Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3147/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 163.10 manat əsas, 24.40 manat cərimə , cəmi 187.50 manat, xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 203.90 manat əsas, 30.50 manat cərimə, cəmi 234.40 manat, xx.xx.2022- ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 163.20 manat əsas, 24.40 manat cərimə, cəmi 187.60 manat, üç müqavilə üzrə olan borcu 530.20 manat əsas, 79.30 manat cərimə, 609.50 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı Samsung markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 45 manat olmaqla cəmi 539.10 manat, xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “EDİFİER” markalı səs ucaldıcıya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 379.90 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsung markalı mobil telefon görə 18 ay ödəniş cədvəli hər ay 25 manat olmaqla cəmi 289.40 manat, ümumilikdə üç müqavilə üzrə 1208.40 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 196 manat, xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 16 manat, xx.xx.2022-ci il tarixli ********* nömrəli müddətli (Nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş etmiş və üç müqavilə üzrə qalıq qalmış 530.20 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcsəi ilə (minumum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildiririk ki, cavabdehin gecikdiridyi günlərin faktiki cərimə borcu 793 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 793 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 79.30 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə olan xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 163.10 manat əsas, 24.40 manat cərimə, cəmi 187.50 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqısatqı müqaviləsinə əsasən 203.90 manat əsas, 30.50 manat cərimə, cəmi 234.40 manat, xx.xx.2022-ci il tarixli ********** saylı müddətli alqı-satqı nüqaviləsinə 163.20 manat əsas, 24.40 manat cərimə, cəmi 187.60 manat, üç müqavilə üzrə olan borcu 530.20 manat əsas, 79.30 manat cərimə, cəmi 609.50 manat təşkil edir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 609.5 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 163.10 manat əsas, 24.40 manat cərimə, cəmi 187.50 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 203.90 manat əsas, 30.50 manat cərimə, cəmi 234.40 manat, xx.xx.2022-ci il tarixli ********** saylı müddətli alqı-satqı nüqaviləsinə 163.20 manat əsas, 24.40 manat cərimə, cəmi 187.60 manat, üç müqavilə üzrə olan borcu 530.20 manat əsas, 79.30 manat cərimə, cəmi 609.50 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 373.40-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 163.10 manat əsas, 24.40 manat cərimə, cəmi 187.50 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqısatqı müqaviləsinə əsasən 203.90 manat əsas, 30.50 manat cərimə, cəmi 234.40 manat, xx.xx.2022-ci il tarixli ********** saylı müddətli alqı-satqı nüqaviləsinə 163.20 manat əsas, 24.40 manat cərimə, cəmi 187.60 manat, üç müqavilə üzrə olan borcu 530.20 manat əsas, 79.30 manat cərimə, cəmi 609.50 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 163.10 manat əsas, 24.40 manat cərimə, cəmi 187.50 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli alqı-satqı müqaviləsinə əsasən 203.90 manat əsas, 30.50 manat cərimə, cəmi 234.40 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli alqı-satqı nüqaviləsinə 163.20 manat əsas, 24.40 manat cərimə, cəmi 187.60 manat, üç müqavilə üzrə olan borcu 530.20 manat əsas, 79.30 manat cərimə, cəmi 609.50 manat (altı yüz doqquz manat əlli qəpik) məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3147/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3147/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver