Məhkəmə qərarları › İş №e-2(008)-3114/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3114/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3114/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Müsəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 mart 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borca görə 1939.99 manat əsas, 0 manat cərimə borcu, 39.40 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 30 mart 2022-ci il tarixli RRK05531 nömrəli nisyə alğı-satqı müqaviləsi və həmin tarixdə tərtib edilmiş təhvil-təslim aktına əsasən 2199.99 manat dəyərində nisyə aldığı malın dəyərini 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 28 fevral 2019-cu il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş 07 aprel 2022-ci il tarixli sazişə əsasən göstərilən 30 mart 2022-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-nin cavabdehə qarşı olan tələb hüququ iddiaçıya keçmiş, bu barədə cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh həmin müqavilə üzrə öhdəliyini tam icra etmədiyinə görə iddiaçıya 1939.99 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumu ilə əlaqədar 39.40 manat və 0.40 manat xidmət haqqı ödəmişdir. Cvavabdeh verdiyi etiraz ərizəsində göstərmişdir ki, 30 mart 2022-ci il tarixində "xxxx" MMC-nin 8-ci mkr filialına kondisioner almaq üçün müraciət edib. Filialda 2,199.99 AZN məbləğində BOSCH markalı kondisioneri əldə etmək üçün RRK05531 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlayıb. Amma məhsulu ona təhvil verməyiblər. Dəfələrlə mağazayla əlaqə saxlayıb bildirilib ki, məhsul yoldadır, gömrükdədir və s. bəhanələrlə çatdırılmadan yayınıblar. Buna baxmayaraq aprel, may və iyun ayları üzrə ödənişləri qrafikdəki tarixdən öncə etmişəm. Heç bir gecikməsi olmayıb, iyun ayının 23-də mağazadan ona zəng gəlib və bildirilib ki, məhsulunuz artıq gəlib. Çatdırılma gecikdiyi və məhsulun kodunun dəyişdiyi üçün mağazaya yaxınlaşıb müqaviləni yeniləmək tələb olunub. O mağazaya yaxınlaşıb və bildirilib ki, əvvəlki müqavilə (RRK05531 nömrəli müqavilə) ləğv olunub və 260 manat məbləğində ilkin ödəniş olaraq qeyd edilməklə yeni müqavilə (40015480 nömrəli müqavilə) tərtib olunub. Amma o bildirib ki, 3-cü ayın da ödənişini yəni 360 manat ödəniş etmişdir. Filialın kredit mütəxəssisi mail vasitəsilə məlumat göndərdiyini və ilkin ödənişin 360 manata dəyişdirildiyi deyib. O da yeni müqaviləyə imza atıb. Həmin müqavilə üzrə ödənişi davam etdirmişdir. 07 mart 2023-cü il tarixində ona bildiriş gəlib ki, Ferrum Kapitala RRK05531 ömrəli müqavilə üzrə borcu var. Yaranmış problemlə bağlı "xxxx" MMC-nin qaynar xətti ilə dəfələrlə əlaqə saxlamağa çalışıb cavab verən olmayıb, baş ofisə yaxınlaşıb və ona bu borcun Optimal Elektronikaya aid olduğunu bildiriblər. Baş ofisdən xx.xx.2023 tarixində bu borcun "xxxx" MMC-nin öhdəliyi olduğu bildirildiyi, möhür və direktorun imzasıyla təsdiqlənmiş arayış təqdim olunub. Bildirilib ki, mart ayının sonuna kimi məsələ həllini tapacaq. İddiaçı və cavabdeh məhkəməyə göndərdiyi ərizələrində iş üzrə məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə vəsatətlə müraciət edərək, mülki iş üzrə "xxxx" X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Cavabdeh aldığı kondisonerdən imtina etmiş və məhsulu geri qaytarmış, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin aşağıda müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş, üçüncü şəxslə cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi, onun 1 nömrəli əlavəsi və təhvil-təslim aktından həmin tarixdə göstərilən müqavilə əsasında cavabdehin üçüncü şəxsdən 2199.99 manat dəyərində “BOSCH” markalı kondisioneri nisyə qaydada aldığına görə üzərinə sonuncuya 18 ay müddətinə hər ay 122 manat məbləğində ödəniş etmək öhdəliyini götürdüyü görünsə də, eləcə də, Optimal Elektronika MMC-nin xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, hazırda RRK05531 nömrəli müqavilə üzrə "xxxx" MMC-nin sistemində borc 0 manat təşkil edir. Ferrum Capitalda RRK05531 nömrəli müqavilə üzrə borcalanın adına olan 1939,99 manat artıq borc qalığı "xxxx" MMCnin öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü və 655.1-ci maddələri çıxış edir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Lakin İddiaçı QSC-nin Optimal Elektronika MMC-yə qarşı tələb hüququ və digər prosessual hüquqi hərəkətlər etmək hüququ istisna edilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 227, 233, 234, 360-c- maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar