Məhkəmə qərarları › İş №e-2(008)-3100/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3100/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3100/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Soft yumşaq mebel üçün 128 (bir yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə; 25.04.2019-cu il tarixli müqaviləsinə əsasən Kombi HOFFMAN üçün 134 (bir yüz otuz dörd) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; 06.09.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung Galaxy A70 markalı telefon üçün 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə; 06.09.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMAN Kondisioner üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə; 23.05.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMAN LED Tv üçün 1305 (bir min üç yüz beş) manat ödənilməmiş hissə, 130 (bir yüz otuz) manat cərimə; 30.10.2019cu il tarixli müqaviləsinə əsasən X2 10 markalı telefon üçün 1600 (bir min altı yüz) ödənilməmiş hissə, 160 (bir yüz altmış) manat cərimə olmaqla, ümumilikdə 4690 (dörd min altı yüz doxsan) manat borc və 66.9 (altmış altı manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.10.2019-cu il, 25.04.2019-cu il, 06.09.2019-cu il, 06.09.2019-cu il, 23.05.2019-cu il və 30.10.2019-cu il tarixli müqavilələrinə əsasən, Soft yumşaq mebel, Kombi HOFFMAN, Samsung Galaxy A70 markalı telefon, HOFFMAN Kondisioner, HOFFMAN LED Tv, X2 10 markalı telefon almış və nəticədə 4690 (dörd min altı yüz doxsan) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4484 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.10.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X1 "xxxx" MMC-dən Soft yumşaq mebel, 25.04.2019-cu il tarixli müqavilə ilə Kombi HOFFMAN, 06.09.2019-cu il tarixli müqavilə ilə Samsung Galaxy A70 markalı telefon, 06.09.2019-cu il tarixli müqavilə ilə HOFFMAN Kondisioner, 23.05.2019cu il tarixli müqavilə ilə HOFFMAN LED Tv, 30.10.2019-cu il tarixli müqavilə ilə X2 10 markalı telefon almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş 02.04.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, 17.10.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 384 manat olan Soft yumşaq mebel üçün cəmi ödənilən məbləğ 256 manat, ödənilməmiş əsas borc 128 (bir yüz iyirmi səkkiz) manat, cərimə borcu 12 (on iki) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 140 manat; 25.04.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1474 manat olan Kombi HOFFMAN üçün cəmi ödənilən məbləğ 1340 manat, ödənilməmiş əsas borc 134 (bir yüz otuz dörd) manat, cərimə borcu 13 (on üç) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 147 manat; 06.09.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 894 manat olan Samsung Galaxy A70 markalı telefon üçün cəmi ödənilən məbləğ 425 manat, ödənilməmiş əsas borc 469 (dörd yüz altmış doqquz) manat, cərimə borcu 46 (qırx altı) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 515 manat; 06.09.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqısatqı qiyməti 858 manat olan HOFFMAN Kondisioner üçün cəmi ödənilən məbləğ 228 manat, ödənilməmiş əsas borc 630 (altı yüz otuz) manat, cərimə borcu 63 (altmış üç) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 693 manat; 23.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2610 manat olan HOFFMAN LED Tv telefon üçün cəmi ödənilən məbləğ 1305 manat, ödənilməmiş əsas borc 1305 (min üç yüz beş) manat, cərimə borcu 130 (yüz otuz) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1435 manat; 30.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2530 manat olan X2 10 markalı telefon üçün cəmi ödənilən məbləğ 930 manat, ödənilməmiş əsas borc 1600 (min altı yüz) manat, cərimə borcu 160 (yüz altmış) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1760 manat olmaqla 6 müqavilə üzrə cəmi 4690 (dörd min altı yüz doxsan) manat təşkil edir. -17.10.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Soft yumşaq mebelın aylıq ödəniş məbləği 64 manat; 25.04.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Kombi HOFFMANın aylıq ödənişi 134 manat; 06.09.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung Galaxy A70 markalı telefonin aylıq ödənişi 67 manat; 06.09.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, HOFFMAN Kondisionerın aylıq ödənişi 35 manat; 23.05.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, HOFFMAN LED Tv ın aylıq ödəniş məbləği 145 manat; 30.10.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, X2 10 markalı telefonun aylıq ödəniş məbləği 200 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 25.01.2021-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh X1 17.10.2019, 25.04.2019, 06.09.2019, 06.09.2019, 23.05.2019 və 30.10.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 17.10.2019-cu il tarixli müqaviləyə əsasən 128 (bir yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə borcu, 12 (on iki) manat cərimə, 25.04.2019-cu il tarixli müqaviləyə əsasən 134 (bir yüz otuz dörd) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, 06.09.2019-cu il tarixli müqaviləyə əsasən 469 (dörd yüz altmış doqquz) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, 06.09.2019-cu il tarixli müqaviləyə əsasən 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, 23.05.2019-cu il tarixli müqaviləyə əsasən 1305 (bir min üç yüz beş) manat ödənilməmiş hissə, 130 (bir yüz otuz) manat cərimə pulu, 30.10.2019-cu il tarixli müqaviləyə əsasən 1600 (bir min altı yüz) manat ödənilməmiş hissə, 160 (bir yüz altmış) manat cərimə pulu olmaqla, cəmi 4690 (dörd min altı yüz doxsan) manat məbləğində pul və 66.9 (altmış altı manat doxsan qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar