəmi 4389.91 (dört min üç yüz səksən doqquz manat doxsan bir qəpik) manat borcun və 63.90 (altmış üç manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar