Məhkəmə qərarları › İş №e-2(008)-3148/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3148/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3148/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən PALTARYUYAN LG üçün 403.5 manat ödənilməmiş hissə, 40.5 manat cərimə pulu;

2. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,HOFFMANN İWAC kondisioner üçün 680.8 manat ödənilməmiş hissə, 68.2 manat cərimə pulu;

3. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən MİNİ SOBA HOFFMANN və TOZSORAN PHİLİPS üçün 279 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu;

4. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd DECT PANASONİC üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə miqdarında borc yaranmışdır.

5. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********98365 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 362.6 manat ödənilməmiş hissə, 36.4 manat cərimə miqdarında borc yaranmışdır.

6. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********85021 SAMSUNG GALAXY TAB A markalı planşet üçün 212 manat ödənilməmiş hissə, 21 manat cərimə, ümumilikdə 2177 manat borc və 41,77 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci ci il tarixlərindəki müqavilələrinə əsasən, PALTARYUYAN LG, HOFFMANN İWAC kondisioner, MİNİ SOBA HOFFMANN və TOZSORAN PHİLİPS, 2 ədəd DECT PANASONİC, imei kodu **********98365 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, İmei kodu **********85021 SAMSUNG GALAXY TAB A markalı planşet almış və nəticədə 2177 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə:

1. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 873 manat olan PALTARYUYAN LG üçün 444 manat olmaqla ondan, 403.5 manat ödənilməmiş hissə, 40.5 manat cərimə pulu;

2. xx.xx.2020-ci ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1533.6 manat olan HOFFMANN İWAC kondisioner üçün 749 manat olmaqla ondan 680.8 manat ödənilməmiş hissə, 68.2 manat cərimə pulu;

3. xx.xx.2020 -ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 558 manat olan MİNİ SOBA HOFFMANN və TOZSORAN PHİLİPS üçün 306 manat olmaqla ondan 279 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu;

4. xx.xx.2020-ci ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 168 manat olan 2 ədəd DECT PANASONİC üçün 46 manat olmaqla ondan 42 manat ödənilməmiş hissə, 4 manat cərimə miqdarında borc yaranmışdır.

5. xx.xx.2021-ci ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 621.6 manat olan , İmei kodu **********98365 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 399 manat olmaqla ondan 362.6 manat ödənilməmiş hissə, 36.4 manat cərimə miqdarında borc yaranmışdır.

6. xx.xx.2021-ci ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378 manat olan , İmei kodu **********85021 SAMSUNG GALAXY TAB A markalı planşet üçün 233 manat olmaqla ondan 212 manat ödənilməmiş hissə, 21 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2152.3 manat təşkil edir. Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarınzda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya dənilməsnminə yönəldilə bilər. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti altı min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 2177 manat təşkil edir. Azəırbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 7(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən qarşılıqlı iddia verilərəsə, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə,tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-cü maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normasına əsaslanaraq məhkəmə hesab edir ki, iddia sadələşdirilmiş icraat qaydasında baxılaraq təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiaollarına əlavə edilmişdir). İddiaçı cavabdehə:

1. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən PALTARYUYAN LG;

2. xx.xx.2020-ci ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN İWAC kondisioner;

3. xx.xx.2020 -ci il tarixli müqaviləsinə əsasən, MİNİ SOBA HOFFMANN və TOZSORAN PHİLİPS;

4. xx.xx.2020-ci ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd DECT PANASONİC;

5. xx.xx.2021-ci ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********98365 XİAOMİ REDMİ NOTE 9S markalı telefon;

6. xx.xx.2021-ci ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********85021 SAMSUNG GALAXY TAB A markalı planşet satmışdır. İş materiallarında olan maliyyə aryışına əsasən cavabdehin iddiçıya altı müqavilə üzrə 1979,9 manat əsas, 197,1 manat dəbbə, ümumilikdə 2177 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 2177 manat borcun cavabdehdən tutulmasın istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin.

1. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən PALTARYUYAN LG üçün 403.5 manat ödənilməmiş hissə, 40.5 manat cərimə pulu;

2. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,HOFFMANN İWAC kondisioner üçün 680.8 manat ödənilməmiş hissə, 68.2 manat cərimə pulu;

3. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən MİNİ SOBA HOFFMANN və TOZSORAN PHİLİPS üçün 279 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu;

4. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd DECT PANASONİC üçün 42 manat ödənilməmiş hissə, 4 manat cərimə miqdarında borc yaranmışdır.

5. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********98365 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 362.6 manat ödənilməmiş hissə, 36.4 manat cərimə miqdarında borc yaranmışdır.

6. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********85021 SAMSUNG GALAXY TAB A markalı planşet üçün 212 manat ödənilməmiş hissə, 21 manat cərimə, ümumilikdə 2177 manat borc və 41,77 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar