Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3164/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HİSENSE TV, YUPİTER YP TV asqısı çün 1599.98 (min beş yüz doxsan doqquz manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 799.99 (yeddi yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, KOMBİ DEMİR DOKUM NİTRON üçün 1588 (min beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 794 (yedddi yüz doxsan dörd) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********25235 OPPO A17K markalı telefon üçün 196.24 (yüz doxsan altı manat, iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 98.12 (doxsan səkkiz manat, on iki qəpik) manat dəbbə olmaqla, ümumilikdə 5076.33 (beş min yetmiş altı manat, otuz üç qəpik) manat borc və 70.77 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, HİSENSE TV, YUPİTER YP TV asqısı, KOMBİ DEMİR DOKUM NİTRON, İMEİ KODU **********25235 OPPO A17K markalı telefon almış və nəticədə 5076.33 (beş min yetmiş altı manat, otuz üç qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3047.58 (üç min qırx yeddi manat, əlli səkkiz qəpik) manat (18 ay x 169.31 manat + 0 manat ilkin ödəniş) olan HİSENSE TV, YUPİTER YP TV asqısı üçün ümumilikdə, 2399.97 (iki min üç yüz doxsan doqquz maant, doxsan yeddi qəpik) manat olmaqla ondan, 1599.98 (min beş yüz doxsan doqquz manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 799.99 (yeddi yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1800 (min səkkiz yüz) manat (18 ay x 100 manat + 0 manat ilkin ödəniş) KOMBİ DEMİR DOKUM NİTRON üçün ümumilikdə, 2382 (iki min üç yüz səksən iki) manat olmaqla ondan, 1588 (min beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 794 (yedddi yüz doxsan dörd) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 396 (üç üyz doxsan altı) manat (6 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********25235OPPO A17K markalı telefon almış üçün ümumilikdə, 294.36 (iki yüz doxsan dörd manat, otuz altı qəpik) manat olmaqla ondan, 196.24 (yüz doxsan altı manat, iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 98.12 (doxsan səkkiz manat, on iki qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən ONLİNE KİNOTEATR MEGOGO 6 AY, PAKET EXTRA TV 50-65 xidmətindən xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 77.60 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1370 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 77.60 manat, ümumilikdə, 1447.60 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 411.76 manat təşkil edir. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməkləri mümkün olmadığından, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, cərimə borcunun artıq hesablandığını bildirdi. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 3047.58 manat olan HİSENSE TV, YUPİTER YP TV asqını, ayda 169,31 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 1800 manat olan olan KOMBİ DEMİR DOKUM NİTRONU ayda 100 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 396 manat olan İMEİ KODU **********25235OPPO A17K markalı telefonu ayda 66 manat ödəmək şərti ilə 6 ay müddətinə almışdır. "xxxx" MMC tərəfindən verilmiş 18 fevral 2025-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi 5076.33 (beş min yetmiş altı manat, otuz üç qəpik) manat məbləğində borcu yarandığı göstərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən ONLİNE KİNOTEATR MEGOGO 6 AY, PAKET EXTRA TV 50-65 xidmətindən xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 77.60 manat qiymətləndirilərək, borcundan silinmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş, müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 79 (yetmiş doqquz) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 79 (yetmiş doqquz) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 9 (doqquz) manat dəbbə pulu tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1599.98 (min beş yüz doxsan doqquz manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1588 (min beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə üçün 196.24 (yüz doxsan altı manat, iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə olmaqla, cəmi 3551,22 (üç min beş yüz əlli bir manat, iyirmi iki qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 55,51 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1599.98 (min beş yüz doxsan doqquz manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1588 (min beş yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə üçün 196.24 (yüz doxsan altı manat, iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə olmaqla, cəmi 3551,22 (üç min beş yüz əlli bir manat, iyirmi iki qəpik) manat məbləğində pulun və 55,51 (əlli beş manat əlli bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3164/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3164/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver